Mən şeirə balaca
günəş deyirəm
Qəlbi
daş olanı muma döndərib,
Açıb kilidlənmiş qəfəsi
şeir.
Könlünün xoş vaxtı
yerə göndərib,
Tanrının sədası, nəfəsi
şeir.
Fikrin, düşüncənin yoludu
qələm,
Şairin alınmaz qalası çözdü.
Varağın nökəri, quludu
qələm,
Çağlayan ilhamın balası sözdü.
Kövrələn ürəyin titrəsin
simi,
Duyğusuz kəslərin qaçsın
yuxusu.
Bəzə misraları bir gəlin kimi,
Ruhunu oxşasın
ətri, qoxusu.
Söz gərək odlana, qızaranda dan,
Hər misra çiyninə bir dağ götürə.
Xoşlayır tamlığı başdan,
binadan,
Şeir paltar deyil, yamaq
götürə.
Sözün hənirində qəlbimin
səsi,
Gecə də, gündüz də sözü öyürəm.
Mən sözə gecələr Ayın kölgəsi,
Mən şeirə
balaca Günəş
deyirəm.
Ağacla müqavilə
Bu ərik ağacı yenə ağlayır,
Gözünün yaşını silib gedirəm.
Külək qan qaraldır, sinə dağlayır,
Ürəyim göynəyir, ölüb
gedirəm.
Özgələr nə bilsin çəkdiklərimi,
Yanıram, nə gəlir axı əlimdən.
Qoruya bilmirəm əkdiklərimi,
Bağda ağaclardan utanıram mən.
Qoyuram özümü ağac yerinə,
Gilasa demişəm
boynun bükməsin.
Tanrım,
nolar tapşır mələklərinə,
Xurmanın barını külək tökməsin.
Suyunu kəsəndə xətrinə
dəyir,
Məgər günah deyil bir ac saxlamaq?
Bəzən uşaq kimi qayğı istəyir,
Bala saxlamaqdı
ağac saxlamaq.
Əzgil
bir qayğıdı,
heyva bir mehr,
Qayğılar çoxalır gələndə
bahar.
Budaqlar qələmdi, yarpaqlar möhür,
Mənim hər ağacla müqaviləm var.
Ruhum yellənir
Xərclədim ömrümü özgəyə,
yada,
Elə bil qırılıb qolum, qanadım.
Bir nəfər ac varsa əgər dünyada,
Süfrəmə əlimi necə uzadım?
Nisgildən asılan ruhum yellənir,
Mən necə
baş qoyum rahat balınca.
Ekrana baxanda gözüm zillənir,
Qaçqını aparan qayıq dalınca.
Arzular, diləklər sönür,
puç olur,
Əl verib xeyirlə şər görüşəndə.
Mənim
də evimin damı uçulur,
Hələbdə bir evə bomba
düşəndə.
Adama xoş günü yad diləməz, yox,
Kimdi ümid
verən yaşamaq üçün.
Bir ömür, bir ürək bəs eləməz, yox,
Xocalı dərdini daşımaq üçün.
Sənin səksənini
gözləyirəm mən
İntiqam Qasımzadənin ad gününə
Əlimə götürdüm qələmi
səhər,
Dedim ad gününə bir şeir yazım.
Sözümün ağacı verir
bar, bəhər,
Təbim, xoş sözləri mənə ver, yazım.
İlhamın nə röya, nə də yuxudu,
Kimsənin ümidi sözünə qalsın.
Ad günü duyğusu, ayrı duyğudu,
Kimin nə fikri var, özünə
qalsın.
Yurd, vətən eşqiydi ruhunu əzən,
Səbrindən əridi daş da, dəmir də.
Şuşa həsrətinə otuz
il dözən,
Beş ömür
yaşadı bircə
ömürdə.
Pisə
pis deyirsən, yaxşıya yaxşı,
Düşməsin əlindən sözün
rəndəsi.
Gülübdür üzünə taleyin
naxşı,
Var ol, ey Tanrının halal bəndəsi.
Hər kəs baş saxlaya bilmir həyatda,
Gözümdə saf susan,
durudan duru.
Salınsın dərsliyə riyaziyyatda
"Qürur" məsələsi,
"qeyrət" düsturu.
İmzan
mənə doğma, izləyirəm mən,
Yolumda nə çənim, nə dumanım var.
Sənin
səksənini gözləyirəm
mən,
O günü görməyə
çox gümanım
var.
Yaxşılıq
Bərəkət gələcək evinə,
bilsən,
Payına düşəni yeməyəndə
tək.
Özgə uğuruna sevinə
bilsən,
Dolacaq qəlbinə
sevinc bir ətək.
Alışdır, kiminsə ocağı
sönsə,
Kim səni köməyə
çağırsa, hay ver.
Ürəyin çağlayan ümmana
dönsə,
Ləpən sənə qalsın, dalğanı pay ver.
Xeyirxah olmasan, ucalmaz səsin,
Dizi bərkin
biri, nərin biri ol.
Üz tutub yanına gələn hər kəsin,
Döydüyü qapı ol, güman
yeri ol.
Kasıbdan dərdi çox,
varı olanın,
Hər kəsin
əynində qəm göynəyi var.
Qeyrəti olanın, arı
olanın
Nəyinə gərəkdi kimin nəyi var.
Çətin çörək tapa,
yolunu kəsən,
Gərək deməyəsən neyləyim
bu gün.
Yuxudan duranda nə düşünəsən?
Kiməsə yaxşılıq eyləyim
bu gün.
Çox var
Demə
ki, tənhayam, Tanrı da təkdi,
Hər kəsə pay verir, dolu ətəkdi.
Deyirsən atdığım hələ
ki yekdi,
"Du"du, ya
da "sə"di,
"çahar"a çox
var.
Düşübsə, silinməz qarası ömrün,
Həsrətdən sağalmaz yarası ömrün.
Səhərlə günorta arası
ömrü,
Gərək yaşayasan, nahara çox var.
Gümanlar bağrımın başın
teylərdi,
Mənə ilham verən yerlər, göylərdi.
Ümid
olmasaydı adam
neylərdi,
Payızın dalı qış, bahara çox var.
Damcılayır
Misra yağışına düşdüm
bu gecə,
Hələ də qəlbimdən söz damcılayır.
Göylərin sinəsi sönən
ocaqdı,
Hər ulduz bir gözdü, göz damcılayır.
Hüsnünə baxıram duyğum
qarışıq,
Mən harda görmüşəm belə
yaraşıq?
Ay gecə havayı saçsa da işıq,
Kim deyir nurundan naz damcılayır?
Göydə bulud, yerdə duman süründü,
Yamyaşıl şalına dağlar büründü.
Elə ki, qaranquş göydə göründü,
Demək dimdiyində yaz damcılayır.
Duyğusuz ürəklər qəfəsdi,
qəfəs,
Nəğməylə yoğrulub aldığım
nəfəs.
Sirdi, möcüzədi simdən
gələn səs,
Adamın ruhuna söz damcılayır.
Nə vaxtdı yatıram qəm otağında,
Həsrət çiçək açıb
eşqin tacında.
Ağlamaq ayıbdı ahıl
çağında,
Fəxrəddin, sevgidən göz damcılayır.
Mükafat
Necə qəm eləyim duyğularımı?
Gümanlar tərəzi gözünü
əyən.
Qarışıq salıram yuxularımı,
İşlərim olanda qeyri-müəyyən.
Olmuşam eşqindən qanadlı
oğlan,
Ətirli gül kimi qoparım
səni.
Gəlib,
gözlədiyin ağ atlı oğlan,
Min atın tərkinə
aparım səni.
Sevgim qönçə kimi təzədi, tərdi,
Eşqin hənirindən odlanır
ürək.
Səni
doğan ana nə bəxtəvərdi,
Qəbrini ziyarət eyləyəm gərək.
Qəlbimdə hayqıran ruhun
səsidi,
Həsrətin izidi, gözümün ağı.
Tanrının sirridi, möcüzəsidi,
İki yad adamın doğma olmağı.
Dünya
mənim olar, görüşə gəlsən,
Qəlbimə sevgidən xoş ovqat düşür.
Dəryanın dibində incisən,
ləlsən,
Səni tapmağıma mükafat düşür.
Nərgiz
Keçmir ürəyimdən nə
dərə, nə dağ,
Ətrinə bələnib bu bağça, bu bağ.
Butan sapsarıdı, ləçəklərin
ağ,
Səhərlər gülürsən üzümə,
nərgiz.
Əsirsən baharın yelləri
kimi,
Nişanlı qızların telləri kimi.
Saplağın körpənin əlləri
kimi,
Hərdən toxunursan dizimə, nərgiz.
Kövrəldim, gözümün yaşını
sil sən,
Necə oxşayırsan ruhumu bilsən.
Anamın
adısan, sevdiyim gülsən,
Məlhəmsən könlümə, gözümə,
nərgiz.
Fəxrəddin TEYYUB
Ədəbiyyat qəzeti.- 2021.-
11 dekabr.- S.22.