Özümü
xatırlatma
İlahi,
özümü xatırladıram,
Əzəli
ünvanım:
Adəmlə
Həvvanı qovduğun məkan,
Kiçik
bir kənddi,
Bir
yanı təpələr, bir yanı bağlar.
Təpələr
çılpaqdı,
Bağlarda
isə iri yarpaqlı hündür ağaclar
Xışıldaşırlar
külək əsəndə.
***
Orada bizim
Birmərtəbəli
evimiz vardı.
Evin kələ-kötür
divarlarında
Bala
çıxarardı sərçələr hər il.
Tavanındasa
cıvıldaşardı
Ətcəbalaları
qaranquşların.
***
Quşlardan
aşağı biz yaşayardıq,
Biz -
altı bala.
Atam
axşamlar işdən dönəndə
Qapımızı
qoruyan itin suyunu
Dəyişməmiş
evə girməzdi.
***
Atam
çox işıqlı adamdı çünki...
Şam
yeməyində çay əvəzinə
Günəşi
içərdi,
Yay
aylarında
Üzüm
gilələrinə hopan günəşi.
***
Bizimlə
yaşayan qaranquşlarla
Bəhsə
girmişdi elə bil anam -
Yuxarıda
quşlar, aşağıdasa
Anam bəsləyirdi
balalarını...
Suvaqsız
divardakı sərçəcikləri
Demirəm
hələ.
***
Bizi təmənnasız
sevirdi anam,
Atam da
sevirdi,
Bunu
oxuyurdum,
Onun
qabar-qabar ovuclarından.
***
O zaman bəndəni
Sən də sevirdin.
Onda bizə
olan məhəbbətinlə
Bildirirdin,
Tanrım, öz varlığını.
***
Mənə
yönəltdiyin sevgi-məhəbbət
Elə
ülvi idi, elə çox idi,
Ondan pay
çıxırdım hələ gözləri
Tamam
açılmamış it küçüyünə,
Pişik
mavrısına, sinif yoldaşıma, -
Aşağı
sinifdə gözəl bir qıza...
***
Özün
bəxş etdiyin hədsiz eşq ilə
Mən Səni
hamıdan artıq sevirdim,
Amma zərrə
qədər qorxmurdum səndən.
Çünki
divardakı və tavandakı
Ətcəbalalartək
sığınmışdım mən
Sənin
sevginə.
Əndişə
hissinin nə olduğunu
Bilmirdim hələ...
***
Mən
indi qorxuram, yaman qorxuram,
Elə
bil, sevginin damı sökülüb,
Yerə
tökülüb ətcəbalalar,
Qorxuram
adamlar ayaqlayarlar.
Elə
bil, axşamdan soyuyub, Allah,
Yer-göy
arasındakı o ilıq hava...
***
Onda
arzularla doluydu mənim,
Belimə
asdığım məktəb çantası.
İndi o
arzular hanı bilmirəm,
Arzu
çantasını harda boşaltdım
Və
harda doldurdum əndişələrlə!?
***
Məktəbə
gedəndə qış aylarında
İki iz
düşərdi qarın üstünə,
Biri mənim,
biri Sənin izindi...
İndi
izin biri yoxdu, İlahi!
Bəlkə
daha məni tək buraxmısan,
Bəlkə
bu iz sənin izindi, Tanrım?
Mən
artıq yorğunam, gedə bilmirəm,
Məni
qucağında aparırsan, bəlkə, İlahi!?.
Bilmirəm
nə olub, nə dəyişibdi,
Getdiyim
yollara qoşa iz düşmür,
İz təklənibdir.
***
Mən bu
şübhələri, bu xofu atıb
Yenidən
sevginə sığınmaq üçün
Allahım,
özümü xatırladıram,
İmir Məmmədliyəm,
Bir
yanı təpələr, bir yanı bağlar
Olan məkanda
Gözümü
açanda, hər bir tərəfdən
İçimə
gur axan o ilk işıqda
Səni
görmüşəm.
İmir MƏMMƏDLİ
Ədəbiyyat qəzeti.- 2021.- 10
aprel.- S.11.