***

 

Ölmüş övladımı xatırlayıram

 

 

Daha heç kim

 

Pəncərə kağızlarını deşməyəcək.

 

Ev nə qədər soyuqdur.

 

 

***

 

Çox əyləncəli yerdi

 

Yolçunun yataq yeri.

 

Cırcıramalar oxuyur durmadan.

 

 

***

 

Ey, işıqlı Ay!

 

Çox gəldim sənə doğru.

 

Sən isə elə uzaqdasan.

 

 

***

 

Yatmış kəpənək!

 

Yuxuda nə gördü ki,

 

Qanadlarını tərpətdi.

 

 

***

 

Dodaqlarımı boyamışam ki...

 

Tamam unutmuşdum.

 

Saf bir bulağın gözü!

 

 

Edamdan öncə

 

 

Sənin nəğməni

 

Ölülər məmləkətində

 

Sonacan dinləyəcəm, ququ quşu!

 

 

Tüyö Fukuda

Tərcümə etdi: Səlim Babullaoğlu

Ədəbiyyat qəzeti.- 2021.- 28 avqust. S. 9.