Jeton Kelmendi alban şairidir. O, yazıçı, dramaturq, publisist, tərcüməçi və
universitet professoru kimi fəaliyyət göstərir.
1978-ci ildə
Kosovanın Peja şəhərində anadan
olub, ilk təhsilini də Pejada alıb. Daha
sonra Pristina Universitetində təhsilini
davam etdirib, kütləvi kommunikasiya sahəsində incəsənət
ixtisası üzrə
bakalavr dərəcəsini
bitirib.
Onun əsərləri
başqa dillərə
ən çox tərcümə edilən
alban şairidir. Tənqidçilərin fikrincə, Jeton Kelmendi müasir alban poeziyasının əsl nümayəndəsidir.
Beynəlxalq səviyyədə
tənqidçilər və
şairlər onun yaradıcılığı haqqında
çoxsaylı məqalələr
yazıb, onu böyük bir Avropa şairi hesab etdiklərini vurğulayıblar.
Sənə bir sözü deyəcəm
Qəribə fikirlər çıxar
ağzımdan,
ruhumdan,
fərqli bir dünyadan.
Gahdan gedərkən,
Gahdan gələrkən hiss edirlər...
Bilirəm,
onlardan bir neçəsinin...
danışılmayan,
Və yazılmayan
dili var.
Amma deyirəm ki, o bir yerdə...
Sən və mən arasında bir yerdə...
Həyatım,
Ax... çox tez keçdi getdi.
Bütün dillərin öz
əlifbaları olduğu
zaman
yeni başlanğıclarında
bizim dilimizdən doğulur zaman...
Və zamansız bir adadır zaman
zamanı olmayanlara
zaman verir
ruhun-zehnin
sərhəd qapısında
bir sıra sözsüz hərflər
tərəfindən yoxlanılır.
Başqa
şeylərdə olduğu
kimi
özümdən gizlənirəm.
Qulaqlarım görmür məni
Gözlərim eşitmir məni...
Danışılmayan,
zamansız dilləri
bilmək daha xoşdur
mənasız mənaların
başında,
danışdıqlarımız misalı...
Qəribəliyimdən sonra
Heç
bir şeyə boyun əymirəm,
Burax,
Bu oyunun quranlarını!
Nəticənin sonunu kim
bilirsə bilsin,
biri qazanacaq,
biri məğlub olacaq...
Sevdiyim yerdəyəm
Bir yerdəyəm,
Səbrin
danışılmayan cümləsində
Xatirədən yüksək bir
nöqtədə,
bir şəkil çərçivəsində yaşayıram.
Öz-özümün sonunda, aşağıda
bir yerdə yaşayıram.
Məna
məni anlayırsa
Xoşbəxt oluram.
Yorğun
hüznümdə
tapıram özümü,
bura kimi heç bir röyada
görülməmiş kimi,
zamanın əlimdən
sürüşüb getdiyini
görürəm...
və yoxluğumun var olmadığına razılaşdım...
özümü tapmaq üçün
hər yerə göz gəzdirirəm...
bilirəm, bütün
ipucları sənə
çatır
və heç bir sualım yoxdur,
adını xatırlayıram...
və bu yetərlidir!
Sevginin kökü
Həyatın anlamı
Gələcəyə doğru addımlamağımızdır,
Görməyə hər kəsin
haqqı olan
bir röya...
Elə bir varlıq ki,
Sevginin hardan gəldiyini
Və hara gedəcəyini bilməsə də,
Hər kəs onu özünə,
Yaxınlarına istər...
Sən onun kökünü bilə bilməzsən,
bu bir sirdir,
zamanın bizimlə
buraya qədər gətirdiyi bir sirr...
hava kimi gizlin.
Alimlər eşqin mənşəyi
haqqında
danışıqlarında,
açıqlamalar və şeirlər yazdılar,
amma dəqiq olan bir şey
var,
eşq hər gün doğular
hər gecə,
gecə yarısından
sonra...
Hər yerdə
ortaya çıxar.
Sevgi harda yaşayarsa,
həyat hardaca aşiq olur,
Harda onun
kökü, məkanı,
zamanı...!
İlin
yeni səhifəsi
bir fəsilin digərini izləməsi kimi.
Kök mənadır...
Həm açıq-aşkar
Həm də gizli.
Eşq Tanrıdan gələr,
mənşəyini
sadəcə o bilər...
Zamanda qal!
Ordasan əgər
tale sənə doğru gəlir, qapını döyəcək,
Özünlə bağlı nə
soruşsan, soruş...
Bir fürsətin
qaça biləcəyi
qədər sənə
baxar.
İtmişdirsə, bil ki, sən mənim
içimdə itmisən,
Artıq istədiyini anlamayacaqsan.
Taleyə
doğru sürükləyən
belə bir səfərlərə çıx!
Nə sən dünyanı sayırsan,
Nə də sən dünyanın önəmlisi deyilsən.
Burdasan əgər
zaman gəlir, pəncərəni döyür
özündən qalx,
Bir az zamanı
ələ keçir,
Və zamanda qal...
Hərəkətsiz oyun
Zamanı
gələcək
Özünü zirvəyə daşımaq
üçün
hazır olduğunda
qapı açılacaq,
gecə gözləyəcək
kim kimi qarşılayacaq -
Sən, yoxsa mən?
Və hazırlaş... yola çıx...
Səbr
etməyi sevəcəksən
zamanında
Özünü təslim etməkdən
qorxan birisinə
zaman ver, sevgi ver, özünü
ver...
oyunun bütün qaydaları,
sənin hərəkətlərindən
asılı qalır...
gözənilməz hadisələri
xatırla
səssizliyi şəkillərlə
və məsumluğun
surətini qaldır...
Gerçəyi söylə
Və otağında fərəhlə
oturub məni gözlə
Gəlirəm,
Bir oyun oynamağa,
Eşq oyunu...
Jeton Kelmendi
Tərcümə etdi: Ümid
NƏCCARİ
Ədəbiyyat qəzeti.- 2021.-
11 dekabr.- S.31.