O uşağın diz
yarası
Haqq dirənişi boydadı.
Şükür Əli (Əliyev)
1998-ci il oktyabrın 10-da Bakıda anadan olub. Əslən Cəbrayılın
Balyand kəndindəndir.
2016-cı ildə Əsgər
Veysəlov adına
Sirik kənd tam orta məktəbini bitirib, elə həmin il Sumqayıt
Dövlət Universitetinin
İqtisadiyyat və idarəetmə fakültəsinin
İqtisadiyyat ixtisasına
qəbul olub. 2020-ci
ildə isə magistratura pilləsi üzrə
Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin
Turizmin iqtisadiyyatı ixtisasına qəbul
olub. Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.
Paralel Sevgi
Sənin öz dünyan var,
Öz zamanın.
Sən heç vaxt bu dünyada doğulmadın ki,
Heç vaxt zamanın bu tayında olmadın ki.
Görmədim heç vaxt səni,
Eşitmədim səsini,
Düşünə bilmədim düşündüklərini.
Varlığın hələ də isbat olunmayıb,
Adın yoxdu.
Hələ də fərziyyəsən,
Riyazi tənliksən, fizikasan, fəlsəfəsən
Hər nəsən
İsə
Sübut eləmək istəyirəm səni,
Sonra özümü.
***
Səhər-səhər adamlar
küçəyə çıxmamışdan qabaq
Ağaclar dünəndən yağan yağışın
yaratdığı gölməçələrə baxaraq
Sığal çəkir yarpaqlarına.
Həm də bu gün hava günəşlidi.
***
Nə yalandan başını qatım,
Boş-boş sevgi şeirləri ilə,
Bəzəkli sözlərlə?!
Sən də ki, bir dəfə oxuyub keçəsən.
Elə-belə yazmaq lazımdı,
Dağınıq filan.
Heç bilmirəm nə etmək lazımdı,
İlin-günün bu ayında.
Adam 22 yaşında nə etməlidi ki,
Allaha da, bəndəyə də xoş getsin?!
İlk dəfədi ki, 22 yaşım var,
Bəlkə də təcrübəsizəm,
Kimdən soruşuramsa, heç nə demir.
Yoxsa həqiqətən də bu yaş dövrü
Beləcə boş keçir?!
Əslində, elə də faciə deyil
İlin-günün bu ayında boş yaşamaq,
Mənim üçün hava xoşdu.
Amma ki, Allahdan ayıbdı, bəndədən ayıbdı.
***
Sular boğuldu, nəfəsi kəsildi havanın,
Keçən günlərin birində
itirdim,
Ən yaxın
dostumu, ən yaxın adamı.
Anasının ağ saçlarına büküldü
cəsədi,
Uşaqlıqda qırdığımız budaqlardan
düzəltdik tabutunu.
Sağ olsun, yuvasını dağıtdığımız
qarışqalar gəldi
köməyə.
Ən axırıncı şəkildə
necə də gülürdük ürəkdən,
İnsan
nə ət parçasıymış, nə
də torpaq,
İnsan kağız parçasıymış,
əslində.
***
Tarix kitablarını vərəqlədim
ötən gün,
Saç
tellərini tapdım
Soyuq müharibənin
dövrləri arasında.
***
Mənim
ibtidai sevgilim!
Sənin
daş ürəyində
hələ də
ocaq kəşf olunmayıb,
Hələ də buz dövrüdü
baxışlarında.
***
Bir gün dünya da
qabığını qırıb
harasa gedəcək,
Bəlkə də içindən
bir kəpənək çıxacaq
Bütün adamları qanadına
yığıb harasa
gedəcək,
Bəlkə də xoşbəxtliyə...
***
Göy üzündə bulud topası üzür,
Göyərtəsi ümid dolu.
Ulduzlara
çatmaq üçün
Şimşəkləri avar kimi
İrəli-geri çəkir.
***
Mağaraya düşən işıq
kimi,
Sükutuma düşdü səsin.
Yığdım bütün demədiklərimi,
Hördüm zəncir kimi,
Qalxıram qulaqlarına.
Balıq və balıqçı
Ömrümün hansısa günü
itib elə bil,
Düşüb... düşüb yaddaşımdan
haradasa.
Bəlkə də başım
səni sevməyə
qarışmışdı onda,
Ya da Bayıl üçün
darıxanda
Bəlkə də avtobusda, metroda
Hara isə tələsəndə,
Çayxanaların birində,
Çəkiblər düşüncəmdən..
Bəlkə də dostlarımın
biri,
Oğurlayıb gizlincə.
İtib
hansısa gün... bilirəm
Yoxluğunu hiss edirəm həmin
günün,
Nə oldusa ondan sonra
oldu
Yoxsa bu qədər qaranlıq deyildi göy üzü
Və bir o qədər buludlu.
Mən də tək deyildim bu qədər.
Çox
da olmasam bir azca ümidli,
Azca dərdli
idim.
Hələ düşüncəmdə qara dəliklər
doğulmamışdı,
Gözlərim boşluğa bənzəmirdi.
Ömrümün hansısa günü,
Bəlkə də dəniz sahilində
Qumların içinə,
Ulduzlara
baxanda,
Düşüb yaddaşımdan.
Bilmirəm ki,
Çoxdan onu küləklər
qapıb,
Dalğalar dənizin altına
çırpıb,
Bir balıq udub onu,
Sonra yad bir sahildə
Bir balıqçı tapıb
o balığı,
Bircə
gün uzun yaşamaq üçün,
Arzu tutub.
Sonra yaşayıb
və unudub.
Dondurma şeiri
Bir az sən
var idin
Zamanın tərkibində,
Bir az da mən.
Bir az sevgi,
Bir az da ayrılıq.
Ona görə dadı damağımda qalıb,
Uşaqlıqda yediyim dondurma kimidi,
- İndi ələ
düşmür əvvəlki
zamanın dadı.
***
Böyüdük boyumuz keçdi,
Atamızın boyunu.
Qırışdı əllərimiz,
Anamızın əli kimi.
Tapşırdıq uşaqlığımızı,
Qonşuluqdakı xalaya.
Çıxıb getdik
həkimə getmək
adıyla.
Uzaqlara...
Böyüdük, böyüdük,
Ulduzlardan
Qara dəliklərə
döndük.
***
İtirəm, yoxa çıxıram,
Yığan yoxdu sapa məni.
İtirəm, yoxa çıxıram,
Kim özündə tapar
məni?
Dərd
də, sevinc də eynidi,
Hər nə varsa tərəzidi.
Mənim
alın yazılarım,
Tanrının barmaq izidi.
Ən qorxaq adam
da mənəm,
Qaçıram, səndən qaçıram.
Ovcumu yerə buraxıb,
Mən öz əlimdən qaçıram.
Susuram daş-divar kimi,
Sarmaşıqların dil açır.
Əslində, yoxam, var kimi,
Bu sualları kim
açır?
***
O uşağın arzusu,
Elə süd dişi boydadı,
Sevinci gündəlikdəki
Aldığı beşi boydadı.
Hələ bu vaxtın harası,
Qabaqdadır dərd sırası,
O
uşağın diz yarası
Haqq dirənişi
boydadı.
Yaşamaq öyrənir hələ
Sevincdir
gözlərindəki,
Hə...
hə bir
də ki, bir də ki,
Sənin
verdiyin o ümid
Onun günəşi
boydadı.
Qırma
uşağın ümidin,
Ağrısı hər şeydən
iti,
Elə batar ürəyinə
Allahın işi boydadı.
Şükür ƏLİ
Ədəbiyyat qəzeti.- 2021.-
10 aprel.- S.29.