“Azərbaycan
qəzetçiliyinin duayeni”
Dekabrın 17-si görkəmli Azərbaycan
alimi, maarifçisi və pedaqoqu, tanınmış jurnalist,
Azərbaycan Xalq Cumhuriyyətinin yorulmaz araşdırıcısı Bakı
Dövlət Universitetinin
mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru,
unudulmaz Şirməmməd
Hüseynovun doğum günüdür.Yaşasaydı 97-ci yaşını qeyd edəcəkdik. Hərçənd
Azərbaycan Respublikası
Prezidenti hörmətli
İlham Əliyev cənablarının sözləri
ilə desək “Görkəmli alim, pedaqoq və publisist, əsl ziyalı Şirməmməd
Ağaməmməd oğlu
Hüseynovun əziz xatirəsi onu tanıyanların qəlbində
daim yaşayacaqdır...”
söyləyir və Türkiyədə nəşr
olunan “Təmrin” dərgisinin “Azərbaycan qəzetçiliyinin duayeni
Şirməmməd Hüseynov”
xüsusi sayı da məhz ölkə
başçısının bu sözləri ilə açılır.
Daha sonra Şirməmməd müəllimin tərcümeyi-halı,
aforizmə çevrilmiş
bəzi deyimləri, ölkənin tanınmış
alim və ictimai xadimləri, söz adamları, Şirmməmməd müəllimin
həmkarları və
tələbələrinin məqalə
və rəyləri yer alır dərgidə.
Millət
vəkili, fəlsəfə
doktoru Cavanşir Feyziyevin “Şirməmməd
Hüseynov zirvəsi”,
millət vəkili, akademik Rafael Hüseynovun “Ustada vida”, Bakı
Dövlət Universitetinin
rektoru Elçin Babayevin “Həqiqət və ləyaqət simvolu”, Vüqar Zifəroğlu və Samir Xalidoğlunun “Böyük jurnalist və yorulmaz tədqiqatçı-alim”, professor Cahangir Məmmədlinin “Ömrümüzün Şirməmməd
Hüseynov təsəllisi”,
dosent-doktor Aygün Əzimovanın “ Milli yaddaşın və milli ruhun simvolu”,
professor Alxan Bayramoğlunun
“Riyaziyyatçı jurnalist”,
dosent-doktor Könül
Niftəliyevanın “ Milli
tarixmizin istiqlal səhifələri”, tanınmış
jurnalist Hikmət Sabiroğlunun “Şirməmməd
müəllimin dərsləri”,
Samir Xalidoğlunun “Müəllimi xatırlarkən”
məqalə və xatirələri Şirməmməd
Hüseynovun şərəfli
ömür yoluna işıq tutur, onu Türkiyənin, xüsusən də akademik dairələrinə
yetərincə tanıdır.
Dərginin xüsusi sayında 4 bölümdə verilmiş
qısa rəylər və xatirələr də vacibdir. I bölümdə
Xalq yazıçısı
Anar, akademik Vasim Məmmədəliyev,
akademik Bəkir Nəbiyev, fəlsəfə
doktoru, millət vəkili Fazil Mustafa, görkəmli ictimai xadim Ramiz Abutalıbov,
yazıçı, millət
vəkili Aqil Abbas və akademik
Muxtar Kazımoğlunun,
II bölümdə tanınmış
telejuranlist,professor Qulu
Məhərrəmli, professor Nəsiman Yaqublu, tanınmış yazıçı-jurnalist
Elçin Mirzəbəyli
və Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlunun, III bölümdə Xalq şairi Bəxtiyar Vahabzadə, professor Nurəddin
Rzayev, professor Tofiq Köçərli və Xalq yazıçısı
Afaq Məsudun, IV bölümdə isə
“525-ci qəzet” in baş
redaktoru Rəşad Məcid, Real Təhlil İnformasiya Mərkəzinin
direktoru, tanınmış
telejurnalist Mirşahin
Ağayev, tanınmış
jurnalist və siyasi şərhçi Tofiq Abbasov, Azərbaycan Mətbuat Şurasının sədri
Əflatun Amaşov, tanınmış jurnalist
Yusif Rzayev, tanınmış jurnalist,
yazar Tahir Aydınoğlu və tanınmış telejurnalist-tədqiqatçı
Bəxtiyar Qaracanı
fikirləri yer alıb.
Təqdim olunan yazılar Şirməmməd müəllimin
həyatının müxtəlif
dönəmlərini əks
etdirən maraqlı fotolarla müşayiət
olunur. Eyni zamanda, Şirməmməd
Hüseynovun uzun müddət yaxın dostluq etdiyi Bəxtiyar Vahabzadənin ithaf şeiri də “xüsusi saya” əlavə bədii əhəmiyyət
qazandırır.
Millət
vəkili, fəlsəfə
doktoru Cavanşir Feyziyevin “Şirməmməd
Hüseynov zirvəsi”
məqaləsində yazır: “Onun haqqında danışanda
adının önündə
çoxsaylı epitetlər
qoymağa çalışırlar.
“Böyük alim”, “görkəmli tədqiqatçı”,
“jurnalistikamızın patriarxı”,
“jurnalistika elmimizin korifeyi”, “qeyrətli vətəndaş”, “fədakar
insan”, “mehriban ailə başçısı”
və s. Beləcə,
ildən-ilə pərəstişkarları
onun kimliyini, şəxsiyyətini layiqincə
xarakterizə edə biləcək daha nadir, daha bəlağətli, daha sanballı ifadələr axtarıb tapmağa və sanki bununla ona
olan, lakin özünün iddiasında
bulunmadığı bir
mənəvi borcun öhdəsindən gəlməyə,
əvəzini verməyə
çalışırlar. Son günlərdə eşitdiyim
“millətin mühəndisi”,
“müasir milli düşüncəmizin arxitektoru”,
“millətin müəllimi”
kimi fəxri adlar da Şirməmməd
Hüseynova xalq sevgisinin, ziyalı rəğbətinin, tələbə
məhəbbətinin doğurduğu
ən səmimi duyğulardan qaynaqlanır.
Bəxtiyar Vahabzadə
isə Şirməmməd
Hüseynov haqqında
ən səmimi duyğularını belə
ifadə etmişdi: “Şirməmməd - əxlaqın,
haqqın öz səsi / Ləyaqət, dəyanət mücəssəməsi!”
“Şirməmməd Hüseynov
xüsusi sayı”na daxil edilmiş mətnlərin tərcüməçisi
Əbdülqədir Özkandır,
“xüsusi say”ın koordinatoru jurnalist Bəxtiyar Səlimovdur.
Dərgi
ilin son nəşri kimi də əlamətdardır
və bu sayı vərəqlədikcə
dərginin son iki ildə Azərbaycanla bağlı nəşr etdiyi “xüsusi sayların” üz qabıqlarının rəsmini
görmək də xoş təsir bağışlayır. Görkəmli
Azərbaycan ədibləri
və şəxsiyyətləri
ilə bağlı “Təmrin” dərgisində
hazırlanan bu buraxılışların ideya
müəllifi, həmçinin
layihə rəhbəri
və tərtibçisi,
Azərbaycan Yazıçılar
Birliyinin katibi Səlim Babullaoğlu eksklüziv açıqlamasında
bildir ki, bundan sonra da
bu ənənəni davam etdirmək niyyəti vardır: “Bu çox gözəl layihədir. Biz Türkiyə
ilə hər nə qədər yaxın olsaq da görkəmli şəxsiyyətlərimizin davamlı
şəkildə tanıdılmasına-həm
orda, həm burda ciddi ehtiyac
var. İndiyə qədər
Mirzə Fətəli
Axundov, Mirzə Ələkbər Sabir, Mikayıl Müşfiq, Rəsul Rza, Bəxtiyar Vahabzadə və Nurəngiz Günə həsr olunmuş xüsusi saylar nəşr edilib. İndi isə sözə, mətbuata az
və çox dəxli olan hər bir kəsin
özünə müəllim
saydığı unudulmaz
Şirməmməd Hüseynova
həsr olunmuş “xüsusi say” işıq üzü görüb. Bu çox əlamətdardır,
eyni zamanda böyük müəllimin
doğum gününə
bir hədiyyədir.
Mən bütün bu layihələrə dəstək vermiş dəyərli millət vəkilimiz Cavanşir Feyziyevə, “Təmrin” dərgisinin sahibi Şərəf Yılmaza,
tərcüməçilərə, bu gün isə
xüsusən Əbdülqədir
Özkana, bütün
bu sayların ərsəyə gəlməsində
az-çox zəhməti
olan hər bir kəsə dərin təşəkkür
edirəm...”
Ədəbiyyat qəzeti.- 2021.-
11 dekabr.- S.19.