Təkliyin bir üstünlüyü
var
ölüm xəbəri gec çıxır.
Rəqslə imza
Müharibəyə gedən yolda yolüstü
rəqs edən şəhid Fədailin xatirəsinə
Onu görən inanmazdı
döyüşə
gedir bu kefnən,
Şübhələnib
deyərdilər -
görüşə gedir bu kefnən.
Çağırmışdılar elə bil,
yol almışdı Çənlibelə.
Təzə dil açan bülbültək
nəğmə idi könlü belə.
İllərin tamarzısıdı,
Vətən buyruğa göndərsin.
Bağdan, bağçadan ayırsın
yaraqla dağa göndərsin!
Bəlkə niyyət eyləyibdi,
niyyəti hasil olubdu,
Bu gün göydəndüşmə kimi
Allahdan nazil olubdu,
Parladı bir qılınc kimi,
gün altında qəmzə qaldı.
Ana torpağın üstündə
rəqsi ondan imza qaldı.
Borc
Şəhidin dilindən
Sevgisinə yetişmədiyim qız,
Ardınca qarabaqara
yolların dabanını
çıxartmaq
boynumun borcu idi...
Daş qalalar bürcüynən,
şəhid ömrü
borcuynan deyilər.
Şəhid nağılı acı
nağıldı -
Keçmiş qranit daş kimi ağırdı,
gələcək boyunbağı
kimi dağıldı.
Borc borcun üstünə mindi,
borc borcun üstünə yığıldı.
Dərdini döşəsən, yer çatmaz,
yük vursan Devi - çəkməz,
Şəhidin ehsanından
acın da təbi çəkməz.
Yəqin,
anan mənə eyib tutacaqdı, -
səni cırnatmaq üçün
ən yaxşı halda meymuna oxşadacaqdı,
amma çayı
hansı mürəbbə
ilə xoşladığımı
da soruşacaqdı.
Səni
sıxmalı sinəmə
avtomatı sıxdım,
Görüşünə çıxmalı
yerdə
quş qatarıynan gələn güllə qabağına çıxdım.
Bu döyüşdü - kim öldü, kim yaralı çıxdı,
Ürəyimdə çırtlamayan sevgi
başda idi,
amma Vətən ondan irəli çıxdı.
Sevgimi sanballamadım,
bahasını yaşamadım...
Sinəm
bazar yeri -
sevgim bazarda müftə qaldı,
Zifaf gecəsi
üstümüzə örtüləcək
yorğan yükdə
qaldı.
Söz sözü çəkib gətirir,
söz dolanmadığı
künc qoymur,
Sevgisinə yetişmədiyim,
adını bilmədiyim
qız,
sənə olan borc məni
qəbirdə də dinc qoymur.
Müharibə
Müharibə qəribədir
Hər kəs öz vəznində olur, -
Hər gedən
bir işə gedir.
Kimi şəkil çəkdirməyə,
Kimisi döyüşə
gedir.
Şirinlik
Torpağı alacağımızı
əvvəldən bilirdilər,
Oğul
doğulduğumuzda
şəhidlik bahası
şirinlik alırdılar.
Təkliyin estetikası
Yığışıb dağ arxasına aşan
günəştək batmaqdı
təklik.
Doğmalara zəng daha çox
özünü xatırlatmaqdı
təklik.
Evin bir açarı da çöldə olar -
"Yataram ayılmaram" qorxusu
canında nəbz
kimi atar,
Qapının dalını vurmaz,
bağlayar açarı
çıxarıb yatar.
Təklik
ağrısından yana
nə etsən gücsüz olur, bivec çıxır,
Təkliyin bir üstünlüyü
var
ölüm xəbəri
gec çıxır.
Sonra
Yaz yağışı gün
gətirir,
qış küləyi
sazaq...
Qulaqlara
qurğuşun! -
sevgi ayrılıqdan
sonra əzab.
Faraş ölümlər
Ölüm kağız pul
kimi düşdü dəyərdən,
Əzrayılın gəlişi arımıza
gələr...
Ağlıkəsməz uşaq əlində açılan
havayı güllə
karımıza gələr.
Uşaq
bağışlanar, biz də
onları
ölümlə faraş
tanış etdiyimizin
bədəlini verərdik.
Azər bəy Məcid
oğluna
Azdan-çoxdan tanıyıram,
seçirəm adam safını.
Əlimdə bir şeir payı -
gəlib döyərəm
qapını.
Ağrıya üz turşutmarsan,
"Xoş gəldin!"
də eyləyərsən.
Xeyirə
qanad taxarsan,
şəri yoldan əyləyərsən.
Xeyir-bərəkət olarmı,
küləklər sərt
əsən yerdə?!
Dostlar səni xatırlayar
düz əyrini kəsən yerdə.
Zaman amansız hökm etdi, -
kim ayırar suyu undan?!
Ot kökü üstündə bitər,
bəylik yağır
suyumundan.
Bəy oğlu, bəy yadigarı,
sən bəy yurdu, bəy yerisən...
Bu günlə dünən arası,
keçmişdən üzü
bərisən.
Öz aləmin, öz halın var,
ayrı halla uyuşmadın.
Həmişə dağ ətirlisən,
sən ətrini dəyişmədin.
Yaddaşında bir uşaq var, -
uşaqların ən şuluğu...
Bənna
daş üstə daş qoyar,
sən üst-üstə
yaxşılığı.
Sələflərdən qalma miras -
lap bir az da
boyad olsun!
Bəylik
bəyliyə mindikcə
bəylərin ruhu şad olsun!
Mir Hadi oğlu Salmana
İlahinin qaydasıdı -
Qalxar, enər pilləkənlər...
Hamını heyrətdə qoyar
Daş üstündə
gül əkənlər.
Seyid kimi mərhəmətdən
Ucaldıb qala salmısan,
Qaranlığa düşən olsa,
İşığa yola salmısan.
Hər adamın işi deyil
Qürbətdə ad-san qazanmaq.
Gül çox olar, tez seçilər
Arasında qara zanbaq.
Bayram olanda dost-tanış
Sənin başına cəm olar.
El-obadan kim
buyursa,
Müşkülünə əncam olar.
Səni
tanıyan tanıyar,
Səni
bilən bilər, kişi.
Kim ki faniyə bağlanmaz,
Sənin
kimi gülər, kişi.
Sevgi sualları
Halına
yanmaq yasaqdı,
Oduna necə?!
Yanına
gələ bilmirəm,
Yadına necə?!
Bu nəğmə belə oxunmaz,
Bu xalı belə
toxunmaz.
Üzünə dodaq toxunmaz,
Adına necə?!
Zəhmindən qorxu damandı,
Kərəm sahibi, amandı!
Eşq yaşlı kişiyə mandı,
Qadına necə?!
Ürək öldürən
Ey ürək öldürən,
dəniz eşqi
qorundan keçirirsən,
Beş günlük qonağı
gen dünyanın darından keçirirsən.
Bu eşq qu nəğməsi,
yaşılın sarıya
çalan rəngidi,
Buyruqdu,
yazıdı -
hər payız yaşıl sarıda səngidi.
Heç
qulaq verdinmi
sarıda yaşılın
nəğməsi bitir?!
Ey ürək öldürən,
gəl, ürəkdə
səndən
qalanı götür.
Şadlıq
Eşitdim ki, darıxmısan
-
mənim üçün
- çox sevindim!
(Yalandısa, gerçək
olsun!)
Güzgü qabağına keçdim,
Baxana qəşəng göz basdım,
Dedim: - Qalmaz daha dərdin?!
Üzbəsurət təbrik etdim,
Gözaydınlığı da verdim.
Təklik
Təkliyin hüznü
ölüm hüznü
kimi 40 gün çəkir.
Bir olduğun bağlar qırılır -
birdən təkə
çıxırsan,
Yolun qəfil diklənir,
elə bil yer əkəndə
boşdan bərkə
çıxırsan.
Köhnə tərzindən soyuyursan,
yaydan qışa ağac kimi -
yolüstü yarpaq tökürsən,
Payız
yarpaq üçün
marığa durur...
Bükülmüş yarpaqlarda xatirələr
səndən qopur qırağa durur.
Dəyişirsən get-gedə
qədərlə barışırsan,
Qışdan yaya yazın yarpaqlarıyla
yeniyə alışırsan!
İlham QƏHRƏMAN
Ədəbiyyat qəzeti.- 2021.-
24 aprel.- S.10.