Ayın
parlaq işığı!
Kölgəsini
həsirin üzərinə atıb
Şam ağacı.
***
Yüngül mığmığa sürüsü.
Arzularım
üçün
Körpü salırlar yuxarıya.
***
Yenə də
səfərdədir yolçu!
Yer və
göydür bütün pal-paltarı
Yay vaxtı.
***
Sübh vaxtı yuxuma anam gəldi.
Amandır,
qovma, qorxutma onu
Öz səsinlə ququ quşu.
***
Ağılsız
bülbül!
Bambuk
çəpəri
Kölgəlik meşə zənn edir.
***
Bu nədir? Yuxudur?
Yoxsa məni doğrudan da doğrayıblar.
Birənin dişlək yeri.
***
Daşqalaq
edin məni!
Elə
indi çiçək açmış albalının
Budağını qırdım.
***
Ayın yumrusu dumana qərq olur.
Budaqların kölgəsində iki dairə
görünür.
Tutqun eynəkli bayquş.
***
İlk qar.
Siniyə yığmağım gəlir onları.
Baxmaq, elə hey baxmaq istəyirəm.
***
Bu mənim öz qarımdı.
Həsir
papağın dimdiyində
Necə də yüngüldü.
***
Gəlin
bağ-bağçanı sulayaq
İslanıncaya
qədər
Sərçələr, cırcıramalar.
Takarai Kikaku
Tərcümə
etdi: Səlim Babullaoğlu
Ədəbiyyat qəzeti.-
2021.- 28 avqust. S. 8.