Haradan gəldiyim
özümə ayan
Hara gedəcəyim –
Tanrı işidir
Şair haqqın yolçusudur
Şair
haqqın yolçusudur,
Haqq yolu kəfən yoludur.
Kəfənin
özü biçənin
Yolu da Vətən yoludur.
"Sən özünü özündən sor".
Özünü görməyəndi kor.
Özündə
özün görənlər
Haqqın elmilə doludur.
Surələrin
"Yasin"iyəm,
Həm
"Əlif"əm, həm də "Sin"əm...
"Kaf"am,
"Nur"am, "Lam"am, "Mim"əm...
Ayətim şandan uludur.
Mən
tövbələr qapısıyam,
Haqq yolun əlifbasıyam,
İmanla
küfr arasıyam,
Könlüm imanın quludur.
Bir
rübabın nəsimiyəm,
Həm pərdəsi, həm simiyəm.
Mən
Haqqın divanəsiyəm,
Sözüm də Haqqın nurudur.
Özüm
özümə qibləgah,
Həm
sevincəm, həm də ki ah,
Həm
savabam, həm də günah,
Hər kəs kimsə - yolu odur.
Şair qərib
anasıdır,
Tanrının söz hanasıdır.
Nadan
çətin qanasıdır,
Sən, ey nadan, qıraqda dur.
Bir də geri dönməyəcək
bu qatar
Yorğun-arğın
yaşadığım bu ömür
Az
qalıbdı yetişə son mənzilə.
Son nəfəsin
dərib duran qatartək
Fit verərək
haray salır boz çölə.
Bir də
geri dönməyəcək bu qatar,
Qalmayıbdı o yolları yoran güc.
İnadımdan,
inamımdan güc alıb
Qadağalar
sədlərini yaran güc...
Bir
ömürlük yük daşıyıb bu qatar,
Nə bezikib, nə təngiyib, nə durub.
Min tufana,
min borana düşsə də
Şərəfini, qürurunu qoruyub.
Bu
ömürdən qalan miras bir odur,
Gələn gəldi, gedən getdi birbəbir.
Zaman
axdı damarımdan qan kimi,
Daha məni bir addım da gözləmir.
Son duracaq, dayanacaq sonmudur?!
Hər sonluqda bir başlanğıc anı var.
Bundan belə
yaşanacaq ömrümün
Nə əvvəli,
nə axırı, sonu var...
Əvvəli də sirdir,
sonu da sirdir
Quş
öz balasını yemləyən kimi
Mən də yemləyirəm şeirlərimi.
Sevinclə,
kədərlə, qəmlə, fərəhlə
Bəyan eyləyirəm diləklərimi.
Hər
dilək bir nişan, bir əlamətdir,
Onlarda ürəktək döyünür aləm.
Hər aləm
içində canlı bir aləm,
Hər canlı aləmin canı da mənəm.
Məndə
təcəlladır küllü kainat,
Məndən kənarda yox canlı bir həyat.
Sirat
körpüsüyəm yaranışımdan,
Keçəcəkdir məndən cümlə
mövcudat.
Əvvəlim,
axırım bir şeydir elə,
Dönüşüm gəldiyim yerədir ancaq.
Yolumun
başında qarşıma çıxan,
Yolumun sonunda qarşılayacaq.
Ən qədim
köhnədir ən yeni təzə
Dünyanın astarı, üzlüyü kimi.
Nə qədər
çək-çevir etsə də ağlım,
Çözülməz Tanrının sözlüyü
kimi.
Haradan gəldiyim
özümə ayan,
Hara gedəcəyim - Tanrı işidir.
Mənim
hər zərrəmdə bir gizli ümman,
Əvvəli
də sirdir, sonu da sirdir...
Dəlisən, dəli...
Sən
Allahdan sağlıq istə,
Qalan şeylər bekarədir.
Tanrı
sənlə olsa əgər,
Şeytan-şüytan nə karədir.
Cah-calalın
calalı çox,
Fərəhindən
məlalı çox,
Baş
ağrısı, qey-qalı çox,..
Axırı da bez xarədir.
Var
içində varsan özün,
İçindədir
odun, közün,
Bu
dünyaya yoxsa sözün,..
Qələm, kağız nə çarədir.
Çox
axtardım öz-özümü,
Axırda tapdım sözümü.
Məh
haqq bildim haqq dözümü,..
Haqdan qeyri - əfsanədir.
Halallıqdan
halal yaxşı,
Hərənin var öz baxışı.
Şeir
yazdım - yaz yağışı,..
Hər damlası dürdanədir.
Xanəli,
dəlisən, dəli!..
Kürəyində haqqın əli.
Bir
şeirinin əssə yeli
Yer də,
Göy də viranədir!..
Şeirlərimi səpdim
Şeirlərimi
səpdim
toxumluq
dənlik kimi
zamanımın, xalqımın
əbədi yaddaşına,
Baharına,
yayına,
payızına, qışına,
Bir də
-
Şəhid
qanı çilənmiş
torpağına, daşına.
Bəlkə,
beşi göyərdi,
Bəlkə,
üçü, ikisi,
Bəlkə,
biri göyərdi,
Bəlkə
də, heç birisi...
Ancaq
zamanında mən,
Səpdim
o toxumları -
gerçəkli gümanları,
gələcək arzuları.
Bacardığı
bu oldu
Əvvəl-axır
ömrümün,
Zülmət
gecələrimin,
Ümid dolu günümün.
Nə
ağac əkə bildim,
Nə də
yol çəkə bildim,
Nə
daş üstə daş qoyub
Bir daxma
tikə bildim...
Sözü
sözlə yaşatdım
Özümü
yaşadantək
Nəyim
var, nəyim yoxdur,
gələcək göstərəcək.
Söhbət
- Sonuncu
şeirini nə vaxt yazmısan?
- Birinci
şeirimi yazdığım günü.
- Sənə
nə veribdir şeir yazmağın?
- Bir
"baş ağrısını", bir qara günü.
- Eləysə,
gəl at sən bu şeirin daşın,
Bir ömür yaşarsan - ağrımaz başın.
Əzizim,
fikrindən, sən Allah, daşın,
Qələmdir, şeirdir mənim candaşım.
Mənə ümid verən, yaşadan onlar.
Onlardır şəriksiz varım, dövlətim.
Gözümün
qarası, ağı da onlar,
Onlarda yaşayır sevgim, nifrətim.
Hər dəfə
əlimə qələm alanda,
İlk sözüm, son sözüm yazılır sanki.
Birinci
şeirimin həyəcanını
Yaşadır sonuncu şeirin ahəngi.
Həm
sözə qul oldum, həm də Allaha,
Xəyanət etmədim heç birinə də.
Sözdə
yaşatsam da Allah sirrini,
Vaqif olanmadım bir sirrinə də.
Qələmin
bətnində, sözün canında
Uyuyur göylərin, yerin cövhəri.
Bir damla
cövhərdə olub bərqərar
Həm Tanrı əməli, həm şeytan şəri.
Qələmdir
ayıran haqqı nahaqdan,
Qələm
tutan əlsə haqq ola gərək.
Onda nə
haqq itər, nə nahaqq bitər,
Onda
xoşbəxt olar - yaşar gələcək!..
Kolumba
Ay rəhmətlik
Kolumb!
Sən
özünü kəşf etmədən
kəşf etdin Amerikanı...
Dedilər
Kolumb
kəşf edib yeni dünyanı.
Bununla da
heyrətə saldın
o
vaxtkı insanı.
İndi
özünü kəşf etməyə
Kolumb
axtarır bəşər,
O
hanı?!
Kəşf
etsin
İnsanlıq
adlanan
Əbədi
dünyanı!
Xanəli
KƏRİMLİ
Ədəbiyyat qəzeti.-
2021.- 4 dekabr. S. 26.