Pişik şeytan

 

Coys 1936-cı ilin 10 avqustunda nəvəsi Stivenə göndərdiyi məktubda, onun üçün balaca nağıl yazmışdı. Bu məktub əvvəlcə Coysun məktubları kitabında çap olunub, 1964-cü ildən isə şəkilli nağıl kitabçası kimi çap olunmağa başlayıb. Həmin nağılı təqdim edirik.

 

Stiven Coysa məktub

Viller-sür-Mer, 10 avqust 1936

 

Əziz Stiv,

Sənə bir neçə gün qabaq içi şirniyyatla dolu balaca pişik göndərmişəm, bəlkə sən Bojansili1 pişiyin hekayəsini bilmirsən.

Bojansi Luar çayının sahilində balaca, qədim şəhərdir. Luar Fransadakı ən uzun çaydır. Eyni zamanda çox geniş çaydır, ən azından Fransa üçün. Bojansidən keçən hissəsi o qədər enlidir ki, bir sahildən o biri sahilə keçmək istəsən, azı min addım atmalısan.

Qədim vaxtlarda Bojansi əhalisi çayı qayıqla keçirdi, çünki çayın üstündə körpü yox idi. Özləri körpü düzəldə bilmirdi, başqasına düzəltdirmək üçün isə pulları yox idi. Belə olan halda etməliydilər?

Həmişə bütün qəzetləri izləyən bir şeytan onların acınacaqlı vəziyyətləri haqda məqaləni oxuyandan sonra geyinib-kecinib Bojansi şəhərinin meri müsyö Alfred Birnin yanına gəldi. Bu mer gözəl geyinməyi xoşlayırdı. Qırmızı rəngli paltar geyinirdi boynundan qalın qızıl zəncir asırdı, zənciri heç gecə dizlərini ağzına dayayıb yatanda da çıxarmırdı.

Şeytan merə qəzeti oxuduğunu Bojansi əhalisi üçün körpü tikə biləcəyini dedi, beləcə Bojansi əhalisi istədiyi vaxt çayın üstündən keçə biləcəkdi. Dedi ki, indiyəcən tikilmiş bütün körpülərdən ən gözəlini bir gecəyə tikəcək. Mer ondan bu körpü üçün qədər pul istədiyini soruşdu. Pul lazım deyil, şeytan dedi, bircə onu istəyirəm ki, körpüdən birinci kim keçsə, onu mənə verəsiniz. Yaxşı, mer dedi.

Gecə düşdü, Bojansi əhalisi uzanıb yatdı. Səhər açıldı Bojansi əhalisi başını pəncərədən çıxarıb baxanda qışqırmağa başladılar: O, Luar! gözəl körpüdür! Çünki onlar enli çayın üstündən salınmış, gözəl daş körpünü görmüşdülər.

Hamı körpünün yanına qaçıb o biri tərəfə baxmağa başladı. O biri tərəfdə şeytan dayanıb körpüdən birinci kimin keçəcəyini gözləyirdi. Amma hamı şeytandan qorxurdu heç kim körpünü keçməyə cəsarət etmirdi.

Sonra boru səsləri eşidildi - bu, əhalinin susması üçün işarə idi - qırmızı paltarlı, boynundan qalın qızıl zəncir asılmış mer Alfred Birn göründü. Onun bir əlində su dolu vedrə vardı, o biri qoltuğunda isə pişik tutmuşdu.

Şeytan körpünün o biri tərəfindən meri görən kimi rəqs etməyi saxlayıb durbinini çıxardı. Camaat pıçıldaşmağa başladı pişik merin üzünə baxdı, çünki Bojansi şəhərində pişiklərin merə baxmasına icazə verilmişdi. Pişik merə baxmaqdan yorulandan sonra (çünki pişiklər merə baxmaqdan yorula bilər) merin boynundakı qızıl zəncirlə oynamağa başladı.

Mer körpünün yanına yaxınlaşanda kişilər nəfəsini tutdu, qadınlar ağzını yumdu. Mer pişiyi körpünün üstünə qoydu bir göz qırpımında vedrədəki suyu pişiyin üstünə boşaltdı. Şeytanla su dolu vedrə arasında qalan pişik bir göz qırpımında qərar verdi qulaqlarını qısıb şeytanın yanına qaçdı.

Şeytan şeytan qədər hislənmişdi.

Messieurs les Balgentiens, şeytan körpüdən qışqırdı, vous n'etes pas de belles gens du tout! Vous n'etes que des chats! pişiyə dedi: Viens ici, mon petit chat! Tu as peur, mon pau petit chou-chat? Viens ici, le diable t'emporte! On va se chauffeur tous les deux. (2)

pişiklə bir yerdə çıxıb getdi.

O vaxtdan bu şəhərin əhalisinə "les chats de Beaugency" (3) deyirlər.

Həmin körpü hələ qalıb uşaqlar üstündə qaçır, gəzir oynayır.

Ümid edirəm, bu hekayə xoşuna gələcək.

Nonno

Qeyd: Şeytan, adətən gəzə-gəzə uydurduğu Belsibabl dilində danışır, amma çox hirslənəndə, eşidənlərin iddia etdiyinə görə, güclü Dublin ləhcəsi hiss olunan fransızca da danışa bilir.

1 - Bojensi (Beaugency) - Fransada şəhər

2 - Ey Bojansi əhalisi ...Siz yaxşı adam deyilsiniz! Siz pişik ruhlusunuz! ...Gəl bura, mənim balaca pişiyim. Gəl yanıma, qorxursan, mənim balaca pişiyim? Üşüyürsən, ay səni şeytan aparsın! Gəl, gəl gedək, tezliklə qızışarıq ikimiz .

3 - Bojensi pişikləri

 

Ceyms COYS

 

Tərcümə etdi: Həmid PİRİYEV

 

Ədəbiyyat qəzeti.- 2021.- 10 aprel.- S.21.