“Yaşayan Nizami Gəncəvi”
konfransı keçirilib
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli Sərəncamının
qarşıya qoyduğu
tələblər çərçivəsində
AMEA Rəyasət Heyəti,
Gəncə Şəhər
İcra Hakimiyyəti,
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və AMEA-nın Gəncə Bölməsinin birgə təşkilatçılığı ilə dahi şairin
dünyaya göz açdığı qədim
Gəncə şəhərində
“Yaşayan Nizami Gəncəvi” adlı elmi-praktik konfrans keçirilib. Konfrans iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin Gəncənin mərkəzi meydanındakı
abidəsini ziyarət
ediblər.
AMEA-nın Gəncə Bölməsində keçirilən
konfransda öncə “Nizami Gəncəvi – 880” sərgisi ilə tanış olublar. Sərgidə Nizami Gəncəvinin
müxtəlif dünya
ölkələrinin kitabxana
və muzeylərində
saxlanılan əlyazmalarının
və əsərlərinə
çəkilmiş miniatürlərin
surətləri, “Nizami
Gəncəvi İli”
çərçivəsində Bölmə əməkdaşlarının
çap olunan kitabları və monoqrafiyaları nümayiş
etdirilmişdir.
Dövlət Himninin səslənməsi
və Şəhidlərimizin
xatirəsinin anılmasıyla
işinə başlayan
konfransı giriş sözü ilə açan akademik Fuad Əliyev tədbir iştirakçılarını
salamlayaraq dahi şairə həsr olunmuş tədbirin əhəmiyyətindən danışıb.
AMEA-nın vitse-prezidenti, Ədəbiyyat
İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli il boyu böyük
Azərbaycan şairi Nizami Gəncəvi irsinin araşdırılması,
tədqiqi, nəşri
və bir çox dünya dillərinə tərcümə
olunmasından danışaraq
vurğulayıb ki, əslində ölkə başçısı, cənab
İlham Əliyevin bu Sərəncamı ilə nizamişünaslığın
yeni mərhələsinin
təməli qoyulur. Nizami Gəncəvini dünya ədəbiyyatının yaradıcılarından
hesab edən akademik qeyd edib
ki, Nizami söz dünyasının
İskəndəridir, Makedoniyalı
İskəndər dünyanı
qılıncı ilə
fəth etmişdisə,
Nizami Gəncəvi qələmiylə, hikmətiylə
fəth etmişdir.
Gəncə Şəhər İcra
Hakimiyyəti başçısının
birinci müavini Səməd Tomuyev Nizami yurdunun belə mötəbər tədbirə ev
sahibliyi etməyinin əhəmiyyətindən və
nizamişünaslığın növbəti mərhələsinə
önəmli töhfə
verəcəyindən danışıb.
AMEA Məhəmməd Füzuli
adına Əlyazmalar İnstitutunun
baş direktoru, akademik Teymur Kərimli Nizami Gəncəvinin dünya ədəbiyyatına bəxş
etdiyi töhfələrdən
söz açıb.
Tədbirdə qardaş Türkiyəni
təmsil edən və Türkiyədə böyük Azərbaycan şairinin irsinin təbliği sahəsində
xüsusi xidmətləri
olan Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu çıxış
edərək,
Nizami Gəncəvinin,
Əhməd Cavadın
doğma vətənində
olmaqdan bəxtiyarlıq
duyduğunu, onların
yaradıcılığının Türkiyədə də Azərbaycanda sevildiyi qədər sevildiyini bildirib. Qonaq, qəhrəman Gəncə şəhərinin
44 günlük müharibədən
sonra həm də qazi şəhər
olduğunu söyləyib.
Konfransda
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq
şöbəsinin əməkdaşları,
filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva “Nizami Gəncəvinin nəsil şəcərəsi”, filologiya üzrə fəlsəfə
doktoru, dosent Təhminə Bədəlova
“Xosrov və Şirin”də Azərbaycan
Atabəyləri”, filologiya
üzrə fəlsəfə
doktoru, dosent Yelena Teyer “Nizami Gəncəvi
əsərlərinin Avropada
öyrənilməsi və
tərcüməsi”, elmi
işçi Hürnisə
Bəşirova “Nizami Gəncəvinin Topqapı
sarayında saxlanan əlyazma nüsxələri
haqqında”, Ədəbiyyat
İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə
doktoru, dosent Aygün Bağırlı
“Nizami Gəncəvinin
ictimai idealı”, Azərbaycan-Türkmənistan-Özbəkistan
ədəbi əlaqələri
şöbəsinin müdiri,
filologiya elmləri doktoru Almaz Ülvi Binnətova “Özbəkistanda Nizami Gəncəvi ənənələri”,
Türk xalqları şöbəsinin aparıcı
elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Xuraman Hümmətova “Nizami Gəncəvinin “Yeddi gözəl” məsnəvisində hind şahzadəsinin
nağılında ezoterik
bilgilər”, AMEA Gəncə
Bölməsi Nizami Gəncəvi Mərkəzinin
şöbə
müdiri Təranə
Verdiyeva “Gəncəli
Nizami Gəncəvi qlobal şəxsiyyətdir”,
filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov “Nizami Gəncəvi yaradıcılığında insan sevgisi”, mərkəzin elmi işçisi Xəyalə
Hüseynova “Nizami Gəncəvi əsərlərində Həzrəti Məhəmməd Peyğəmbərlik
və insanlıq etalonu kimi” adlı
məruzələrlə çıxış
ediblər. Elmi-praktik konfrans maraqla dinlənən məruzələr
ətrafında müzakirələrlə
davam edib.
Akademik İsa Həbibbəyli “Nizami Gəncəvi İli” çərçivəsində
AMEA-da çap olunan müxtəlif nəşrləri, o cümlədən
müəllifliyi ilə
10 dildə nəşr
edilən “Böyük
Azərbaycan şairi Nizami Gəncəvi” haqqında tanıtma kitabını, TÜRKSOY-un hazırladığı
“Nizamini oxuyaq” albom-kitabı Gəncə
Bölməsinə hədiyyə
edib. Akademik həmçinin Əlyazmalar
İnstitutunun əməkdaşı
Seyfəddin Məmmədquluyevin
Nizami Gəncəvinin taxta
üzərində oyma-xətlə
yazdığı kəlamını
da həm İcra Hakimiyyətinin rəhbərliyinə, həm
də AMEA-nın Gəncə Bölməsinə
təqdim edib.
Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
ilə birgə hazırladıqları “Qardaş
qələmlər” dərgisinin
Nizami Gəncəviyə
həsr olunmuş Xüsusi Buraxılışını
və rəhbərlik
etdiyi “Bengü” nəşrlər evinin digər nəşrlərini
hədiyyə edib.
Daha sonra konfrans iştirakçıları ikinci
Qarabağ savaşı
zamanı Ermənistan
Silahlı Qüvvələrinin
atdığı bomba
nəticəsində dağılmış
ərazidə, Qələbə
parkında olub, şəhidlərimizi yad ediblər. Nizami Gəncəvi məqbərəsi,
həmçinin şairin
atası Yusif, anası Rəisənin məqbərənin yaxınlığında
yerləşən qəbirləri
də qonaqlar tərəfindən ziyarət
edilib.
Nizami Gəncəvi Muzeyində olan qonaqlar muzeyin
zəngin eksponatları
ilə tanış olub, xatirə dəftərinə ürək
sözlərini yazıblar.
Qeyd edək ki, muzeydə
davam edən tədbirdə tanınmış
nizamişünas alim Xəlil Yusifli də iştirak etmiş, o şairin orada saxlanılan əlyazma nüsxələri
haqqında maraqlı fikirlərini bölüşmüşdür.
Ədəbiyyat İnstitutunun nəşrləri
və əməkdaşların
kitabları muzeyə hədiyyə edilib.
Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi
Ədəbiyyat qəzeti.- 2021.- 11
dekabr.- S.20.