"İkinci
Qarabağ" şeirlər silsiləsi...
Elvin İntiqam oğlu Məmmədli 1996-cı ildə
Yardımlı rayonunun Horonu kəndində müəllim ailəsində
anadan olmuşdur. 2014-cü ildə Sumqayıt şəhər
26 nömrəli tam orta məktəbi; 2018-ci ildə
Sumqayıt Dövlət Universitetinin filologiya fakültəsini
bitirmişdir.
Bədii yaradıcılıqla ardıcıl məşğul
olur.
II Qarabağ müharibəsi
iştirakçısıdır.
Prezidentin müvafiq sərəncamı ilə
"Füzulinin azad olunmasına görə" medalına
layiq görülüb.
Yağış suyu
"Müharibə xatirələri"ndən
İlahi,
Bizləri
sən qorudun,
Yenə
qoru -
Qoyma, suya
uduzaq,
Əlinlə
sıx
suyun
çıxart buludun...
Axır
düşmənin qanı
Vətənin
can yerinə -
Yerdən
narahat olma,
Sən su
tök göydən yerə
qan yerinə...
Həsrətində
olduğumuz torpağı
daddırdı bizə
Palçıqlı
gölməçələr...
Qoyma,
yağış dayansın,
Qarabağ
suyunu içənə qədər...
Qaya 11
Tağım
komandirim, şəhid
baş
leytenant Emil Əsədova ithafən
Vətən
eşqin şəhid etdi,
Amma səni
öldürmədi...
Səndən
qabaq şəhid oldu dostun,
cənab
leytenant...
O oldu
öldürən səni -
O xəbəri
eşitdiyin zamandan etibarən
Susdun, cənab
leytenant!
Biz
Füzulidə üç saat mərmi altda qalanda,
Anan
deyirdi: Allahım,
Sağ-salamat
gəlsin Emil;
Atan qurban
boyun aldı,
Torpaq səni
qurban boyun alanda!
Çıxartdın
mühasirədən polkovniki,
Üzün
güldü
üzün əsgərlərə sarı dönəndə:
Oldun cənab
baş leytenant -
Ulduzunun
biri artdı,
Bəxt
ulduzun sönəndə!
Noyabrın
yeddisi,
Xocavənd
ərazisi:
Bir tərəfdə
əsgərlərin döyüşdən
çıxardığı
baş
leytenant Əsədov...
Bir tərəfdə
yerə düşmüş rabitə:
- Qaya on
bir... Qaya on bir...
Qaya on bir
eşitmir!
Pəncərə
Bəlkə
uzaq dəhlizlərdən yaxşı görünmür
Laçın
pəncərələri -
Havası
çatmır Vətənin, boğulur,
Açın
pəncərələri...
Otuz ildən
sonra bağlaya bildik
Açıq
pəncərələri -
Bitişdirdi
torpağın şəhid qanı
Qırıq
pəncərələri...
Qapıdan
qovulan bir də gəlməsin,
Tutun pəncərələri
-
Keçmişimiz
təkrarlanmasın,
Örtün
bütün pəncərələri...
Şəhid anası
"Laylay
dedim yatasan,
Qızılgülə
batasan..."
Qərənfil
deməmişdi ki,
Qızılgül
demişdi ana...
Yazan
çox qısa yazdı -
İyirmi
il çox azdı:
Oğlunun
son ad günündə
Yüz
yaş istəmişdi ana...
Ayın
üçündə gəldi,
Bayraq
içində gəldi -
Əli
bayraqlı əsgərin
Yolun gözləmişdi ana.
Çətindi
övlad qəmi,
Solğunlaşıb
görkəmi -
Nəyin
qarşılığıydı bu,
Göyə neyləmişdi ana?
Şəhid qızı
Anan yalan
danışır:
Atan evə
qayıdanda
oyuncaq
almayacaq -
Anan
gündə oyuncaq gətirəcək,
Deyəcək
atan alıb:
Atan ancaq
almayacaq...
Anan yalan
danışır:
Atan
işdən gəlməyəcək -
Gözün
qalmasın
qapıda
səhərəcən,
Atan
yatıb, sən də yat -
İşdən
gəlsin yuxuna,
Evə gəlməyənədək...
Anan yalan
danışır:
Sənin
elçilərini
Qarşılaya
bilməyəcək atan, -
Toyunda
qız atası
Ürəyindən
keçənləri
Arzulaya
bilməyəcək...
Anan yalan
danışır:
Yalanlar da
atan kimi
bir gün yoxa çıxacaq -
Sinif
yoldaşların sənə
"Şəhid
qızı" deyəcək...
Bilirsənmi nədi ən qəribəsi?
Tarix dərsində
ağlaya-ağlaya
Yazacaqsan
lövhəyə:
"İkinci
Qarabağ müharibəsi..."
İtkin əsgər
anası
-
Çörək keçmir sualların boğazından:
İtən
bəxtim, hardasan,
Nə yeyirsən, nə içirsən?
Şəhidlər
də sağ-salamat gəldilər -
Sən nə
vaxta çatarsan,
Hansı kəndi keçirsən?
- Mən
də dözümlüyəm, bala,
Sən
acsansa, mən də acam -
Sənə
qurban olsun anan,
Sənə
qurban olsun bütün çörək
qırıntıları...
- Şəkillərin
sildiyim əllərimi
açıram sənə, Allah:
Mən
oğlumu bayrağa,
Oğlum
məni torpağa
verməmiş öldürmə məni -
Ölüsünü,
dirisini
Görməmiş
öldürmə məni...
- Bircə
əsir düşməsin -
Razıyam,
qara olsun
Gözlərimin
ümidli göy yaşları,
Əllərimin
qırmızı duaları,
Ürəyimin
yaşıl sıxıntıları...
İndiki Ermənistan
İndiki
Ermənistan -
Doxsan
ikinci ildi...
...
İndiki Ermənistan -
Erməni
budaq cümləsidi:
Yanvarın
vergülüdü,
Fevralın
nöqtəsidi...
...
İndiki
Ermənistan -
Laçının
ayaq izidi,
Kəlbəcərin
tozudu,
Şuşanın
dumanıdı...
İndiki
Ermənistan -
Birinci
kitabın ikinci cildidi...
Elvin
İNTİQAMOĞLU
Ədəbiyyat qəzeti.- 2021.- 14 avqust. S. 29.