Mənim arzum

 

Daddımsa dünyanın hər nemətini

 

Dilbər guşələrdə ötdüsə ömrüm,

 

Dünyanın ən böyük səadətini

 

Bu boylu çinarın altında gördüm.

 

B.Adil

 

 

 

Şair! incədir rübabın sənin!

 

Uçurdu qəlbimi çaldığın o saz!

 

Vətən torpağında bitən gülşənin

 

Yarpağı saralıb, çiçəyi solmaz.

 

***

 

O səcdə qıldığın çinar kölgəsi

 

Mənim şeirimin qibləgahıdır.

 

Qurbanı olduğum Odlar ölkəsi

 

Hüsnün , eşqin ilk sabahıdır.

 

***

 

Sən ana torpağı qarış-qarış gəz,

 

Hər daşın altında bir gövhər axtar.

 

Eşqinə, qəlbinə yad ola bilməz,

 

Vətən sevgisilə yanan sənətkar.

 

***

 

Şair! Yuvasından tərlanı səslə,

 

Qartal qanadınla fəzaları !

 

Bu ilk məhəbbətlə, bu ilk həvəslə

 

Mən keçən yolları sən keç, qardaş!

 

***

 

Vaxtdır! Bu eşq ilə bir dastan başla,

 

Min ürək dil açsın hər varağında.

 

Babalar yurdunu sən alqışla

 

Bizim Vaqif kimi Kür qırağında.

 

***

 

Hər otun, çiçəyin öz adını yaz,

 

Hər insan ömrünün bir kitabı var.

 

Mənasız gözəllik xatirdə qalmaz

 

Sənə sarban olsun böyük arzular.

 

***

 

Danışdır torpağı hər sirrini ,

 

Oxuyub doymasın nəsillər onu.

 

Kamalın hüsnündən Günəşə nur saç -

 

Onun ilki var, ki, sonu.

 

***

 

Şeir rübabını sən ürəklə çal,

 

Ürəksiz deyilən sözlər saxtadır.

 

Sənə oğlum deyir bu gün istiqbal -

 

Elə zənn etmə ki, o uzaqdadır!          

 

***

 

Gələcək eşqilə yanan bir ürək,

 

Ağlın fəzasında balü-pər açar...

 

İstiqbal idrakla şəfəqlənəcək,

 

Hər tilsimli yolu bir hünər açar.

 

***

 

, ! Sən xəyalın asimanında,

 

Hər daşa, torpağa qanad ver, qanad!

 

Etila hüsnü var insan qanında -

 

Bizə yüksəl deyir anamız həyat!

 

 

Səməd Vurğun

Ədəbiyyat qəzeti.- 2020.- 25 yanvar. S. 16.