Orhan Arasın Azərbaycana köç edən almanlar haqqında kitabı çap olunub
Almaniyada
yaşayan yazıçı
Orhan Arasın “Qanun Nəşrlər Evi”ndə Azərbaycana köç edən almanlar haqqındakı
"Helenendorfun sonuncu
şahidi" kitabı
çap olunub.
Kitabda 19-cu əsrin
əvvəllərində Qafqaza
köç edib gəlmiş almanların Azərbaycan ərazilərində
qəsəbə, kəndlər
salaraq üzümçülük
və kənd təsərrüfatı işləri
ilə məşğul
olmalarından, eləcə
də sonrakı talelərindən bəhs edilir. Gəncə yaxınlığındakı
Helenendorf qəsəbəsində,
Qazax rayonunun kəndlərində alman
əsilli insanlarla görüşlərində insan
taleləri, onların
həyata olan sevgiləri və faciəli sonluqları ağrılı şəkildə
təsvir olunur. Sonuncu alman olan Sami ilə görüşlərində
müəllifin qələmə
aldığı söhbətləri
oxuduqca acı taleli bu mavi
gözlü zavallı
insanların arzu və istəklərinin soyuq Sibir çöllərində
sona yetməsini ağrısız təsəvvür
etmək olmur.
Birinci Qarabağ müharibəsində
Şuşadan köçkün
düşən tarix müəlliminin də taleyindəki ağrılı
naxışlar alman əsilli Saminin taleyi ilə üst-üstə düşür.
Əsərdə Azərbaycanın
zəngin təbiəti,
insanların qonaqpərvərliyi,
mənəvi dəyərlər,
tolerantlıq qabarıq
şəkildə təsvir olunur. Kitabı Türkiyə türkcəsindən dilimizə
şair-publisist Nazim Əhmədli uyğunlaşdırıb.
Ədəbiyyat qəzeti.-
2021.- 7 avqust.- S.21