Nizami ilə səyahətim  

 

Miladdan öncə VI yüzildə dünyaya gələn məşhur çinli filosof Lau Tzu minlərlə kilometrlik səyahətin tək bir addımla başladığından yazar. Mənim Nizami Gəncəvi ilə səfərim deyə bilərəm ki, bir tək sözlə başladı.

Almaniyaya gəldikdən sonra söhbətlərdə tez-tez Şekspir, Höte, Şillerlə bağlı bir söz eşitdiyimdə ürəyimdən incə bir sızı keçərdi. Niyə bizlərin böyük şairlərindən sözlər başqa xalqların dilində gəzməz, deyə düşünür, üzülərdim. Xüsusilə, məşhur şərqşünas tərcüməçi Hammer Purqstalın türk şairləri, Bakı Füzuli haqqında yazdıqlarını oxuduğumda daha da kədərlənmişdim. Hammer bizim şairlərimizin Hafiz kimi fars şairlərindən təsirlənərək şeirlər yazdığını iddia edirdi. Doğrusu, o günə qədər Nizami Gəncəvi haqda da çox bilgim yox idi. Liseydə ədəbiyyat dərsində oxuduğumuz qısa dağınıq bilgilərlə Nizaminin sadəcə yaşadığı dövrü bir neçə əsərinin adını bilirdim.

Bir gün alman dilində çox istifadə olunan demək olar ki, hər almanın atalar sözü kimi bildiyi "Alles Glück dieser Erde, Liegt auf dem Rücken der Pferde" (Bu dünyada ən böyük xoşbəxtlik atın üstündədir) sözü haqda bir yazı oxudum. O yazıda bu ifadənin ya deyimin bir ərəb atalar sözü olduğu yazılmışdı. Amma yazının alt qeydində (snoska) Viesbadendə yaşayan tunisli professor Hatem Lahmerə görə, belə bir atalar sözünün ərəbcədə olmadığı bilgisi yer almışdı. Dil ədəbiyyat sahəsində mübahisə alovlanınca Alman Dili İnstitutunun işçiləri bu atalar sözü mövzusunda tədqiqatlar aparır bu ifadənin 1909-cu ildə yayımlanan Franz Freien von Lipnerheidnerin "Atasözləri Deyimlər" kitabında tapırlar. İfadənin mənbəyi isə Friedriç von Bodenstedin 1851-ci ildə nəşr etdirdiyi "Mirzə Şəfinin Mahnıları" kitabıdır.

Bu qədər çox istifadə olunan atalar sözünün mənbəyinin bir Azərbaycan türkünün şeirlərindən olması məni çox həyəcanlandırdı. Vaxtım olduqca kitabxanalarda internetdəki lüğətlərdə başqa türk mənşəli atalar sözü ya aforizmlər axtarmağa başladım. XVII yüzildən etibarən alman dilinə daxil olan "dilmac, tərif, Qazelle, qismət, maqazin, zəfəran, şəkər" kimi Şərq mənşəli kəlmələrdən başqa xalqın dilinə şeirlərlə, hekayələrlə Şərqdən gətirilən deyimlər atalar sözü mütləq daxil olmuşdu, deyə düşünürdüm.

Əslində bir rus saytı olan, amma almanca da verilən "Liveps.ru" saytında Franklin Rosevelt kimi məşhurların sözləriylə yanaşı, Nizami Gəncəvidən sözləri oxuduğumda Nizami ilə səyahətimin ilk addımını atmışdım. O internet səhifəsində Nizamidən belə bir aforizm verilmişdi:  "Ein Wort aus dem Herzen dringt in das Herz ein" (Ürəkdən deyilən söz ancaq qəlbə təsir edə bilər).

Nizami digər şairlərimiz əsərlərində tez-tez atalar sözlərindən, şifahi xalq ədəbiyyatından yararlandığını bilirdim. "Kimsə ayranına turş deməz", "Günəşi palçıqla suvamazlar", "Başqasına quyu qazan özü düşər quyuya" kimi hələ Azərbaycan başqa türkdilli ölkələrdə işlədilən atalar sözləri Nizaminin əsərlərində sıx yer almaqdadır. Bunları öyrənməklə daha da cəsarətləndim.

Peter Schumacherin 1997-ci ildə başladığı alman dilində indiyə qədər toplanmış ən çox deyim aforizmlərin olduğu 250 min xüsusi sözün toplandığı "Aphorismen.de" saytında Nizamidən on bir ifadə tapdım. Bu ensiklopediyadan başqa, Nizamidən aforizmlər verən başqa lüğətlər vardı. O lüğətlərdəki aforizmlərlə birlikdə 40 aforizmi toplayıb tamamlayınca bunları almanca türkcə çap etdirməyi düşündüm. Nizamidən alınan sözlər, əlbəttə, farscadan almancaya tərcümə edilərkən fərqli mənalar da qazanmışdı. Bu səbəbdən bəzi sözləri Nizaminin əsərlərində axtarıb tapmağım çətin oldu. Amma məna olaraq o sözlərə yaxın deyimlər bol-bol Nizaminin əsərlərində mövcuddu.

Alman aforizmlər ensiklopediyasında çap olunan ilk söz "Hər qaranlıq gecənin aydınlıq bir sabahı vardır" sözüydü. (Jede dunkle Nacht hat ein helles Ende).

Təəssüf ki, bu sözün altında Nizaminin həyatı haqda bilgi verilsə , ifadənin hansı əsərdən alındığı yazılmamışdı. Bu ifadənin "Leyli Məcnun"da olduğunu təsbit etdim:

 

Ümidsiz bir işdən, səbr etsən əgər,

Bir ümid işığı parlaya bilər.

Hər ümidsiz işdə bir çox ümid var,

Qaranlıq gecədən səhər doğar.

 

Bir başqa aforizmdə isə "Şərab dünyanın dərmanıdır"  (Arztnei der Welt (ist) der Wein) deyə yazılmaqdadır. qədər Nizami:

 

O böyük Tanrıya aydındır bu

Ömrümdə dilimə şərab dəyməmiş

 

- deyə yazsa da "İskəndərnamə"də "Nüsrədəddin Əbubəkr Padşahın tərifi" hissəsində şərabı cahanın dərmanı olaraq izah etməkdədir.

"İskəndərnamə"də "Nüsrədəddin Əbubəkr Padşahın tərifi" hissəsində şərabı cahanın dərmanı kimi yenə təkrarlamışdır.

 

Yaquta bənzəyən suyu, saqi, dur

Bu yaqut yağdıran qədəhə doldur

Bu saxsı cama mey həyat axıdır

Onun reyhanının öz torpağıdır.  

 

Tam olaraq 150 ildən bəridir ki, alman ədəbiyyatında bilinən, oxunan Höte kimi şairlər tərəfindən təriflənən Nizaminin alman dilinə, deyimlərinə keçən sözləri qırx ifadəylə məhdudlandırılmaz. Gələcəkdə almanca bilən tədqiqatçıların alman dilində daha çox Nizamidən aforizmləri təsbit edəcəklərindən əminəm.

Bu mövzuda çalışarkən həm alman ədəbiyyatının Şərqə meylini, həm Nizaminin bir fars şairi olmadığını da müxtəlif mənbələrdən verərək almanca-türkcə bir kitab hazırladım. Bu kitab "Epubli" nəşriyyatında həm Almaniyada, həm Niderlandda Niderland Türk-Azərbaycan Kültür Dərnəyinin yardımıyla çap olundu. İkinci yazımda Nizaminin alman ədəbiyyatı üzərindəki təsirindən yenə alman mənbələrindən yararlanaraq dəyərli oxuculara təqdim etməyə çalışacam.

Qeyd: Nizaminin alman dilindəki aforizmlərini digital almanca mənbələrdən öyrənmək istəyənlər aşağıdakı linklərə müraciət edə bilər:

 

Orxan ARAS

 

Ədəbiyyat qəzeti.- 2021.- 11 dekabr.- S.23.