Şahmar Əkbərzadə
mükafatı laureatlarının
kitabları yayımlandı
2000-ci
ildən indiyədək “Vektor” Beynəlxalq Elmlər
Akademiyası tərəfindən ənənəvi olaraq hər
il Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat
mükafatı təqdim edilir. Hər il mükafat laureatlarının kitabları
Akademiya tərəfindən
təmannasız olaraq
yayımlanaraq oxuculara
hədiyyə edilir.
525.az xəbər verir ki, bu günlərdə
ədəbi mükafatın
laureatları Ramiz Qusarçaylının “Sevgidi
dünyaya qəsdim”, Nazim Əhmədlinin “Uçub getmək istədim”, İbrahim İlyaslının
“Qırmızı almadan
Qızılalmaya”, Fərid
Hüseynin “Uçurum
Peyğəmbəri”, Vaqif
İsaqoğlu “Zəm-Zəm
suyu” kitabları nəfis şəkildə
çap olunaraq müəlliflərə və
oxuculara təqdim ərmağan edilib.
Xatırladaq ki, görkəmli
Azərbaycan şairinin
adını daşıyan
bu beynəlxalq mükafat 20 ildir ki, hər il
onun doğum günü ərəfəsində
bir nəfər görkəmli xarici ölkə şairinə və bir neçə
nəfər tanınmış
şair və ədəbiyyatşünaslarımıza təqdim edilir.
İndiyə qədər Yavuz
Bülənt Bakilər
(Türkiyə), Nadırbek
Alımbekov (Qırğızıstan),
Muxtar Şaxanov (Qazaxıstan), Əli Daşqın (Güney Azərbaycan), Orhan Aras (Almaniya), Vladimir Boyarinov (Rusiya), Aleksandr Navrotski (Polşa), Nəriman Həsənzadə,
Zəlimxan Yaqub, Sabir Rüstəmxanlı,
Adil Mirseyid, Paşa Qəlbinur, Rəşad Məcid, Çingiz Əlioğlu, Azər Turan, Qulu Ağsəs, Musa Urud, Vaqif
Bəhmənli, Tofiq Abdin, Nizami Cəfərov,
Əjdər Ol və digər şair və ədəbiyyatşünaslar bu
mükafata layiq görülüblər.
Ədəbiyyat
qəzeti.- 2021.- 7 avqust.- S.15.