Ankarada “III Muzey, Şeir, Musiqi” tədbiri
Martın 24-də Ankarada III “Sanatın və kültürün kardeşliği – müze,
şiir, müzik” tədbiri keçirilb. Türkdilli ölkələrdən
şair və yazarların qatıldığı
tədbirdə ölkəmizi
Azərbaycan Yazıçılar
Birliyinin Mətbuat xidmətinin rəhbəri,
şair-jurnalist Xəyal
Rza təmsil edib. Bu il üçüncüsü təşkil
edilən tədbir
İLESAM-ın (Türkiyə
Elm və Ədəbiyyat
Əsəri Sahiblərinin
Məslək Birliyi) təşkilatçılığı, Türkiyə Mədəniyyət
və Turizm Nazirliyinin təşkilati dəstəyilə gerçəkləşib.
Tədbir Ankaranın ən
qədim muzeylərindən
birində - Anadolu Mədəniyyətlər Muzeyində
təşkil edilib.
Gecədə iki şeir – “Qara gözələ elegiya” və “Evsiz qapı” şeirlərini səsləndirən Xəyal
Rza Azərbaycanın Qarabağ zəfərindən,
erməni vəhşiliyi
nəticəsində dağıdılmış
mədəniyyət ocaqlarından,
muzeylərdən söz
açıb,
dünyada dördüncü,
SSR-də birinci olan Azıx mağarası, dünyada iki muzeydən biri olan Çörək
Muzeyindən, Şuşada
dahi Üzeyir Hacıbəylinin, Bülbülün
ev muzeylərindən danışıb. Xəyal Rza
bir gün belə tədbirlərin həmin muzeylərdə də keçirilməsini
arzulayıb.
Tədbir Türk Sənət Musiqisi ifaçılarının
və xor qrupunun çıxışıyla
yekunlaşıb.
AYB.az
Ədəbiyyat qəzeti.- 2021.-
10 aprel.- S.27.