Nizamidən Yəhya Kamala
Yəhya Kamal Bəyatlı
(1884-1958) şeirlərilə türk ədəbiyyatında
layiq olduğu yeri almış böyük şairimizdir. Əruz vəznində
yazdığı şeirlərilə
ədəbiyyatımıza yeni bir ifadə
tərzi gətirmişdir.
İstanbulda yaşadığı dönəmlərdə türk
tarixi mövzusunda da özünəməxsus
fikirlər irəli sürmüşdür. Parisdə tələbəykən
Pol Verlenin "musiqi, hər şeydən əvvəl musiqi" sözünün
təsiri altında şeirlərini, adətən
musiqinin ritmilə yazmışdır. Yazdığı
az sayda
şeirlər bəstələnmiş
və dildən-dilə
ötürülmüşdür. Atatürk də tez-tez Yəhya Kamalı süfrəsinə dəvət
edər, şeirlərindən
oxudurmuş. Yəhya Kamal
vəfat etdiyində
(1958) Nazim Hikmət Moskvada idi. Xanımına yazdığı
məktubda onu özünə ustad olaraq görür və böyük şair olduğunu təqdir edir:
"Dünən gecə
radioda dinlədim. Yəhya Kamal
ölmüş. Böyük
şair... Müəllimlərimdən biri idi.
Çox
şey öyrəndim
ondan. 73 yaşındaymış. Bir xeyli
yuxuya gedəmmədim.
Yəhya Kamal bir az da bizim gəncliyimiz
idi. Ustad idi".
Yahya Kemal Avrupa edebiyatını bildiği gibi Doğu edebiyatını da iyi bilirdi. "Rindlerin
Ölümü" şiirinde
Hafız'ı anar:
"Hafız'ın kabri olan bahçede bir gül varmış;
Yeniden her gün
açarmış kanayan
rengiyle.
Gece; bülbül ağaran vakte kadar
ağlarmış
Eski Şiraz'ı
hayal ettiren ahengiyle".
O, Xəyyamdan da rübailər tərcümə
etmişdi. Tərcümə
edərkən Xəyyamın
türkcə necə səsləndirilə biləcəyini
belə yazmışdır:
"Hayyam'ı alıp tercüme et derlerse
Öğrenmek içün talib
isen bir derse...
Derdim ki, rubaisini nazmetmelisin
Hayyam onu Türküde nasıl söylerse".
Yəhya Kamalın ən çox dillərdə gəzən və bəstələnən şeirlərindən
biri də "Səssiz gəmi" şeiridir. Ölümdən
danışan bu şeir hər oxuyan insanı bir an ölümlə bağlı düşüncələrə
götürərək kədərləndirməkdədir:
"Artık demir almak günü gelmişse zamandan
Meçhule giden bir gemi
kalkar bu limandan".
Şeir ölən bir insanı gəminin limanından ayrılışına
bənzədir. Hər kəs səssizcə o limandan uğurlanır və bir daha
onlardan xəbər alınmaz:
"Birçok gidenin her biri memnun ki
yerinden
Birçok seneler geçti; dönen yok seferinden".
Böyük şairimiz Şeyx Nizaminin əsərlərini
yenidən oxuyarkən
onun "İskəndərnamə"
əsərində Yəhya
Kamalın "Səssiz
gəmi" şeirinə
bənzər bölümlər
gördüm. Yazılan iki şeiri
də yan-yana gətirərək təkrar
oxudum. "İskəndərnamə" əsərinin
"İqbalnamə" bölümünü
Mikayıl Rzaquluzadə
tərcümə etmişdir.
Onun tərcüməsində
İskəndərin ölümü
belə təsvir edilir:
"Dolanıb görmüşdü
o bir çox yeri
Başqa
bir yerəydi indi səfəri
Hayana getsəydi böyük İskəndər
Orada verərdi
hamıya xəbər.
Soraq gətirən yox bu son yolundan
Nə üçün bir xəbər gəlmədi
ondan
Yoxsa elə yerdir o yer ki hər
kəs
Getsə qayıtmağa yol tapa bilməz".
"İqbalnamə"nin bu bölümünü farsca bilən dostlarımdan da soruşdum. Almaniyada Həsən Şəkəri
və Azərbaycandan dosent doktor Təhminə
xanım Bədəlova
da bu tərcüməyə
yaxın bir şəkildə şeirin
tərcüməsini verdilər.
Xüsusilə Yəhya
Kamalın ölünün
bir başqa aləmə səfərə
çıxması ilə
İskəndərin ölümüylə
"bilinməyən bir
yerə səfərə
çıxması", gedənlərin
bir daha geri dönməməsi və onlardan xəbər gəlməməsi
iki şeirdə də, demək olar ki, eyni
sözlərlə ifadə
edilmişdir:
"Birçok gidenin her biri memnun ki
yerinden,
Birçok seneler geçti; dönen yok seferinden".
Xəyyamı, Hafizi, Füzulini
çox yaxşı tanıyan Yəhya Kamal mütləq Nizamini də oxumuş, onun şeirlərinin təsiri
altına düşmüşdür.
Hötenin dediyi kimi:
"Ah, Nizami! Sonunda
biz,
Doğru
yolu bulduk!
Çözülmezi kim
çözebilir?
Ancak aşıklar! Onlar birbirlerine kavuşunca".
Nizamidən Yəhya Kamala uzanan eşqin yolu dünya durduqca eşqdən nəsibini almaq istəyənlərin
könlündə yaşamağa
davam edəcəkdir.
Orxan ARAS
Ədəbiyyat qəzeti.- 2021.- 3
aprel.- S.7.