Səndən sonra

 

Biz sənin evində səndən xəbərsiz,

 

Sənin ad günündə - sənlə sənsiz.

 

Oturub danışdıq, güldük hələ,

 

Gəldin öz evinə xatirələrlə.

 

***

 

Təriflər dedik biz sənin adına,

 

Səni səndən sonra kəşf elədik biz.

 

Pərəstiş elədik istedadına,

 

Sənə deyiləni sənsiz dedik biz.

 

***

 

Vaxt tapıb doyunca heç görüşmədik,

 

Ötdü yanımızdan xəbərsiz illər.

 

Sənin ilhamını başa düşmədik,

 

Üstündə başdaşı qalxana qədər.

 

***

 

Yaşayır hər ömrün məna şərəfi,

 

Görünür boş qalan şanlı yeri .

 

Adı, mükafatı, sözü, tərifi

 

Gördük təşkil edib ölənləri .

 

***

 

İmzan yazılmışdı qapının üstə,

 

Adını nəvənə qoymuşdu oğlun.

 

Dönmüşdün qəribə, balaca büstə,

 

Evdə həm var idin, həm ki, yoxdun.

 

***

 

deyim, belədir dünya qədimdən,

 

Səbri böyükdür torpağın, daşın.

 

Ürəkdən gülməyə ehtiyat edən

 

Bircə qadın idi - həyat yoldaşın...

 

***

 

Oğulla, nəvəylə, qızla, gəlinlə,

 

O, yenə tək idi ortada sənsiz.

 

Ərsiz qadın kimi dünyada hələ

 

yetim görmüşəm, kimsəsiz.

 

Nəriman Həsənzadə

Ədəbiyyat qəzeti.- 2020.- 25 yanvar. S. 16-17.