Bu taledi
Fikrət Qoca havasında
"Amandı,
Allah, amandı
Gözümdə
bəbəyim yandı"
(Əcəb
sevməli "şeytandı")
Səni
sevmək əcəl, qandı,
Qəlbimə ah yazma, xanım.
Qədrini
bilən tapılar
Dərdindən
"ölən" tapılar,
Can alan gözəlliyinin
Canını
"alan" tapılar,
Ürəyimi üzmə, xanım.
Baxışlarım
il ayrısı,
Şair
gözüdü, yol çəkir,
Şair
gözü bal arısı,
Gözəllər
gül, o bal çəkir,
Baxışımı yozma, xanım.
Dözməyə
zalım sınağa
Yoxdur
könlümün həvəsi,
Boş
cibimə ağlım ağa,
Nəfsim
ruhumun şələsi,
Basdığını kəsmə, xanım.
Sən on
doqquz yaşındasan,
Yaş fərqimiz
bir o qədər,
Sən
dünyanın dişindəsən,
Məni mədəsi
həzm edər,
Taledi bu,
küsmə, xanım!
Müqəddəs an
...İşimlə
əlimin arasında mən,
Mənimlə
işimin arasında an...
Bu
anın içindən keçirik demək,
Bu
anın içində yollar ayrılıb
Hərəni
bir səmtə qaçırır demək...
Uzaq
yaddaşından bir ulu kölgə
Uzadar əlini,
qaşdan ayırıb
Qılınca,
qələmə, torpağa sarı...
Ustaddan,
xocadan alsan da bilgi
Qılıncın,
qələmin var özgə sirri...
Torpaqla əl
verib görüşə bilsən,
Zəhmətlə
qaynayıb-qarışa bilsən,
Doğma
odanı da isidəcəksən,
Vətən
ömrünü də uzadacaqsan...
Silahla, qələmlə-baxta
nə düşər,
Onu qorumaq
da baxtına düşər:
Doğma
yabançıdan, yad yabançıdan...
Yad ömür yalan
yamağı
Dünyaya
gələndən neçə gün sonra
Üzümdə
qəriblik, gözümdə maraq
Bir
ömür deyilən oyuna girdim -
Bəlkə
göz görəndən o yanı gördüm...
Nəsə
öyrətdilər, nəsə öyrəndim,
Həyat
şirinsə də, hərdən iyrəndim,
Beləcə
yaşadım, yaşamaq - itmək...
Taleyim
tapan gün önümdə varaq,
Ağ
varaq üstündə qara yazıydım...
Daha
yaşamağın güman üzüydü -
Yaşadım
özgəni yaşadan kimi...
Bir
gün gözlərimdən bu yanı gördüm;
Kölgəsinə
ilişib yıxılan adam kimi
Əl
tutmağa yer tapmadım içimdə,
Tapındıqlarımız
yalanmış cəmdə...
Bir azan sədası
açdı gözümü:
Allah, Rəsulullah,
Əli adından
Namaza
çağırır azançı damdan;
Kölgəsinə
yaşayır özünü bilməyən...
Hələ
insan deyil azını bölməyən...
Yalan
ömrü uzadar azana gəlməyən...
Sevgi qayğısı
Yaradan
özünü tanıtmaq üçün
İnsanı yaratdı mələkdən üstün.
Bu uca məqama
layiq olmağa
Ruhumuz dünyaya
gəlir bircə yol,
Nəslimiz
gələcək-gəlib neçə yol -
Şairlik
bu yolda bir dayanacaq,
Nəsillər
sınağı, son düyünaçan...
Şeir
oxumayan, dinləməyənlər,
Bizi
xoşlamayan, anlamayanlar,
Kimsə
nəslinizdə şair olacaq,
Bəlkə
nəvənizdən, nəticənizdən...
Bəzən
törənmişlər tərsimiz olur,
Şairimiz
olur, dərzimiz olur...
Bizi
güllələmək, asmaq istəyən!
Onda
asacaqlar bəlkə də səni;
Nəfsinlə
bərabər boğulacaqsan,
Unut bu istəyi, dəyiş bu yönü.
Şairlər
bəşərin duyğu ünvanı,
Şairi
sevəni Allah da sevər,
Şairə uyanı qınamış ancaq.
Var
şöhrət sevəni, qayğı umanı...
Hərdən
bir tikanlı gülləri suvar,
Şair
gül koludur, şeir söz gülü
Tikanı gülünə bağışlar arif.
Sevgisiz
qayğı da ocağın külü,
Düşmən
süfrəsitək yalançı tərif...
Şair Tanrı
hüzurunda
Dərdin
qapısı yox, dərdin damı yox,
Dərdlə doğuluruq, dərdlə ölürük.
Hamının
dərdi var, dərd Adamı yox,
Kefli
ağlayırıq, dərdli gülürük...
Bir
dünya dərdi var, bir də axirət,
Qalan yarı azar - dərd tutumu yox.
Dünyanın
işləri Tanrı sınağı;
Dərdinin
çarəsi, əlacı yoxsa
Adam
şair olur, ya qan çanağı...
Bu gidi
şairlik bir tale mərci -
Padşah
hüzurunda şöhrətin dağsa,
Tanrı dərgahında yerin axır ad.
Azdı
şairlərin nicat tapanı,
Hər
iki dünyanın bəxtəvəri az.
Az deyil
Allaha, bəndəyə borcu,
Özündən
kənarda haqsevəri az.
Şairi
müqəddəs sırıyanların
Dünyada qoyduğu qara oyundu.
Canı cəhənnəmə
sürüyənlərin
Qiyamət
qopmamış kitabı yandı...
Fərqi azdı fərqimizin
Nur
Allahın nurudur,
Cismimizdə ruhumuz.
Allaha
asilikdir,
İnsana
tuş oxumuz...
Dünyaya
insan gəlir,
Sanki qanadsız mələk.
Sevinc, qəm,
güman gəlir,
Ümid gəlir
bir bələk...
Birdir,
onun özünü,
Sabahını öldürən.
Hara
qaçsın əlindən
Dünya
dolu quldurun...
Allah biləni
sevdi,
şeytan
yalanı sevdi...
Dünya
doğruya zindan,
Oğruya
talan evdi...
Ürək
nədən ağrısa,
Qəfil qopan ah bilir.
Mənbilənmi doğrusu?!
Doğrunu
Allah bilir...
Cabir Alpoğlu
ALBANTÜRK
Ədəbiyyat qəzeti.-
2020.- 25 yanvar. S. 27.