Tənha qadın ağlayanda,
qadın tənha
ağlayanda Əzrayıl da hürkür,
qadın!.."
Hayıf, səninçün ölmədim
Bilirsən ki, öləcəksən,
daha nə var yaşamağa.
Piyadası vəzir çıxan
Şaham, nə var yaşamağa...
Qaranquşun qanadından
daşın ağrısını çəkdim.
Ömür boyu bir "bəlkə"nin,
"kaş"ın ağrısını
çəkdim.
Qara xəbər saatının
zəngini tezdənə qurur...
Ürəyim də məndən keçib,
daha kürəyimdən vurur.
Ürək bəyəm nə
üçündü, -
uzağı infarkt olacaq.
Dost-tanışın nekroloqu
daşdan keçən akt olacaq...
Mənimçün ağlama, qadın,
hayıf, səninçün ölmədim.
Sənsiz boş keçən bu ömrə
qıyıb, səninçün ölmədim.
...Hayıf, səninçün ölmədim...
Dağlar
Dağlar
mənə arxa idi,
sinəm
- dağlara, dağlara.
Yenə
ürəyim atlanır,
Sənəm, dağlara, dağlara.
Susdum,
qıymadım sənə də,
suya
dönürəm yenə də.
Qorxdum
ölsəm,
bir sinədə
dönəm dağlara, dağlara.
Bir bulud
götürə məni,
hamıdan ötürə məni,
aparıb
itirə məni, -
Enəm dağlara, dağlara.
Suyam,
buludam, dumanam,
çənəm dağlara, dağlara.
Dağlar
mənə arxa imiş,
Sinəm
- dağlara, dağlara...
Həm də kişi
kimi
yaşamaq olmur
Bilirsən,
bir
ömrü həm qarğa qədər,
həm
də kişi kimi yaşamaq olmur.
Ölsən
də
bir yola
gəlmir hamısı, -
cəmdə kişi kimi yaşamaq olmur.
Ölümçün
anamdan çıxılan payam,
imkan
verdilər ki, ömürdən doyam?!
Ha de,
Yalquzağam!
Təkəm!
Tənhayam!
Kəmdə
kişi kimi yaşamaq olmur.
Tövşüyür
yenə də qara telefon,
az
qalır özünü qıra telefon:
"...Onunla
duz-çörək yemisiz ton-ton"...
Gendə kişi kimi yaşamaq olmur...
İydələr
çiçəkləyib...
İydələr
çiçəkləyib, get
fevralda
körpənlə qayıt.
Məni
yaza girov qoyub
get, o
biri mənlə qayıt.
Ulduzlar adam aldadır,
Adamlar - ulduz ölüsü.
Hər
qız bir oğlan tabutu,
hər
oğlan bir qız ölüsü.
Saçların
dağınıq getdin,
al-yaşıl örpəylə qayıt.
Məndən
qoparıb getdiyin
o mələk
körpəylə qayıt!
Ömrün
bu qış çağında da
gülür iydə çiçəkləri.
Əlindən
tutub yuxuma
gəlir
iydə çiçəkləri...
Yaxanda
özü-özünə
qırılan düymənlə qayıt.
Yenə mənə
qarğış elə,
yenə
də o MƏNlə qayıt!..
Yanağının
qırış tutan
yerləri
Ömrüm
boyu yer elədim könlümə
Külək vuran, yağış tutan yerləri.
Neynəsəm
də uçuq qaldı, çat qaldı
Taleyimin qarğış tutan yerləri.
Ətəyində
arzu, ümid bitirdik...
O
dağları hardan hara gətirdik.
Ovuc-ovuc,
qarış-qarış itirdik
Boyumuza qamış tutan yerləri.
Son nəfəsim
-
dimdiyimdə dən qaldı,
Sinəm
dağ-dağ,
bulud-bulud,
çən qaldı.
Kürəyimə
dəyən daşdan rəng aldı,
Ürəyimin
naxış tutan yerləri...
Yada
düşdü,
yadın
oldu, qız, nələr!..
Açıb desəm, dağ titrəyər, düz mələr.
Dodağımın
ürək sözün gizlədər,
Yanağının
qırış tutan yerləri...
Bizimdir
Dadaloğluna,
Şəhriyara
Mənim
dostum, bu ağrı da keçəcək,
O buludlar
gözümüzdən içəcək,
O çəməni
nəvəmiz də biçəcək,
Yaşıllar da, solanlar da bizimdi.
Mənim
dostum, bu bəladan çıxanda,
Sarı
günəş göy çəməni yaxanda,
Qara əncir
döşlərini sıxanda,
Saçlarını yolanlar da bizimdi.
Kənd
qızları kənd toyunda oynaya,
O tərəfdə
plov bişə-qaynaya.
Əl
çalmaqdan, göz baxmaqdan doymaya,
Gedənlər də, qalanlar da bizimdi.
Mənim
dostum, o yerlərdən keçəndə,
O
bulağı ovuclayıb içəndə,
Uşaq
kimi qanadlanıb uçanda,
Gözlərinə dolanlar da bizimdi.
Çiynimizdə
gün fırlanar, il keçər,
Keçdiyimiz körpülərdən el keçər.
Aramızdan
kölgə keçər, sel keçər,
Doğrular da, yalanlar da bizimdi.
Mənim
dostum, sən bilirsən, bilirəm,
O günlərçün
səndən betər ölürəm.
O yerlərə
gündə yüz yol gəlirəm, -
Olmayanlar,
olanlar da bizimdi...
Ünvanlı
Min illərdi
yol gəlir
indi
yazdıqlarımız
Göydən
yerə məktubda
endi
yazdıqlarımız...
Dolu
sünbüldən düşən,
dilimizdə ilişən,
Ürəyimizdə
bişən,
dəndi
yazdıqlarımız.
Qanı
qarışıq deyil,
genı
qarışıq deyil.
Özgəsindən
borc almaz, -
özü özündən yeyir
kəndi
yazdıqlarımız.
Susduğunu
gördün ki,
çəkil boşluğa, hönkür.
Qardaş
canı, bugünkü
gündü yazdıqlarımız.
Hər
söz üstdə öləndə,
ömrü söz-söz böləndə,
bəlkə bir quş dilində
dindi
yazdıqlarımız?!
Nə
lalam, nə də karam,
güc
yox qəfəsi qıram.
Vallah, belə
baxıram -
qandı
yazdıqlarımız...
Nə də yəhərdə
öldüm
Günəş
üçün ölürdüm,
səhər-səhər də öldüm.
Birtəhər
yaşayırdım,
və...
birtəhər də öldüm.
Kilsədən,
pirdən çıxdım,
bişib,
təndirdən çıxdım,
düşüb, qəbirdən çıxdım,
batıb
qəhərdə öldüm.
Hayıf
ömrümə, hayıf,
nə
bezib, nə də doyub,
nə səngərdə
can qoyub,
nə də
yəhərdə öldüm...
Nəynən
silləm öz yazını
Heç
nə yazmaq istəmirəm,
guya,
yazsam nə olacaq?!
Adımı
bəyaz buludnan
Göyə
yazsam nə olacaq!
Nəynən silləm öz yazını? -
alnımda mənnən gedəcək.
On
yaşlı ağ-qara şəklim,
ağlım da mənnən gedəcək.
Yaşamağın
dadı qaçıb,
heç
ölmək də istəmirəm.
Böyük
olmaq Tanrılıqdı,
kiçilmək də istəmirəm.
Yenə də
o köhnə ömür, -
səhər evdən, axşam evə.
Ömür
boyu yol gedirik, -
oxşar
evdən oxşar evə...
Hər şey var, kimsə artıq
Heç
də yaxşı deyiləm,
pis də
deyil işlərim.
Dünyanın
yanağından
Alma kimi dişlədim.
Ölmüş
vicdanın belə
qəbrinə
and
içirlər.
Ucaboy
qapılardan
İməkləyib
keçirlər...
Hər şey var, kimsə artıq.
Yenə nəsə çatışmır.
Ömür
boyu udduğun
son nəfəsə
çatışmır!..
Çetdim,
səngərlər boyu
oynayan
güllələrin
havasını çalmağa.
Cetdim,
qara günlərin
halvasını çalmağa!..
Səhər yuxuna çən
düşür
Qadın
üçün darıxırsan,
Xanım
üçün darıxırsan,
"heç darıxmıram" desən də,
canım
üçün darıxırsan.
Səhər
yuxuna çən düşür,
şeh
düşür uzaq illərə.
Ağlayırsan
dəryaz üstdə
yıxılıb gülən güllərə.
Çox
vaxt heç bilmirsən niyə,
nədən belə darıxırsan.
Darıxmalı
bir ölüm var,
bir də
qadın.
Ayrı
heç nə! -
sənsə elə darıxırsan.
Səngərdəki igidlərə
Oralarda
necədi
atkeçməz, düzən yerlər?
Buralarda
çəkilən
ahlara
dözən yerlər.
Orda
qurd-quş nə yeyir,
daşlar
bizdən nə deyir?!
Nə
deyib çiçəkləyir
özünü üzən yerlər?!
Necə
keçirir yazı,
hənrimizə tamarzı,
yalın
ayağımızı
qanadan, əzən
yerlər.
Qınayır,
söyür kimi,
ucaldır, əyir kimi?
Həvvaların
Adəmi
çıraqnan gəzən yerlər.
Tanıyırmı
izimdən,
öpərmi üz-gözümdən,
səngərin o üzündən
bu
üzün süzən yerlər?..
Şeir
yazmaq yeridi...
Heç
kimə heç nə demə,
heç
kimdən heç nə demə -
susmaq,
susmaq yeridi.
Ölmür
ölmək həvəsin,
Göy
pay verib - nəfəsin,
Yer - uduzmaq yeridi.
Barlı,
barsız budaqlar,
bu
gözəl çilçıraqlar
həm
də asmaq yeridi.
Batır
içi dolular,
nə
çıxmağa yolu var,
nə də
azmaq yeridi.
Çətin
boy ata, dura,
ağac
basdırma,
bura
qəbir
qazmaq yeridi.
Bu ağ varağı cırmaq,
bu qələmi
də qırmaq;
şeir
yazmaq yeridi?!
Özün atan ürəyim
Bu
yayın ortasında
qış fəslin yaşayıram.
Əsir
düşmüş dünyanın
Daş fəslin yaşayıram.
Sükut
aparır məni,
külək aparan kimi.
Kim
ölümə aparar,
ürək aparan kimi?!
Xəyalımda
çırpınır
ayağının səsinə
beşinci mərtəbədən
özün atan ürəyim.
Mənimki
ömür döyül,
yaşayıram səsinlə.
Batan
günü səhərə
daşıyıram səsinlə.
Kor
barmaqlarım tapmır
gözümün işığını.
Dur gəl,
sal bu zindana
üzünün işığını.
Ömrün payız
çağı
Dişlərim
də tir-tir əsir,
bişmiş sözüm də çiy çıxır.
Daha ayaq
izlərimdən
gül-çiçək yox, çəliy çıxır.
Dostlar da
seyrəlir bir-bir,
boşluqda sıxılır adam.
Düz
yolun düz ortasında,
sürüşüb yıxılır adam.
Dünənə
ayağım çəkmir,
eynəyim düşmür sabaha.
Solan kitab
arasında
darıxan məktubam daha.
Bir kefli
İsgəndər tapıb,
dedim:
açaq başımızı?!
Göydən
daş tökənə şükür,
gedib
açaq başımızı.
Qar
Susuz səhra
kimi
uzanan
ömrün
üstünə qar yağır,
necədi,
dostlar?!
Ürəyim
özünü söküb-dağıdır,
qollarım boşalan
küçədi, dostlar.
Səhv
yoxdu
Allahın
haqq-hesabında,
gətirib bu qarı gör hara saldı.
Məni də,
səni
də,
o dilsizi
də
bu mələk
sifətli yollara saldı.
Özünü
divardan asıbdı şəklim,
dilini
udubdu divar saatı.
Dərdin
saatında
sıfır:sıfırdı
Göy üzü bu qarı neçəyə satır?
Ovcumda
sıxmışam
qar
topasını,
qırx
il əvvəlki qız
hardan
keçəcək?
Allah!
Başıma
tökdüyün daşın ağrısı
başıma səpdiyin
qarnan
keçəcək?!
Tənha qadın ağlayanda
Yenə
mesaj göndəribsən,
nəyinsə sonudur demək.
Ad
günümü unutmuşdum,
hə,
ayın onudur demək.
Mən
ömrümün son gününü
çoxdan adlayıb keçmişəm.
Sənə
dönən körpüləri
bir-bir
odlayıb keçmişəm.
...Özün
didir telefonum,
ürəyim nəbzimi sayır.
101...
103... və tanış səs:
"telefon ya söndürülüb,
ya da yiyəsi
ağlayır"...
...Dünya
mənimlə bitmir ki,
az
ağla, az hönkür, qadın!
Tənha
qadın ağlayanda,
qadın
tənha ağlayanda
Əzrayıl da hürkür, qadın!..
Sabir
Yusifoğlu
Ədəbiyyat
qəzeti.- 2021.- 7 avqust.- S. 2-3.