Müasir eston ədəbiyyatı-

Doris Karevanın şeirləri

 

Müasir eston ədəbiyyatının tanınmış nümayəndələrindən biri Doris Karevadır. 1958-ci ildə Tallin şəhərində anadan olub. Yaradıcılığa erkən yaşlarından başlayıb. Tartu universitetində roman german dillərinin linqvistikası ədəbiyyatı üzrə təhsil alıb. 1982-ci ildən Estoniya Yazıçılar Birliyinin üzvüdür. Doris Kareva həmçinin tərcümə ədəbi araşdırmalarla da məşğuldur. "Günün şəkilləri" (1978), "Gecə şəkilləri"(1980), "Toxunma" (1981), "Gizli şüur" (1983), "Kölgə gecikmə" (1986), "Zamanın forması"  (2005),  "Mənalar" (2007), "Paraqraf" (2007),  "Deka" (2008), "Sən tək deyilsən" (2011), "Ailə albomu" (2015) adlı kitabların müəllifidir.

İyirmidən çox ölkədə kitabları çap olunub.

 

Qarı

 

Qızım çoxdan göylərdədi,

Ərim dənizin dibində.

Son günlərim görünür

İndi gümüşü rəngdə...

 

Evə işıq düşsün deyə

Qapını bağlamıram.

 

belə ağrılarımla

belə itkilərimlə

Heç vaxt olmayacaq qədər

Uzanır günlərim

sonsuzluğadək...

 

Pişik sarılır mənə,

Onun yaşıl gözlərində

Bütün həyat canlanır...

 

***

 

Əgər bunu deməsəm -

Öləcəm.

Etiraf etsəm - bu məni

öldürəcək...

Göy üzü, söylə, mən edim?!

 

***

 

Həyat yuxu -

Eyni ağacın yarpaqlarıdı,

Qalın bir kitabın səhifələri kimi...

Kim arda-arda bu kitabı oxuyursa -

Deməli, yaşayır...

Kim vərəqləyib çevirirsə -

Deməli, yuxu görür...

 

Həyat yuxu-iki bacıdır,

Üçüncü, ən kiçik bacı-ölümdür...

 

***

 

Nələr arzu edirsənsə

bunu çox istəyirsənsə,

Gec, ya tez, o sənə gələcək,

Ya bir sehrlə, ya bir möcüzə ilə...

 

Əgər sən istədiyini tanısan,

O sənin olacaqdır....

Nələr arzu edirsənsə,

Sənə gələcək bir gün...

Səni tanıyacaq

sənin bir parçan olacaqdır...

Nəfəs al, ona qədər say,

Hər şeyin qədri sonradan bilinir...

 

***

 

vaxt ki, ölüm qorxusu

Böyük olanda qaçmağa

Yerin olmayanda -

Ölümü özün qarşıla,

İntihar etmə, uçurumlara baxma,

Bir güzgünün qarşısında

Özünə bax düşün...

Ölümün vahiməsindən

Cazibəlidir baxışların...

 

***

 

Özünə nifrət edirdi,

O qədər ehtirasla nifrət edirdi ki,

Onu sevən bütün insanlardan

Qisas almağa başladı...

Bu, əzab üçün seçilmiş bir yol idi,

Bu, daha çox nəyisə əldə etmək üçün

Axtarılan yol idi...

 

Tərcümə etdi: Tural CƏFƏRLİ

 

Ədəbiyyat qəzeti.- 2021.- 18 dekabr.- S.32.