Varisin “Qızıl
cib saatı” romanı Türkiyədə
nəşr olundu
Türkiyədə TADEV Yayınları nəşriyyatında
yazıçı Varisin
“Qızıl cib saatı” romanı nəşr olunub. Hazırda “Kitabyurdu”,
“Kitab365.com” və digər
platformar üzərində
kitabın satışına
başlanılıb.
Dünya miqyasında erməni
millətçiliyinin riyakar
maskasını 1893-cü ildə
Osmanlı imperiyasındakı
xəyanət fəaliyyətindən
tutmuş 1993-cü ildə
Qarabağdakı işğalçılıq
fəaliyyətinədək yüz illik bir dövr ərzində
aça biləcək
“Qızıl cib saatı” romanı Britaniya, Türkiyə və Azərbaycan arxivlərinin
materialları əsasında
yazılmış, sırf
dünya oxucusuna ünvanlanmış bir romandır.
Azərbaycan xalq yazıçısı
Kamal Abdullanın “Roman Azərbaycanın haqq səsinin dünyaya çatdırılması
işinə yardımçı
olacaq deyə onun müxtəlif dillərə tərcümə
edilərək xarici ölkələrdə yayılması
çox yaxşı olardı. Bu işdə ədəbiyyatın
gücü digər güclərdən daha təsirlidir,” - deyə qiymət verdiyi roman
Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin,
habelə Türkiyə-Azərbaycan
Dostluq, İşbirliyi
və Dayanışma
Vakfının dəstəyi
ilə işıq üzü görmüşdür.
Romanı Türkiyə
türkcəsinə İmdat
Avşar çevirib.
Romanın başqa
ölkələrdə nəşri
də nəzərdə
tutulur. O ki qaldı Azərbaycana, romanın ayrı-ayrı hissələri ilə Azərbaycan oxucuları “Ədəbiyyat qəzeti”ndən
və “Azərbaycan” jurnalından tanışdırlar,
tam romanla tanışlıq isə payız aylarında mümkün olacaq.
Ədəbiyyat qəzeti.- 2021.- 7 avqust.- S.21.