Görkəmli rumın şairi Mihay Emineskunun

şeirləri nəfis şəkildə nəşr edilib

 

Dekabrın 10-da Azərbaycan Milli Xalça Muzeyində Rumıniyanın Azərbaycanın dövlət müstəqilliyini tanımasının 30 illiyi münasibətilə mərasim təşkil olunub. Mərasim Rumıniyanın Azərbaycandakı səfirliyinin və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə baş tutub.

Mərasimdə Rumıniyanın görkəmli şairi Mihay Emineskunun Azərbaycan dilində nəşr olunmuş şeirlər kitabının təqdimatı keçirilib. Şeirləri dilimizə Səlim Babullaoğlu və Jalə İsmayıl (sətri tərcümə) çeviriblər.

Mərasim zamanı bir sıra xarici ölkələrin, o cümlədən Rumıniya rəssamlarının əsərlərindən ibarət tematik sərgiyə baxış da təşkil edilib. Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare, Milli Xalça Muzeyinin rəhbəri Şirin Məlikova, AYB-nin katibi, şair Səlim Babullaoğlu, rumin dili mütəxəssisi, yazıçı və tərcüməçi Jalə İsmayıl, Rumın dili və mədəniyyəti mərkəzinin rəhbəri Jozefina Batto, İncəsənət və İrs Assosiasiyasının rəhbəri Nikoleta Zagura çıxışlar edib.

Bilinqva(ikidilli) nəşrə rumındilli ədəbiyyatın klassiki, çağdaş rumın ədəbi dilinin memarı sayılan Mihay Emineskunun 20 seçmə şeiri toplanıb. Şeirləri Azərbaycan dilinə şair Səlim Babullaoğlu çevirib. Tərcümələr  Azərbaycan Yazıçılar Birliyinin bazasında,  doktor Vüqar Novruzovun dəstəyi ilə Jalə İsmayılın sətri çevriləri əsasında hazırlanıb. Kitabı  Rumıniyanın Azərbaycan Respublikasındakı Səfirliyi “Socar”ın dəstəyi ilə çap edib.

Giriş sözünü Rumıniyanın Azərbaycan Respublikasındakı Fovqəladə və Səlahiyyətli səfiri cənab Vasile Soare yazıb: “1991-ci il dekabr ayının 11-də Rumıniya SSRİ dağıldıqdan sonra bu tarixi hadisənin Azərbaycan xalqı ucun boyuk əhəmiyyətini anlayaraq Turkiyənin ardınca Azərbaycan Respublikasının mustəqilliyini tanıyan ikinci dovlət oldu. Qısa muddət kecdi və 1992-ci il iyun ayının 19-da Rumıniya ilə Azərbaycan Respublikası arasında bu gun artıq yuksək səviyyədə inkişaf etmiş diplomatik əlaqələr quruldu. 2009-cu ildə bu munasibətlər dovlət başcılarının imzaladığı siyasi Bəyannamə ilə Strateji Tərəfdaşlıq səviyyəsinə yuksəldildi. Bununla da Rumıniya Azərbaycanla munasibətlərini bu səviyyəyə qaldıran ilk Avropa İttifaqı dovləti oldu, Azərbaycan isə postsovet məkanında Rumıniya ilə Strateji Tərəfdaşlığa qoşulan ilk mustəqil olkə kimi tarixə duşdu. Bu gun biz olkələrimizin diplomatiya, siyasət, iqtisadiyyat, mədəniyyət, təhsil və digər sahələrdəki səmərəli əməkdaşlığının inkişafı və nəticələri ilə fəxr edə bilərik. 2021-ci ilin dekabr ayında və 2022-ci ilin iyun ayında yeni Rumıniya-Azərbaycan munasibətlərinin əsasını qoymuş muhum hadisələrin 30-cu ildonumunu qeyd etmək məqsədilə iki xalq arasında qurulan mədəni və şəxsiyyətlərarası əlaqələrə hormət əlaməti olaraq, biz Rumıniya və Azərbaycan ədəbi dəyərlərinin daha da geniş və qarşılıqlı şəkildə oyrənilməsinə tohfə verəcək yeni əsərlərin nəşrini həyata kecirmək niyyətindəyik. Birinci əsər Rumıniyanın milli şairi Mihay Emineskunun Azərbaycan dilinə tərcumə edilmiş 20 lirik şeirini ozundə əks etdirən hazırkı topludur. Bu toplunun iki orijinal xususiyyəti var. Birincisi, Azərbaycanda birbaşa rumın dilindən tərcumə edilən, yəni digər xarici dil vasitəsilə cevrilməyən ilk tərcumədir. İkincisi, kitabdakı butun şeirlər Eminesku yaradıcılığından ilhamlanan bir necə rumın və əcnəbi rəssama məxsus rəngkarlıq numunələri ilə muşayiət olunur. Əminik ki, dahi Mihay Emineskunu Azərbaycanda təbliğ etməyin bu yolunu secməkdə bizim yanaşmamız oxucuya maraqlı olacaq.

Bu mustəsna iş Rumıniyanın Azərbaycan Respublikasındakı səfirliyinin, Azərbaycan Yazıcılar Birliyinin, Bakıdakı Xarici Dillər Universitetinin Rumın Dili və Mədəniyyəti Mərkəzinin və Rumıniya İncəsənət və İrs Assosiasiyasının birgə səylərinin nəticəsidir. Qeyd etmək istərdim  ki, bu kitabın nəşri Rumıniyanın yanacaqpaylama bazarında 2011-ci ildən fəaliyyət gostərən “SOCAR Petroleum” şirkətinin dəstəyi olmadan mumkun olmazdı. Buna gorə biz “SOCAR Petroleum” şirkətinə səmimi minnətdarlığımızı bildiririk…”

Kitab üzərində Ruminiya İncəsənət və İrs Assosiasiyasının Prezidenti Nikoleta Zaqura, Azərbaycanda rumın dili və mədəniyyəti mərkəzinin rəhbəri Rumın Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri Yosefina Blazsan-Batto, habelə rəssam-dizayner Yurie Matey çalışıblar.

Kitabın tərcüməçisi, şair Səlim Babullaoğlu bildirib ki, bu nəşrin xüsusi əhəmiyyəti var: “Doğrudur, bu böyük şairin yaradıcılığına ilk müraciət deyil, daha əvvəl bizim hörmətli həmkarımız Fəridə Hacıyeva Eminsekunun şeirlərini dilimizə çevirib nəşr etmişdi, amma indiki tərcümələr orijinaldan edilən tərcümələrdir, bu mənada əlamətdardır. Bildirmək istəyirəm ki, yaxın vaxtlar da biz Mihay Emineskunun daha çox həcmdə əsərlərini, orijinaldan çevrilmiş şeirlərini əhatə edən kitabını nəşr edəcəyik. Mən tanınmış iş adamı və ictimai xadim, əziz dostum, ümumiyyətlə ədəbiyyatın, mədəniyyətin dostu əziz Vüqar Novruzova tərcümələrə verdiyi dəstəyə görə dərin təşəkkür edirəm. Bu tərcümələr hazırdır artıq. Yeri gəlmişkən, bildirim ki, bu tərcümələr əsasən, bir neçə şeir istisnadır, orijinalın metrik ölçülərində icra olunub. Eyni zamanda, biz həmin kitaba Fəridə xanımın tərcümələri arasından da seçmələri daxil edəcəyik...”

 

Ədəbiyyat qəzeti.- 2021.- 11 dekabr.- S.15.