Gur ocaq
daşıydım: yandım-yaxıldım,
saxladım qor altda közün ömrünü.
Zəif, güclü
Xaraba
dünyada hara gedəsən,
hər
yan biganəlik,
hanı
abadlıq?
Cəhənnəmlik
canım buz baltasıdı,
üfüqün sökülən danı - azadlıq.
Ağrıyan
dişlərim it sümüyüdü,
tərpədir çənəmdə əzalarımı.
Mənim
də ürəyim daşdı, dinmirəm,
yola vermək
üçün qəzalarımı.
"Mənə
yola vermək" qalır, qardaşım,
öz
cahil ömrümü dala salıram.
Məndən
xəbərsizdi yəqin, başdaşım,
canımı yanına yola salıram.
Getmir, tərk
eləmir məni, ay lələ,
yaşamaq istəyir, üz var, onda da.
Mən
heç gözləmirdim bu kəraməti,
bilməzdim, bükməyə diz var, onda da.
Mən
hardan gəlirdim, hara gedirəm,
bu
düstur bir sirdi, izah olunmaz.
Hamını
danlayıb islah edirəm,
təkcə özümmüşəm islaholunmaz.
Lənət
qapısıdı - məbəd qapısı
çırpsan, peşimansan, çırpmasan, suçlu.
Düz
cavab istəyir indi hamısı: -
kim kimdən
zəifdi, kim kimdən güclü?
Dad
Yağışlar
- ağzının suyu,
axır
ki, qantəpər dadsın.
Bulağa,
arxa, gur çaya -
axır
ki, qantəpər, dadsın.
Göy
yorğun-arğın gərnəşir,
ağ
yorğanında gör nəşin...
Yanır
çırağı günəşin
istisini
çəpər dadsın.
Ağaclar
tövbəyə durar,
özünə güzəran qurar.
Fəsillər
növbəyə durar -
yanağından öpər, dadsın.
Həmişə
aldadır zənnim,
zirvəyə dirənib sinnim.
Dərdindən
ölürəm sənin -
qoyma
ağzım zəhər dadsın!
Evimin küçə lampası
Məftunam
ağappaq təbəssümünə,
zülmət qaranlıqda işıq saçırsan.
Sən həyət-bacaya
gündüz nümunə -
sən
axşam düşəndə işıq açırsan...
Bədirlənən
Ayın yavan kölgəsi,
gizlədir sirr dolu fəzilətini.
Sənin
işığının əlvan kölgəsi
örtür qaranlığın xəcalətini.
Dirəkdən
hamıya gözmü qoyursan,
yoxdur
bir kimsəyə göz ağartmağın.
Vaxtın
dərisini müftə soyursan,
nəzərə də çarpmır üz ağartmağın.
Mərhəm
işığına sözüm boyanır,
mən
özüm hazıra hər vaxt nazirəm.
Bahar
çağlarında təbim oyanır,
altında oturub şeir yazıram.
Küçə
lampasının nur işığında
ocaq
tüstülənir, heyvan kəsilir.
Yuxarıdan
baxır gur işığına -
ulduzlar
hamısı heyran kəsilir.
Məftillər
torpaqtək işıq becərir,
əkinə-biçinə yüz rəng qatırsan.
Sən
oyaq qalırsan bütün gecəni,
günəş doğan kimi tirtap yatırsan.
***
Turşəng
üzlü yamacım, yemişanın bal
dadır,
günəş dəyirman daşı, göydə valın oxudur.
Cidanımı gizlədir, baş açmıram,
çuvalda?
-
uçan
naməlum obyekt gözümüzü qorxudur.
Dolaşmır
balağıma itburnunun tikanı,
gəlin
qaya dumanda sırğasını itirib.
Hər
yay qurmaq istərkən çöldə çadır məkanı,
qara
pişik asqırıb, ya dalımca it hürüb.
Çinar
nəvazişini göstərərkən "getmə,
qal",
gərmic
əssin qəfildən, qara çəni oyatsın.
Ziyarətgah
dağların ətəyində namaz qıl -
üç gün-üç gecə yatsan, qıymaz səni
oyatsın.
Kimə
mane olurdu Zuvanddakı dərəlik,
Allah kəssin, qardaşım, bu namərd
bazarlığı.
Gördüyüm
yaşıl orman, dolaşdığım pöhrəlik,
ölmüş xatirələrin qardaşlıq məzarlığı.
Bu nisyə
yaz yağmuru boz üzünü çevirir,
vahimədən xoflanan qayalar tit-tir əsir.
Mirvari
yağış nuru qaranlığı devirib,
qövsi-quzeh lentini dərzi təbiət kəsir.
***
Həkim
baxdı, qərar verdi:
"iki saat ömrü qalıb" .
İlahi,
ölüb bu adam,
gözlərinin nuru qalıb.
Biləyindən
sarğı qopur,
yanğısı cisminə hopur.
İçində
qasırğa qopur,
sifəti
qupquru qalıb.
Rüzigar
sovurdu külü,
dedim:
"sən diri, mən ölü".
Ağaca
bir bax, "mən ölüm" -
budağında qumru qalıb.
Qaranquşlar
havalanıb,
səngimir ki, davaları...
Ötənilki
yuvaları,
damda
yumru-yumru qalıb.
Bu dərdin
buraxın başın,
neçədir bulağın yaşı?
Dünəndən
bulanıq yaşı
səhərəcən duru qalıb.
Körpü
Könlünə,
gözünə heyrət otura,
təravət yayıla gül körpüsündə.
Mələklər
Allahın üzünə dura,
namazın qılasan Qıl körpüsündə.
Doğulan
anımdan qəmlə tanışam,
fəryad
çəkən neyəm, sarı qamışam.
Nə sən
söz deyəsən, nə mən danışam -
ilişək, dil tapaq, dil körpüsündə.
Yolu bərk
çapıram, vurğun yorğayam
fitnələrə uymuş yorğun darğayam.
Ömrünü-gününü
elə qarğıyam,
qaça
bilməyəsən il körpüsündən.
Zülmətə
qərq olmuş uzun küçəsən,
yaxşını-yamanı gərək seçəsən...
Sənə
acıyıram, necə keçəsən -
qaranlıq gecənin zil körpüsündən.
Məlhəm
də hər candan bəla çıxarmır,
batır
barmağını bala, çıxarmır.
Lələm,
ala qarğa bala çıxarmır
Allahın saldığı "Ol"
körpüsündə.
İçəri
Dərdimin
qapısından
biri
girdi içəri.
Key
kimiydi, yer verdim,
diri
girdi içəri.
Qələmi
lələk idi,
belində bələk idi...
Deyəsən,
mələk idi -
pəri
girdi içəri.
Bir
xoş, bəxtəvər anda,
sifəti
qan-tər anda.
Özünü
çatdıranda -
şəri girdi içəri.
Heç
dodağı qaçmamış,
söz
deməyə acmamış...
Mən
ağzımı açmamış
əri
girdi içəri.
Körpə gilənar ağacı
Körpə
tumurcuqsan, qabarır köksün,
səni
dindirirəm, qaçır dodağın.
Sürətlə
aşağı işləyir kökün,
yuxarı
dartınır şivin, budağın.
Sən
duran tərəfə yel çəkir qamçı,
bir
qarış boyunla çiçək açırsan.
Böyük
ağacların dalağı sancır,
boylana-boylana gerçək açırsan.
Nə
deyim bağbanın bu dəst-xəttinə,
namnazik
gövdəni yırğalayıram.
Tənbəllik
etməyib, sənin xətrinə
bütün ağacları sığallayıram.
Çiçək
tökə-tökə kirpik çalırsan,
yuxarıdan baxma müdrik yaşıma...
Sən elə
yerini şirin salırsan
ağaclar and içir sənin başına.
Gilənar
soyadlım, aç qulağını,
ərköyün körpəmsən, əzizləyirəm.
İndi həzm
edirəm şıltaqlığını,
sabah
axı səndən bar gözləyirəm.
Mərhəmət
Canını
qoymağa yer tapmır sərt qış
könlünü yumşaldıb yaz mərhəməti.
Oyatmağa
qıymır kürt yatan quşu -
bəyaz
çiçəklərin naz mərhəməti.
Çəpərə
dırmaşan sərçələr "dəli",
şimşək işığından hürküb dağ kəli...
Uzanıb
küləyin səxavət əli -
basıb
bağça-bağı toz mərhəməti.
Qızartı
var üfüqlərin qaşında,
nəmişlik gərnəşir yamac daşında.
Qoz
sındırıb ağacların başında,
"vardır qarğa məndə qoz" mərhəməti.
Həmişə
haqlının haqqın yeyirlər,
abırsız-abırsız ağzın əyirlər.
"Dinin
yarısıdı insaf" deyirlər,
tərs
yuxu səmtinə yoz mərhəməti.
Yalan, doğru
Duyğuların
boz atları,
çapır, çapır haqqa doğru.
Bu cahanda
doğru-yalan,
bu
cahanda hoqqa-doğru.
Dünyanın
ilk yalanını,
nağıllar söyləyib bizə.
Şirinlik
bizi aldadıb,
noğullar söyləyib bizə.
Aldanmışıq
asta-asta,
küpəgirən qarılara.
Zümzümələr
yorub bizi,
qoşulmuşuq arılara.
Özümüzü
aldadırıq,
talandan
qaça bilmirik.
Başımızı
açan kimi,
yalandan
qaça bilmirik.
Təzad
Təkəri
yeyilmiş zamanla
qol-qola
haracan getməli -
qibləyə doğrumu?
Ya əks
tərəfə -
bir yeni
tayfaya,
qəbiləyə doğrumu?
Çarığım
yırtılıb,
çırağım sönüb.
Çomağım
əlimdən düşüb,
yamağım belimdən düşüb,
necə
qurtarım zülümdən?
Qurşağım yox bağlamağa.
Bal
dadır vaxtın zəqqumu,
qazan
asdım buğlamağa.
Bir zəlzələ
titrəyişi
yerin
doqquz qatından
əsdirir qarışqanı.
Bütün
sürüşkən iqlimlər
millətlərin qarışıq qanı.
Kimi
çəkirdi xaç suyu,
başına yekə daş düşdü.
Kirpiyini
sıxdı göyüm,
ulduz
boyda yaş düşdü.
Nisyə dəftəri
Bəzən
yağmasam da, guruldayıram,
qarı
düşmənimə "xox" gəlmək
üçün.
Yeyib-içmirəm
ki, çəki artıram,
ağır otururam, tox gəlmək üçün.
Yaradan
uzaqdan baxır çəpəki,
atır
sümüyümü, yeyir ətimi.
Yağmurum
üzümü isladan təki
islatmır canımın məmləkətini.
Hərdənbir
göz qoyur darıxmağıma,
rəhmi
hədiyyətək tökür başımdan.
Ümidim
qalmayır sağ çıxmağıma,
səhəri qapıtək açır qarşımda...
Ha dil
tök ölümə, "qəmişini çək",
xatırlayan Odur sonda andımı.
Yəqin
ki, xəlvətcə müfəttiş mələk -
nisyə
dəftərinə salıb adımı.
Məsləhət
Şovinist
erməni cəlladına
Ay kələkbaz,
əməlinə baxıb yan,
kürəyinə saplanıb hərb bıçağın.
Orda-burda
için-için yaxıl-yan,
qaytarıram istisini ocağın...
Erkən-erkən
qeybə çıxıb şənliyin,
həll
olunub dəftərimdə tənliyin.
İndilərdə
elə düşüb mənliyin,
ayağımın altındadır bayrağın...
Hanı
Cıdır düzündəki o cəh-cəh,
o təmtəraq,
o düşkünlük, o bəh-bəh?
Nə
dostun var, nə düşmənin, ay əbləh -
yəqin,
yenə sancır xəstə dalağın.
Qoy
düşməsin əynində dar şalvar ki,
daz
başına bağlamağa şal var ki.
Utanmasan,
oynamağa nə var ki...
Yasa dönüb toy-düyünün,
növrağın.
Qara
keşiş qoy uydursun nağlını,
peçin qala, həyət-baca bağlıdı.
İç,
aparsın yerdə qalan ağlını -
zirzəmində tükənməz tut arağın.
Niyə
girdin gor qonşunun haqqına,
döy
başına, onu-bunu ha qına.
Avropada
ağlasınlar halına,
dolaşanda ayağına balağın.
Ormanımda
perikdirdin tərlanı,
sakitlikmiş dağın-düzün dərmanı.
İrəvanda
becərməsən tarlanı,
basar mənfur
millətini alağın.
Sözün ömrü
Nə
çatır hövsələm, nə qalıb tabım,
neynirəm qismətin uzun ömrünü.
Şeir
yazmıram ki, şan-şöhrət tapım,
yazıram, uzadım sözün ömrünü.
Diksinir
ilhamım, səksənir təbim,
karvan
misralarım ruhlara təlqin.
Tamaşaburanı
olardım yəqin,
nurlandırmasaydım gözün ömrünü.
Kirəmit
üstündə bitən mamıram,
bu islaq
təknəmdə döndüm xamıra...
Damda səbrim
yoxdu, yerə damıram,
hər
qış əridirəm buzun ömrünü.
Tutduğun
balığı dur dəryaya at,
hökm
xaliqindir, sənin olur ad.
Şitini-şorunu
çıxarır həyat -
qeyrətə mindirir duzun ömrünü.
Gərilmiş
məftildim, axır yığıldım,
vuruldum,
bölündüm, sonda çıxıldım.
Gur ocaq
daşıydım: yandım-yaxıldım,
saxladım qor altda közün ömrünü.
Gördüm
Ötdü
payız, dolandı qış,
allı-güllü yazı gördüm.
Mən
yazıya başlamamış
alnımda bir yazı gördüm.
"Canın
sudu, iç özünü,
nizamla,
ölç-biç özünü".
Həyat
açdı iç üzünü -
çox
özündənrazı gördüm.
Mən
qisas aldım dözümdən,
heç
nə çıxmadı yozumdan.
Çaylar
lap düşdü gözümdən -
bulanıq Arazı gördüm.
Vətən!
Eşqindən doymadım,
yad eldə
qapı döymədim.
Hər cəfəng
sözə uymadım -
neçə nağılbazı gördüm.
Səni
min bir yerdə öydüm,
qan-yaş tökdüm, gözüm oydum.
Uğrunda
can qurban qoydum,
hansı
imtiyazı gördüm?
Fərqi
varmı, toxdum-acdım,
sənə ürəyimi açdım...
İt
hürən tərəfə qaçdım,
qənşərimdə tazı gördüm.
Ağacəfər HƏSƏNLİ
Ədəbiyyat qəzeti.- 2021.- 24 aprel.- S.26-27.