Türkologiya” jurnalının
illik hesabatı dinlənilib
AMEA Nəsimi adına
Dilçilik İnstitutunun
Elmi şurasının
iclası keçirilib.
İclasda Dilçilik
İnstitutunun nəzdində
fəaliyyət göstərən
“Türkologiya jurnalı”nın 2021-ci il üçün illik hesabatı dinlənilib.
Dilçilik İnstitutundan AZƏRTAC-a bildirilib
ki, iclası giriş sözü ilə açan institutun baş direktoru professor Nadir Məmmədli
jurnalın türk dünyasının köklü
və nüfuzlu elmi nəşrlərindən
biri olduğunu diqqətə çatdırıb. Qeyd olunub
ki, türkologiya elminin tarixinə və aktual problemlərinə həsr
olunan jurnal türk xalqlarının dillərinə, ədəbi
və mədəni zənginliklərinə, türk
dillərinin müasir
vəziyyətinə dair
yazılmış elmi
əsərləri özündə
əks etdirir.
İclasda “Türkologiya” jurnalının
baş redaktoru akademik Kamal Abdulla hesabat məruzəsi ilə çıxış
edib. Akademik bildirib ki, jurnalda türkologiyanın
müxtəlif sahələri
üzrə yazılar
çap edilir. Hazırda jurnal mütəmadi şəkildə
ildə iki say olmaqla Azərbaycan, türk, rus və ingilis dillərində məqalə
çapını həyata
keçirir. Jurnalın daimi və xüsusi rubrikaları müəyyənləşdirilib. Rubrikalardan başqa, jurnalda resenziyalar, xronika, personalia və nekroloqların mütəmadi
və sistemli şəkildə çap
edilməsi dünya miqyasında türkoloji həyatın nəbzinin tutmağa kömək edir.
Bildirilib ki, “Türkologiya” jurnalı türkoloji seminarlar təşkil edir. Bu seminarlarda müxtəlif elm sahələrinin
nümayəndələrini maraqlandıran elmi-praktik problemlər ölkəmizdə
və dünyada aparılan türkoloji tədqiqatların işığında
müzakirə edilir.
Jurnal bu gün də
türk dünyası
ilə, türkoloji mərkəzlərlə əməkdaşlığını
davam etdirir. Son 6
il ərzində
(2015-2021-ci illər) jurnalın
22 sayında Türkiyənin,
Rusiyanın, ABŞ-ın,
Almaniyanın, Fransanın,
Macarıstanın, Polşanın,
Çexiyanın, Orta
Asiya respublikalarının,
Cənubi Koreyanın,
Yaponiyanın, Misirin, İranın, Monqolustanın,
Əfqanıstanın, Rumıniyanın,
Gürcüstanın, Şimali
Makedoniyanın, Bolqarıstanın
və təbii ki, Azərbaycanın tanınmış alimlərinin
məqalələri dərc
olunub. Bunlardan 90-ı Türkiyə türkcəsində, 62-i Azərbaycan
dilində, 54-ü rus
dilində, 32-i isə
ingilis dilində işıq üzü görüb.
Çıxışının sonunda Kamal Abdulla jurnalın baş redaktoru vəzifəsindən
getdiyini bildirib.
Ədəbiyyat qəzeti.- 2021.-
18 dekabr.- S.15.