“Torpaq nə rəngində”
Ağaçlar qurumağa
budağın ucundan başlar
Başını quma gömən köklər yuxuya qalsın.
Çəkilərkən gövdədən
öz mayesiylə yaşlar
Ölümün ayaq səsi yaxınlaşdıqca
yavaşlar
Yavaşlar, yavaşlar
Torpaq can rəngində.
Məhəbbəti ipisti sarar siyah qaranlıq
Kirpiklərin yuxuya səd çəkməsinə
inad
Sevdanın ətəyinə
dolanarsa şeytanlıq
Güvənsizlərə ömür,
sonrası pərişanlıq
Pərişanlıq, pərişanlıq
Torpaq hicran rəngində.
Qoyun-qoyuna yatmış
göyə qonşu dağların
Başında ağ kəlağayı,
ətəklərində bahar.
Gözyaşı qədər
bərraq, bulağın
soyuq suyu
Ay bir addım uzaqda, üç addımda ulduzlar
Ulduzlar, ulduzlar
Torpaq asiman rəngində.
Bu gün dünəndən hüzünlü,
yarınlarsa bu gündən
Hər bəbəyin gənzinə
dolar barıt qoxusu.
Boşa keçmiş
həyatlar nə gün dönər sürgündən
Canlı cənazə
ruhlar, bixəbər öldüyündən
Bixəbər öldüyündən,
bixəbər öldüyündən
Torpaq qan rəngində.
Sevda könül borcudur büllur fənərdə gizli
Məsumiyyət özünü təslim etmiş əkinə.
Hörümçəyin toruna düşürmüş sərsəm
ağlı
Fikri durmuş adamlar, şeytani çıngıraklı
Şeytani çıngıraklı,
şeytanı çıngıraklı
Torpaq hüsran
rəngində...
Mustafa
BƏRÇİN
Ədəbiyyat
qəzeti.- 2021.- 14 avqust. S. 9.