Hörmətli Boran
Oyanıb baxdım,
İki dəfə dan yeri sökülüb
Səhər də yerində.
Döyüşür Diclə, buludlar muğam kimi
Özünü oda atır
Dəyirman qapıda meşələr.
İsti şərab içirik ananla
Diyarbəkirdə köhnə karvansara
Minilliklərin dağarcığından keçirik
ədəvaların ətri gəlir səsindən.
Bir yerdə düzəldirik
Qədim dövrlərdən günəşin doğulduğu yeri
Bazalt daşlardan tikilən evlərə əfsanə sərinlik
Aysor kilsələritək tənha
Doğulmayacaq bir uşaq şamdır.
Boşluğunu dərk edib
əllərimi tutursan.
Hörmətli
Gizem
Səsinin "aydınlıq cığırları"
Sərçələrin tanıdığı bir səhər.
Ayrılıqla böyüyür uşaqlar
Sözlərindən qəzəb tökülür ataların.
Yorğunam,
insanın mənası yoxdur
silah
satır durmadan bəzirgan
torpaqbasdını nağd alır cəllad.
Hər gün bir küçədə bir qadın...
Gələcək günlərindən vurulur
Ayrılır neçə uşaq anasından.
Südü quruyan bir qadın döşüdür Afrika
Süd verir aclığa.
Ülgüclər qəssabların əlində
İşləyir körpə bədənlərdə.
Müharibə yorğanına uzananda əlləri körpələrin
Analar yuxusuz...
Səninlə səpilən toxum
Meyvəsi daşlanan bir ağac oldu.
Bu şeiri səndən əmanət aldım
İnsanların zirehi qorxularındandır
Bunu başa düşmüsən yəqin...
Yazıb unutmaq istəyirəm və həmçinin unudulmaq.
İstifadə
olunmuş şeir
Yeni bir məzarım
oldu xarabalıqlardan bir tabut,
Yeni illər yeni şəhərlər hər şey köhnə ikən özü də
Mən bu eşqi silah kimi almadım ki, özümə çevirim?
Nişan aldım ürəyimi və vurdum,
Sözləri
bir-bir yoxladım damarlarımda.
Hərəsi
bir biləyimdə bir ülgüc ikən ümidi
Şirəli
quyularda yatırdım, günəş işığında
bələdim
Səhər
mehində saraltdım kədərli gipsləri
Divarlarda
yumruq izlərim qaldı,
heç
nəyə fikir verməyən kitab qutularından
Özümə
yeni bir məzar aldım
içində
uzun-uzadı ölməyə
Uzun bir
can verməyi sifariş verdim
ağ-qara
döşəmələr
Bəzəkli
bordurlar içində ağappaq titrəyən
Bu üzdən
istifadə edə bilmərəm,
bu səsdən, bu
əllərdən
Gözəgəlimli
burun, dimdik sinənin gilələrini
Şərqilərimi
satıb aldım, çiçəklərimi...
Beş-üç
qəpiklik duyğuları soyuducuda
Yaşıl
noxudların arasında gizlədib gəldim
Bir
neçə kalori yandırdım təzə paltarlar
üçün...
Məğlub
oldum, aldandım və tükəndim
Yay
günündəki araqdakı buz kimi...
Mən bu
şeiri gözlərimi susdurmaq üçün yazdım
Bu
şeiri, ürəyim dayansın deyə yazdım...
Ah! Qardeniya yazıları
Saralan
divardan sənə toxunan çəhrayılıq
Atdığın
hər addımda geriyə gedən nələrsə var
Arxandan əcaib
qəhqəhələr yüksəlir.
Qarğışlayır
qapınızı qara-qara qarğalar
Axmaqlığınla
qalırsan gecəni məşğul edib
Düyü
bahalıdır, bəlkə evdən yarma da bitib
Artıq
təbəssüm edirsən öz yas yerində
İndidən
bir çələng hazırlatdır
qaçqın
xrizantemlərdən
Başdaşını
seçib, üstünə yazacağın tarixi de.
Aslıhan TÜYLÜOĞLU
Uyğunlaşdırdı: Oqtay
HACIMUSALI
Ədəbiyyat qəzeti.- 2021.- 11
dekabr.- S.29.