Azərbaycan-Rumıniya ədəbi
əlaqələri müzakirə edilib
Azərbaycan
Yazıçılar Birliyinin beynəlxalq məsələlər
üzrə katibi Səlim Babullaoğlu Azərbaycan Dillər
Universitetinin baş müəllimi, rumın dili mütəxəssisi
və Rumın Dili və Mədəniyyəti Mərkəzinin
rəhbəri Yosefina Blazsan-Battonu qəbul edib.
Görüşdə tarix üzrə fəlsəfə
doktoru, Babeş-Bolyay Universitetinin doktorantı və "Azərbaycan-Rumıniya
mədəni əlaqələri"nin
araşdırıcısı, yazıçı, tərcüməçi
Jalə İsmayıl da iştirak edib.
Görüş
zamanı Azərbaycan-Rumıya ədəbi əlaqələri,
görülmüş və görülə biləcək
işlər, Azərbaycan ədəbiyyatının rumın
dilinə, rumın ədəbiyyatının Azərbaycan dilinə
tərcüməsi və nəşri imkanları müzakirə
edilib. Ədəbi əlaqələrin inkişafının
perspektivləri ətrafında fikir mübadiləsi
aparılıb.
Ədəbiyyat qəzeti.- 2021.- 11
dekabr.- S.15.