Yer
Kürəsi vətənimdir,
Yerdə
nə var mənimdir.
İnsanın
harayı
Anam
bu Yer Kürəsidir,
Beşiyim,
qəfəsimdir.
Hələ
bu da bəsimdir.
Ağlım
sənin verdiyindir,
Səsim
sənin səsindir.
Avstraliya
yanan zaman
Mən
də burda yanmışam.
Burda
göyə buxarlanıb
Orda
yerə dammışam.
Yağış
olub yağmışam.
Yer
Kürəsi vətənimdir,
Yerdə
nə var mənimdir.
Anam
bu Yer Kürəsidi
Ağlım
yatıb,
Səsim
batıb
Gücüm
çatmır vurhavura,
Qırhaqıra,
athaata,
Səsim
çatmır kainata...
Köməyim
ol, ey Yaradan!
Köməyim
ol, ey Ata!!!
22.01.2020
Ötən günlər
Ötən
günlər, ötən illər
Arxamızca
baxan əllər
Açan
güllər, solan güllər
Xatirəyə
dönər, yaşar.
Gedənlər
öndədir, öndə!
İnam
var imanda, dində
Hər
bayramda, əziz gündə
Ruhlar
yerə enər, yaşar.
İş
qalanda vaxta, baxta,
Tənha
qalsan bir otaqda,
Ürəyin
kövrələn vaxtda,
Xatirələr
dinər, yaşar.
Ömür
nələr görür, nələr,
Qəlbində
bir quzu mələr...
Uzaq-uzaq
xatirələr
Gələr
səni dinlər, yaşar.
23.01.2020
Allahım, bir
çarə qıl
Allahım,
salla kəndirini
İbrahimi,
Musanı,
İsanı,
Məhəmmədi
- İnsanı...
Çıxart
özlərinin qazdığı quyudan.
Göy
uzaqdı,
Yer
ağzına düşəni udan...
Dəcəldir,
gözəldir,
Hələ
körpədir insan.
Çarə
yoxdu, özün yaratmısan,
Silahdan,
oddan, sudan,
Gərək
özün də qoruyasan.
Allahım,
and olsun böyüklüyünə,
And
olsun verdiyin bu gözəl günə,
Kinini
qəlbindən alsan,
İnsan!
Mələkdir.
24.01.2020
Fikrət Qoca
Ədəbiyyat qəzeti.-
2020.- 25 yanvar. S. 5.