Zaur Bayram oğlu Muradov 1978-ci ildə Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Milarx kəndində, ziyalı ailəsində anadan olub. 1995-ci ildə Milarx kənd orta məktəbini bitirdikdən sonra Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul
olub, 1999-cu ildə müəyyən səbəblərdən
təhsilini qiyabi şöbədə davam etdirməyi qərara alaraq hərbi xidmətə yollanıb.
Həmin
ilin aprel ayında xidmətdə fərqləndiyinə görə
hərbi hissə komandiri tərəfindən
kiçik çavuş
rütbəsi ilə mükafatlandırılıb. İyul ayında qatıldığı
XTQ seçmələrini uğurla
keçərək həmin
sistemdə təhsil almağa göndərilib.
Kursu uğurla bitirən Zaur Muradov "N" saylı hərbi hissədə xidmət etməyə başlayıb.
Bir çox döyüş və kəşfiyyat tapşırıqlarını uğurla
yerinə yetirən gizir Zaur Muradov
2001-ci ildə vəzifə
borcunu yerinə yetirərkən minaya düşərək gözlərini
itirib və altı barmağı üç hissədən
amputasiya olunub.
Ailəlidir, üç övladı var.
Düşüncə
Esse
Sadəcə bəzən deyil,
hər gün, hər an düşünürəm...
Yapacaq başqa işim də yoxdu ki,
zatən düşünməkdən
başqa....
Hətta
bəzən yuxularımda
belə düşündüyümü
düşünürəm...
Yerini dəyişik saldığım,
gündüz yatıb,
gecələri yuxusuz qaldığım yuxularımda...
Eynən
məhəllənin gözətçi
köpəkləri kimi...
Bəzən nə düşündüyümü
belə bilmir, boş düşüncələrimi
bilgisayarda açılmış
səhifəsinə tökdüyümdə
yazmağı belə
bacarmayan bir körpənin cızdığı
əyri-üyrü xətlər
toplusu kimi əcaib-qəraib, mənasız
mətnlərə baxıb
bığaltı gülümsünürəm...
Görəsən, mənim yazdıqlarım niyə belə məntiqsiz və mənasızdır?
Ya əlimdən yazmaq gəlmədiyindən olacaq,
ya da bir
dildə düşünüb,
başqa dildə yazdığımdan...
Əslində, bunlar ikisi də eyni dillər,
ya da eyni
dilin şivələridir...
Amma bəzilərinə görə
sadəcə iki fərqli dillərdir...
Niyə
bir dildə düşünüb, digər
dildə yazıram deyə öz-özümə
sual etdiyimdə cavabını o dəqiqə
buluram:
Axı dinlədiyim verilişlər,
qulaq asdığım
kitablar, izlədiyim
internet səhifələri, hətta telefonumun dili belə bir dildə, evdə danışdığımız
başqa dildədir...
Və olan da mənə
olur...
Söz ehtiyatım tükənir,
bəzən bu gözəl dilimizdə bildiyim mənaların qarşılığını düşünür-düşünür, tapa bilmirəm...
Yəni
Əli aşından da olmuşam, Vəli aşından da...
Amma hər halda, yaza bilmirəm...
Və səbəb də, sadəcə, bir dildə düşünüb,
başqa dildə yazmaq ola
bilməz...
Həm də axı bunlar ikisi də
eyni dillərdir...
Düşünür-düşünür, tapa bilmirəm: görəsən,
niyə yaza bilmirəm?..
Bəlkə tənbələm desəm...
amma bundan düşünməyə nə?
O barədə üstümə
yoxdur qoçaqlıqda...
Beynim çatlayır, əsəblərim
tarıma çəkilir,
eynən küləyin
üfürüb doldurduğu
yelkən bezi kimi...
Amma ya yaza bilmirəm,
ya da yazdıqlarımda
məna tapa bilmirəm...
Və hər şey yenidən başlayır...
Məhəllənin gözətçi
köpəyi kimi səhərə qədər
oyaq qalıb düşünürəm, düşünürəm,
gündüz yuxumda belə düşünürəm,
amma oyandığımda
bilgisayarımdakı səhifəyə
tökdüklərim yazı
bilməyən körpənin
çizikdirdiyi anlamsız
xətlər yığını
kimi məntiqsiz və mənasız olur...
Yəni
Əli aşından da olmuşam, Vəli aşından da...
Və girdaba düşmüş
çöp kimi çarəsizcə çırpınır...
Nə üzə çıxıb
qurtula, nə dibə batıb yox ola bilirəm...
Bəzən düşünməmək istəyirəm...
Nə etməli? Deyə
düşünür və
tezcə də çarəsini tapıram;
beynimi söküb yerindən çıxarmaq...
Amma bu imkansızdır axı, - deyə düyünlədiyim qaşlarımın
altından çini gözlərimi qaranlıqlara
zilləyərək fısıldayıram...
Və bığaltı gülümsünürəm:
gördünmü, düşünməmək
üçün belə
düşünürəm, - deyə...
Gicgahımızda bir düymə
olsaydı; "düşüncəni
qapat", - deyə...
Sıxar
və qurtulardım düşünməkdən...
Və bir də düşünmədən
yazmağı dənəsəydim,
- deyə düşünmədən
dura bilmirəm...
Bəlkə o zaman yazdıqlarımda
bir məna olardı..., ya da ən azından
bir şeyə bənzəyərdi...
Daha balaca uşaqların çizikdirdiyi anlamsız
xətlər toplusuna deyil...
Düşünməkdən əldən düşmüş başımı
taqətsiz əllərimin
arasına alaraq partladıb qurtulmaq istəyirmişcəsinə sıxır,
sıxıram...
Və ruhum girdaba düşmüş
çöp kimi çarəsizcə çırpınır...
Nə üzə çıxıb
qurtula, nə dibə batıb yox ola bilirəm...
Uduzmağımla razılaşıb, qoca
qarılar kimi deyinirəm...
Beynin varsa düşünəcəksən...,
bu, çarəsiz bir dərddir artıq...
Ya beynindən qurtulub heyvantək instinktlə yaşayacaq, ya ölənədək düşünəcəksən...
Zaur BAYRAMOĞLU
Ədəbiyyat qəzeti.- 2021.- 18 dekabr.- S.25.