Sevincim
halına bağlı.nəfəsim havana
bağlı.sabahım çabama bağlı.Qarabağ
Ordum
Qartal
üçün səma lazım,
sənin üçün əmr.
Sükutun məqam
üçünmüş.
Dözümün bura qədər.
Döyüşün göz
önündə.
Yolun Qarabağadı.
Sənə dikilən baxışlar
həsrətin ümid seli,
arzunun yanan
çırağıdı.
Öpdüyün bayrağı
öpəcəyim vətən
torpağında qaldır.
Ruhum onunla təzələnəcək,
sevincim zəfərinlə
dalğalanacaq.
Ordum mənim!
Vətən sevdalım
Uğur
udur bütün yarımçıqları,
Sevinc yox edir
qaranlıqları.
Qələbənin ilk
işartıları görünür,
Müjdənin ilk sədası
eşidilir.
Yolun daim açıq olsun, vətən
sevdalım!
Hamıdan çox sevdiyin vətən
səni seçdi.
Seçilmiş oldun.
Bayrağı qaldıran qol,
Ruhu yaşadan qüvvət
oldun.
Dağlar səsini eşidib sevinər,
Küsülü torpaq
addımının istiliyinə barışar,
Çaylar sevinc göz
yaşlarını yuyar.
Bu seçilmişlərinə
Tanrı bəxşidi.
Qələbənlə qaytar bu millətin
Solğun üzünə təbəssümü,
Unudulan sevinci,
İtirdiklərini,
Vətən sevdalım!
Qarabağ
Ruhuma
ruhun gətirən,
qanıma qanın ötürən,
məni bütöv mən yetirən,
Qarabağ.
Sevincim
halına bağlı,
nəfəsim havana bağlı,
sabahın çabama bağlı,
Qarabağ.
Bir
yolun min adı olan,
yoxluğun min çatı olan,
qovuşmağın dadı olan,
Qarabağ.
Ocağın işığım mənim,
bağın yaraşığım mənim,
tozun qarışığım mənim,
Qarabağ.
***
Yuvasız quşların səsi kəsilir
göy üzündə,
yer üzündə ölü
sükut;
yolların
sonunda kim var, nə var?
Sonu varmı bu yolların?
Bilinmir.
Bu yol məni Romaya aparmaz.
Sonu
qaralan yollar,
qırılan yollar
məni sənə aparar, ancaq
yollar da ümid kimidi...
Baxışlar bir-birin
mütləq tapacaq
Uşaq yaddaşımda balaca bir ev,
eyvanında qız,
həyətində gül.
Taxta pilləkəndə
qoşa izimiz.
Xəlvət,
biri-birinə baxan gözümüz.
Hər yerdə, hər yerdə
təkcə özümüz.
...Getsək də,
köçsək də,
itməz o izlər.
Yaddaşdan pozulub
getməz o izlər.
Hardasa, ağacın boş kölgəsində,
hardasa, ikili kötüyün
üstə,
baxışlar bir-birin mütləq tapacaq.
O qoşa kölgələr yenə
olacaq.
Əllərə əl taxıb,
qola qol taxıb,
iki ağız tapıb,
dörd dodaq tapıb...
gəlib görüşəcək.
Köhnə xatirələr
hey öpüşəcək.
O vaxtlar kimi,
Zamana həsrətli
qonaqlar kimi.
Dənizdən
gələn adam
Dostum Vaqif Osmanova
Səndən dəniz qoxusu da gəlir,
azadlıq havası da,
tənhalıq qovğası da.
Sükutun ləpənin sönməsinə
bənzəyir,
danışığın dalğanın geri dönməsinə.
Düşüncələrin
urfanlıq ifadəsində.
Özün dəniz
saflığında.
Səndən neft qoxusu gəlməz.
Onun öz adamları var.
Bizdə neft adı bir az
qarışıq,
bir az dolaşıq.
Onlar sənlik deyil.
Sən dəniz adamısan.
Sevdiyim dənizdən gələn adam,
buranın havasını da tənzimlə.
Burada havalar elə
qarışıq ki.
Burada hər şey elə
dolaşıq ki...
Adamın adama ehtiyacı var.
Darıxmaq...
Qovağın
gümüşü yarpaqlarıdı
dəyişən günləri mənə
göstərən.
Yarpaqlar səs qalır,
xoş səsin kimi.
Gah şəklin görsənir, gah sədan
gəlir,
Darıxan, o susan
sükut içində.
Mənə darıxdığım nəfəsi
göndər,
ruhu təzələyən o səsi
göndər...
İstər quş gətirsin, ya meh
gətirsin,
səhər gülə qonan o şeh gətirsin.
Gətirsin bilim ki,
sən varsan
bir ümid adında, yaşam
adında...
Günlərim tökülür kal
meyvə təki,
içinə xal düşüb tənhalığımdan.
Boşluqda xatirə ömrümü
yeyir,
ötən günlərimin
arxalığında.
Günlərim asılıb dar
ağacından,
sənsizlik anını sayır gecələr.
Darıxmaq saatın əqrəbin
döyür,
tənhalıq cəlladtək
başının üstə.
***
Sakit gecələrin dürr sübh
çağının
havası tərtəmiz, həyat
dupduru.
Bir quşlar oyaqdı, bir də
ağaclar.
Açılır
gündüzün üzünün nuru.
Təbiət donunu geyib əyninə.
Ağaclar yamyaşıl,
düzlər laləzar.
Meşə talasını
alıb ovcuna.
Adamın gözünü
oxşayır gülzar.
Bu gün səma gömgöy,
günəş sapsarı,
dəniz ağ tülünü sərib
sahilə.
Çəmən
çiçəkləri tutub əlində.
Səni qarşılayan
olubmu belə?
Gözəllik
Qovağın
yarpağı uşaq əlləri,
mehin gəlişiylə hey çəpik
çalır.
Kölgəsi qayanın qara kölgəsi,
istidə adamın halına
qalır.
Həyətlər yamyaşıl,
dağlar yamyaşıl,
yayın ortasında bahar havası.
Təbiət rənglərin sərib
çöllərə...
oyanır könlündə sevgi
qovğası.
Ruhlar təzələnir,
göz təzələnir.
İstəklə, arzuyla
qovuşmaq gözəl.
Qonub hisslərinin qanadlarına
olan gözəllikdən zövq almaq
gözəl.
Gecə
sakitliyi
Sükutun səsi var,
səssizliyin hənirtisi.
Yoxluğun sən adlı
varı var.
Darıxmaqda tənhalıq yoxdu,
darıxmaq varlığın
qarşılığıdı.
Qaranlıq gündüz görmədiklərini
görmək üçündü.
Yoxluqda varlığı görmək,
təsəvvürü canlıya çevirməkdi.
Bu görənlərin
işidi.
Yoxluqda varlığı görənlərin...
***
Bir quş civiltisi, bir insan səsi,
yarpağı tərpədən bircə
meh varsa,
sabahlar açılıb günəş
doğursa,
sən də doğulmuşan,
bu xoş səhərə.
Sabahın mübarək, günün
mübarək,
tənhalıq içindən doğulan
insan.
***
Sakit gecələrin dürr sübh
çağının
havası tərtəmiz, həyat
dupduru.
Bir quşlar oyaqdı, bir də
ağaclar.
Açılır
gündüzün üzünün nuru.
Təbiət donunu geyib əyninə.
Ağaclar yamyaşıl,
düzlər laləzar.
Meşə talasını
alıb ovcuna.
Adamın gözünü
oxşayır gülzar.
Bu gün səma gömgöy,
günəş sapsarı,
dəniz ağ tülünü sərib
sahilə.
Çəmən
çiçəkləri tutub əlində.
Səni qarşılayan
olubmu belə?
Şəhid
Arəstə
Şahidlərə bir hayan,
ağrılara məlhəm qoyan,
sükutda, tənhalıqda
dərdini bölüşən,
başını sığallayıb
könlünü alan,
təsəlli verən,
soyuq, qarlı gecədə
üstünü örtən,
bir ana lazım.
Cavan oğlanlar özlərinə
fikir vermirlər yatanda.
Can yandıran lazım onlara.
Şəfqətə daha çox
ehtiyacı olanların
yaralarını sarıyan
şəfqət bacısı lazım.
Əlsizlərin, qolsuzların yerinə
məktub yazan,
gözsüzlərin yerinə məktub oxuyan,
böyük, balaca bacı lazım
qardaşlara,
qulluğunda quran qızı lazım
atalara.
Duydunmu
ağrıları,
ehtiyacları,
yaraları?
Ona görəmi getdin?
Getdin
və ürəklərdə
bitdin.
Gör neçəsinə
ana oldun,
bacı oldun,
qız oldun.
Bu ayrı xoşbəxtlikdi.
Hər yerin öz xoşbəxtliyi
var.
Gör nə qədər əzizləyənin,
sevənin var orda.
Hələ
buradakıları demirəm.
Səninki ikiqat şəhidlikdi!
Şəhid anası,
şəhid bacısı,
şəhid qızı,
Arəstə!!!
Sükutun sorulanda
Göy
göyündən utanır,
yer yerindən utanır,
bu gecəyə nə oldu?
Ay seyrindən utanır.
Ürəyim hey darıxır,
vurnuxur qəfəsində,
qulağım səs axtarır
hənirti nəfəsində.
Qaranlıq yorulanda,
gecələr durulanda,
üzümə gülüş qonar
sükutun sorulanda.
Rəfail Tağızadə
Ədəbiyyat qəzeti.- 2021.- 28 avqust. S. 18.