Bizə bir
çiçək çatar, üstündəki arı,
Toyumuzu çalsın
təki...
"Bizi
barışdırmağa bir vergül bəsdi,
Bizi öldürməyə
bir nöqtə yetər.
Müharibə
Bir
tüfəngin lüləsində qaçırsan,
Ayağına
dolaşıbdı nəfəsin.
Ya
qaçırsan, sən lülədən çıxmağa,
Ya qaçırsan,
lülə olsun qəfəsin.
Həyat
səndən iti qaçır qabaqda,
Düşəcəksən göz yaşının əlindən.
Bir qırmızı güllə
düşüb dalınca,
Qışqıracaq "ana" sözü dilində.
Yuvasının ağzında bir
qarşıqa,
"Anan ölsün" deyir sənə astaca.
Yubatmaqçün indi səni qovanı,
Az qalır ki, qara daşlar
gül aça.
Qovan kimdi, qovulan kim, bilinmir,
Düzün bilsən, hər ikiniz əsirsiz.
Qara nəfəs elə çıxır ağzından,
Otlar deyir külək niyə tələsir?
Gözün susub, qəlpələrə
toxunub,
Durub-durub ayaqların ağlayır.
Kim gətirib müharibəni
uzaqdan,
Kəndir kimi ayağını bağlayır.
Bu dünyada müharibə ikidi,
Ağıl gərək bu düyünü açmağa.
Biri gəlib ayağını
bağlasın,
Biri gəlib
ayağını açmağa.
Minarədir indi tüfəng
lüləsi,
Lüləsindən qopub gələn əzandı.
Məsnəvidir qaçışının ahəngi,
Boz səhralar
nəfəsintək uzandı.
Allah - deyib qəfil çevril arxaya,
Silahlını silahından azad
et.
Allah səni bu cür
yazıb dünyaya,
Günahlını günahından azad
et.
Səni
qovan sənə əsir düşəndi,
Necə qorxur əlindəki güllədən.
Allah çəkər tətiyini
tüfəngin,
Çıxarsınız birdəfəlik lülədən.
***
İstəyirəm stolun üstünə
bir kağız qoyum,
Yuxudan oyanmasam,
oxusunlar.
Havanı
yara-yara qaçım
dan üzünə tərəf,
Fikirdən ayılmasan, çağırsınlar.
Bilirsən, nə qədər
kədərlidi,
Axşam
yazdığın məktubu
Səhər durub özün
oxuyasan,
Küsub
gedəndə -
Bir adam səni
çağırmaya.
Bir Yanvarın şeiri
Döyüşdən ayaqsız qayıdanlara,
Od tutan yağışa, qurd düşən qara.
Yaralı
əsgərin son qüvvəsinə,
Bir anda çəkməsi soyuyanlara,
Ağlayır xanımım, çay
əvəzinə,
Gətirib qarşıma duz qoyur indi.
Laçın dəhlizində təngnəfəsdi,
Ürəyi döyünür evin içində.
Bir baxmır, beş
baxmır Laçın
tərəfdən,
Gələn buludların yağış
köçünə.
Əlləri titrəyir, ayağı
donur
Necəsən? - mənə də göz qoyur indi.
Göydən ulduzlartək səpələnir
qar,
Nağıldı, bir ulduz oxuya
bilsən.
Ölmərəm, könlümün uçan
yerinə,
Bu qışın qarını
toxuya bilsəm.
Xanımım çağırır məni küçədən,
Yarımçıq şeirini yaz deyir indi.
Xudayar oxuyur, biz ağlayırıq,
Səsi ürəyimizi dörd yerə bölüb.
Qapımız açılır, qonşumuz
deyir: -
Sizin müharibədə kiminiz
ölüb?
Nə deyim, nə deyim belə
qonşuya? -
Qonşunun ovcuna söz qoyur indi.
Dan üzünün
şeiri
Səni
də çıxartdım
şeirlərimdən,
Adını bir başqa dəftərə yazdım.
Ən gözəl şeirimi qızlara deyil,
Ən gözəl
şeirimi itlərə
yazdım.
Gah bağ saldım, gah da bağ
şəkli çəkdim,
Hər ağac
yerinə ah şəkli
çəkdim.
Ömrümdə bir dəfə dağ şəkli çəkdim,
Nədənsə, altına cüt dərə yazdım.
İçində özgəyə oynayırdı
yar,
Lalıydı, gözündən qaynayırdı
yar.
Mənimlə krossvord oynayırdı
yar,
Xananın birinə "get ərə"
yazdım.
Sevdam öldü, axşam-axşam
ağladım,
Ağrı başa qara şamlar bağladım,
Bir gecədə qırx gün yasın saxladım,
Bu şeiri dan üzü səhərə
yazdım.
Qəşəm hey
Anam bu şeiri bir
yaşım
olanda üstümdə
oxuyub
Qəşəmin azarı sularla getsin,
Ay sular ey, ay sular
ey...
Dilində sözləri çiçəklə
bitsin,
Ay çiçək ey, ay çiçək ey...
Çölnən gedən, ay göy
atlı,
- Balam öskürür, dərmanı nədi?
- Qara qarğanın qanı.
- Qarğanın da balası var,
Ölürəm, ay qara qarğa, sənin üçün.
Ay dittili, get burdan, küş, küş...
Balam yatır, ay yemək, tez biş, biş,
Səni
görüm daşa dön,
Ay qazan, qayna,
Ay it, get
o yanda hür,
Ay pişik, gəl bu yanda oyna...
Balamın qulağı ağrıyır...
Ay dəvə, ey, ay dəvə, ey,
Balam ağlayır,
Yaxına gəl, Qəşəm sənə baxıb gülsün.
Ay atlılar,
Boz atlılar,
Qıratlılar,
Duratlılar,
Atlarınızı biz tərəfdən
sürün,
Atlarınızın alnı Qəşəmə gülümsəsin...
Daş
Əlimi
cibimə qoyub gedirəm,
Cibinin dibini oyub gedirəm.
Bir fikrim var, yeyib,
doyub gedirəm,
Küçədə,
Bir balaca daşı diyirləyə-diyirləyə...
Gözümlə bir vergül atıram,
göydə oynayan quşa,
O vergüldən sonra gəlir başqa bir quş da...
Daş sevinir,
Elə bilir bu saat
onu göyə qaldıracam...
Göydən ötrü ölür
daş...
Bir təpik atıram
Ayağıma dolaşan küləyə,
Küləyin ağzından
Saralmış bir yarpağı
düşürməyə...
Gedirəm ayağımla
Yarpağı oynada-oynada...
Yarpaq da oynayır mənimlə
Qız nəvəm kimi hərdən qalxır başıma...
Aha, bu top kimindi?
Qapı
bilib girib bir çuxurun içinə,
Təpik
vururam
Topun yuxusuna,
Səksənir hardasa bir uşağın
mürgülü ayaqları.
Gedirəm işə,
Yenə
daşı diyirləyə-diyirləyə,
Axşam
işdən çıxanda,
Qayıdıram o daşla.
O da qayıdır
Fikrində göyə uçmaq
Qədim
bir istəyi ilə...
Doyunca
Bizə
bir çiçək
çatar,
Üstündəki arı,
Toyumuzu çalsın təki...
Bizi barışdırmağa bir
vergül bəsdi,
Bizi öldürməyə
bir nöqtə yetər.
Bir ağac tirini ev bil,
Altına ikimiz də sığarıq.
İkimizə bir qələm
bəsdi,
İkimiz də yazarıq.
Əllərin gecə-gündüz
Xəyalıma ilişər.
Göz yaşlarının ucu
Gəlib sirrimə düşər.
Ayrı
göy istəmirəm,
Gözlərin mənə göy olsun.
Fikirlərin gözündə
Gəmi kimi oynasın.
Nə
Allah, nə yer, nə göy,
Bircə səni sevsəm, bəsdi.
Səninlə doyunca yaşasam,
Səninlə doyunca
ölsəm bəsdi.
Hardasan,
bir əzan eylə,
Gəlib başıma dəysin.
Səni
yerdən götürməyə,
Başımı aşağı əysin.
Uşaq köynəyi
Mən şeirlərimi müharibə
uçqunlarının
üstünə sərilərək,
Dodaqlarımı beton plitələrin
arasında
tapılmış
uşaq köynəyinə
söykəyərək
Yazıram.
Şeirlərimin hecaları uşaq
əynindən
yıxılmış damalı
köynəklərdi
Münsiflər heç vaxt damalı
köynəkləri görə
bilmir, Turalım.
Göynəyin xatirəsinə bax,
Kürəyimdə bir əlçim
Günəş şəfəqi
vardı
Əvvəl işıqlandırdı uçqunun dərinliklərini
Sonra söndü.
Quyu
Xoşbəxtlik sözündə bir
heca çatmır,
Evimiz sözündə
bir addım kəmdi.
Hamı
yanındadır, amma nədənsə,
Durub axtarıram, bir adam kəmdi.
Göydən güllə yağır,
elə bil dolu,
Gecənin üst-başı tamam supsulu.
Yağışın, dumanın gözü qupquru,
Gündüzlər Günəşin gözləri
nəmdi.
Xəbər gələ düşmən
bizlə barışıb,
Peşman olub havadarı qarışıq.
Bu dünyanın get-gəlləri
qarışıb,
Ayrılıq vüsaldı, vüsalsa qəmdi.
Yüz Qəşəmdim, oldum indi bir Qəşəm,
Uşaq
Qəşəm, qoca Qəşəm, pir Qəşəm.
Öz ahımın quyusuna düşmüşəm,
Dərinliyi burdan Allahacandı.
Qəşəm
NƏCƏFZADƏ
Ədəbiyyat qəzeti.- 2021.- 3
aprel.- S.27.