Vida
Niyə
gün qaraldı,
Ay kölgələndi,
Ümidlər sovuşdu sonsuz
həsrətə?..
İlkin
görüşümüz
Sanki dünəndi
Sən bu gün tələsdin əbədiyyətə?!
Yuxusuz gecəni
Açdım kədərlə,
Elə bil bir qolum, qanadım
sındı.
Sandım
ki, bu ağır,
Qəmli
xəbərlə
Nəslimin ilk vida zəngi çalındı.
Yandı
misraların
Gur şöləsilə
Nur saçdı hər yeni kitabın sənin
Nəsillər söylədi Vurğun
diliylə:
"Şair, nə
incədir rübabın
sənin".
Ey ata üzünə həsrət qalan dost,
Yaxşı ki, illərin analı keçdi.
Bircə
təmənnası
Şeir
olan dost,
Ömrün də
Şeirintək
Mənalı keçdi.
Keçdimi?
Əbədi qaldı dünyada
Ucaltdın sənətin nəcib səsini.
Sənə vəzifələr vəd
olunsa da,
Sən seçdin
İnsanlıq vəzifəsini!
Durur yadigarın doğma Vətəndə
Cüt övlad -
Qartalın cüt qanadıdır.
Özün fəxri adlar
Daşımasan da,
Adın
şeirimizin fəxri adıdır!
Dayansın dostların
Qoy cərgə-cərgə,
Sənin bu sonuncu ziyarətində.
Bizə
miras qalan
Şeirinlə birgə
Qalır
məhəbbətin, sədaqətin
də...
Nəbi Xəzri
Ədəbiyyat qəzeti.-
2020.- 25 yanvar. S. 16.