Müəllimə-sənətkara
Yazıçı Mir Cəlal Paşayevin
anadan olmasının
50 illiyi münasibətilə
Əlli
il uşaqlıq,
əlli il gənclik,
Yüz əllidə orta yaşa dolaydım,
Doğrudan, nə gözəl
deyilib bu söz,
Onu əzəl
deyən kaş mən olaydım.
Mən bağban olsaydım, əziz müəllim,
Sənə öz bağımdan gül gətirərdim.
Loğman
yaransaydım, şirin
ömrünə,
Neçə şirin-şirin il gətirərdim.
Hər kəsə bəllidir elmin, sənətin,
Bu əziz günündə kim sevinməyir?
O mənə dərs deyən müəllimlərin,
Çoxu bu gün sənə
müəllim deyir.
Yaşar
məhəbbətin neçə
ürəkdə
Var olsun hörməti unutmayan kəs!
Kim açıb üzünə
öz qapısını,
Hörmətlə əlini sıxmaq istəməz?!
Hər çiçək dəstəsi
bir çox arzudur,
Hər gülüş qoluna bir yeni qüvvət,
Dönüb nəğmələrə gəzsin elləri,
Bu alqış, bu
istək, bu səmimiyyət.
Qüdrətim çatsaydı, gətirib
bu dəm,
Sənə bəxş edərdim
bir göy çəməni
Neyləyim, hədiyyəm kiçik
şeirdir
Əziz müəllimim, bağışla
məni.
10 may
1958-ci il
Hüseyn Arif
Ədəbiyyat qəzeti.- 2021.-
11 dekabr.- S.17.