Müəllimə-sənətkara
Qarşımda bir kitabın müqəddəs səhifəsi...
"Müəllimə-sənətkara"
adlı bu şeir niyə mənə bu qədər əziz və müqəddəsdir?
Üç il Hüseyn Arifin bir çox
mənbələrdən topladığım
külliyyatında çap
olunmayan bir şeir... 10 may 1958-ci ildə
yazılmış bu şeirin 63 illik tarixi var. H.Arifin müqəddəs sandığı
bir insana, əziz müəllimi Mir Cəlal Paşayevə həsr etdiyi altı bəndlik bu şeir indi
bir çox cəhətdən qiymətlidir.
Görəsən, indi neçə
müəllimə şeir
həsr edilib?! Yazılıbsa da dəqiq bilirəm ki, ancaq təmənnalı yazılıb.
Hüseyn Arifin nə qədər təmənnasız
bir insan olduğunu onu tanıyanlar, ən çox da ailə
üzvləri yaxşı
bilir. Mən əminəm ki,
bu şeir çap olunmamış yeganə şeir deyil.
İsmayıl Şıxlı yazırdı
ki, bir dəfə
xəstələnib evdə
yatırdım. Hüseyn Arif məni
yoxlamağa gəldi.
Pərişanlığının səbəbini soruşdum.
Məlum
oldu ki, bir qovluq yeni
şeirlərini taksidə
yadından çıxarıb.
Y.Qaqarin kosmosa uçanda Hüseyn Arif təsadüfən radioya gəlibmiş. Xahiş edirlər ki,
bu hadisə haqqında bir şeir yazsın. Şeir oradaca yazılır və oxunur. Amma kitablarda yoxdur.
"Müəllimə-sənətkara" şeirinin dəyəri bir də ondadır
ki, müəllim-tələbə
münasibətlərinin bu
qədər gərgin
olduğu bir vaxtda belə bir təmiz hisslərin olduğuna inana bilmirsən...
Yaşar
məhəbbətin neçə
ürəkdə
Var olsun hörməti unutmayan kəs!
Şeirin tapılmağı Mir Cəlal
Paşayevin oğlu
Hafiz müəllimlə bağlıdır. Bu gözəl hədiyyə
üçün Hafiz müəllimə
minnətdarlığımız sonsuzdur. Maraqlı bir fakt da odur ki,
bu şeir ADU-nun baş müəllimi Yusif Savalan tərəfindən
alman dilinə tərcümə olunub.
Hüseyn Arifin 90 ilik
yubileyinə həsr olunmuş tədbirdə o
şeir ilk dəfə
həm alman, həm də Azərbaycan dilində səsləndi. "Müəllimə-sənətkara" şeirini təqdim edirəm.
Zöhrə Hüseynzadə
Hüseyn Arifin qızı
4 dekabr 2021-ci il
Ədəbiyyat qəzeti.- 2021.-
11 dekabr.- S.17.