Azərbaycanlı yazıçının hekayəsi

İranın ədəbiyyat portalında

 

Müasir Azərbaycan nəsrinin tanınmış simalarından olan Azərbaycan yazıçısı Əlabbas Bağırovun hekayəsi İranın məşhur ədəbiyyat portalında - www.piadero.ir yayımlanıb.

Yazıçının fars dilində nəşr olunanGözəlhekayəsi günümüzün ictimai-siyasi həyatı ilə eynilik təşkil edir. Hekayənin əsas qəhrəmanı Gözəl erməni əsirliyində olmuş Azərbaycan qadınıdır. O, əsrlik həyatının məşəqqətləri geri döndükdən sonra qarşılaşdığı tənələrlə, yersiz qınaqlarla üz-üzə qalaraq əzablı bir həyat yaşayır...

Erməni vandalizminin əsl mahiyyətini incə çalarlarla oxucuya çatdıran hekayə tanınmış iranlı tərcüməçi Əkbər Əlyar Həmidi tərəfindən tərcümə olunub. Böyük Azərbaycan şairi Hüseyn Cavidin əsərlərini ilk dəfə fars dilində tərcümə edən Əkbər Əlyar Həmidi ölkəsində istedadlı şair yazıçı kimi tanınır.

Sayt həmçinin yazıçı Əlabbas Bağırovun bioqrafiyasını, keçdiyi yaradıcılıq yolunu da farsdilli oxucular çatdırır.

Qeyd edək ki, yazıçının 1992-ci ildə qələmə alındığıGözəlhekayəsi farscadan əvvəl rus, ingilis, türk, qazax, qırğız gürcü dillərinə tərcümə olunub xarici ölkələrdə geniş yayılıb.

 

Ədəbiyyat qəzeti.- 2021.- 11 dekabr.- S.27.