Nida işarəsindən Dəmir yumruğa 

 

   Prezident İlham Əliyevin 60 yaşı tamam olur. Xalqımıza, milyonlarla insanımıza, o cümlədən mənə doğma Qarabağımızı azad görmək bəxtiyarlığını yaşadan hörmətli Prezidentimiz haqqında bir neçə ürək sözümü yazmağa ehtiyac duyuram.

    İlham Əliyevi onun yeniyetməlik yaşlarından tanıyıram. Unudulmaz öndər Heydər Əliyevin Şuşaya səfərlərində mən iştirak etmişdim. Vaqif məqbərəsinin açılışında Üzeyir bəyin yubileyi günlərində. Vaqif məqbərəsinin açılışı soyuq, qarlı-çovğunlu qış ayında baş tutdu. Üzeyir bəyin yubileyi isə füsunkar Şuşada, necə deyərlər, gül-gülü, çiçək-çiçəyi çağırdığı bol günəşli gündə keçirildi. O gün Şuşanın qala divarlarına yaxınlaşdığımız zaman Heydər Əliyev Zərifə xanımın yanında addımlayan oğlunu çağırdı: - İlham, bura gəl, bir burdan açılan mənzərəyə bax!

     Bəlkə , elə o vaxtdan İlhamın qəlbində ata xatirələrilə birgə Şuşa həsrəti yer tuturdu. Ata vəsiyyətinə əməl edərək Şuşanı azad görmək arzusu, düşmən tapdağından qurtarmaq əzminə çevrilirdi. nəhayət, azad olunmuş Şuşaya gedib elə həmin gün qayıtmamağının səbəbi, "adam heç burdan getmək istəmir" sözləri illərlə qəlbində yaşatdığı hisslərin səmimi ifadəsi idi. Azğın düşmənin Cıdır düzündə sərxoş rəqsini görəndə Azərbaycan Prezidentinin keçirdiyi hissləri yaxşı başa düşürəm.

     Gün gəldi, İlham Əliyev xalqımızın otuz illik nisgilinə, həsrətinə, ürək qubarına son qoydu, vüqarla: "Əziz Şuşa, sən azadsan!" - deyə bildi.

Daha əvvəl Ermənistanın Baş nazirinin yekə-yekə dediyi sözlərə: "Qarabağ Ermənistandır nöqtə" iddiasına Azərbaycan Prezidenti: "Qarabağ Azərbaycandır nida işarəsi" cavabını vermişdi. Bu nida işarəsi Qarabağ separatçılarının tabutuna çalınan son mismar idi İlham Əliyev xoş bir ləzzətlə: "Gorbagor oldu status - dedi - cəhənnəmə, gora getdi status".

Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu NİDA İŞARƏSİNİ DƏMİR YUMRUĞA çevirib özgə torpaqlarına tamah salanların başına endirdi.

     Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə İlham özünü savadlı, yüksək intellektual səviyyəli siyasətçi kimi, Avropa parlamentində düşmənlərimizə dərhal yerli-yerində məntiqli, tutarlı cavab vermək qabiliyyətinə malik olan mahir diplomat kimi tanıda bilmişdi. Amma o vaxt kimin ağlına gələrdi ki, illər keçəcək Ali Baş komandan İlham Əliyev Azərbaycan tarixinin ən böyük zəfərinə imza atacaqdır.

     2003-cü ildə, Heydər Əliyevin sağlığında, amma xəstə olduğu bir zamanda dekabrın 13-də Musiqili Komediya Teatrında Prezidentliyə namizəd İlham Əliyevin ziyalılarla görüşü keçirildi. O görüşdə mən çıxış etdim. O günləri yaxşı xatırlayıram. Hamımız nigaranlıq içindəydik, Heydər Əliyevin sağalmasına dua edərək onu da düşünürdük ki, bir gün onu itirə bilərik. O zaman Azərbaycanın halı necə olacaq? Bu müdrik tarixi şəxsiyyəti kim əvəz edə bilər axı? Ölkəmizin qarşısına çıxa biləcək təhlükələrdən, parçalanmaq qorxusundan, vətəndaş müharibəsi xofundan qurtula bilmirdim. Bu narahatlığımı həmin ilin avqust-sentyabr aylarında qələmə aldığım " qoç, qara qoç" povestində ifadə etməyə çalışdım. Yeganə ümid Heydər Əliyevin sağalıb başına qayıtması idi. Ya da gizlədim, o vaxt hələ gənc olan İlhamın bu mürəkkəb dövrdə, xarici təzyiqlər daxili ziddiyyətlər şəraitində ölkəni dərəcədə uğurla idarə edə biləcəyini düşünürdüm. Amma elə həmin o görüşdə İlham Əliyevin namizədliyini dəstəklədiyimi bildirməyimin əsas səbəbi o idi ki, bu namizəd Heydər Əliyevin seçimi idi. Təbii ki, Heydər Əliyev oğlunun taleyinə biganə qala bilməzdi, amma daha artıq onu Azərbaycanın gələcəyi düşündürürdü. Odur ki, "Mən İlhama özüm qədər inanıram" sözləri mənimçün , milyonlarla həmvətənimiz üçün ən etibarlı zəmanət idi. Ötən on səkkiz il göstərdi ki, Heydər Əliyev möcüzəvi bir şəkildə uzun illik siyasi təcrübəsini, hadisələri dəqiq dəyərləndirmək qabiliyyətini, müxtəlif ölkələrin liderləriylə münasibət qurmaq məharətini tam şəkildə övladına keçirə bilib. Bu zəngin irsə İlham Əliyevin özünün şəxsi qabiliyyəti, iti ağlı, möhkəm iradəsi, geniş bilikləri dünyagörüşü əlavə olunaraq Azərbaycan tarixinin ikinci Heydər Əliyev birinci İlham Əliyev fenomeninin dünya siyasi səhnəsinə çıxmasına səbəb oldu.

     Həmin o görüşdə çıxışımda deyirdim:

     Əgər Heydər Əliyev öz siyasi varisi kimi İlham Əliyevi görürsə, təcrübəli müdrik dövlət xadiminin seçiminə sayqıyla yanaşmalıyıq”.

İlham Əliyev Prezident seçildi doğrudan da, Azərbaycanı layiqli şəkildə idarə edərək dünyada söz sahibi olan ölkə kimi tanıtdı. Rusiyayla bərabər hörmətə əsaslanan münasibətlər qurdu, Türk dünyasının ən parlaq liderlərindən biri kimi şöhrətləndi nəhayət, siyasi fəaliyyətinin ən yüksək zirvəsinə ucalaraq 44 günlük zəfərimizlə Azərbaycanımızın da başını ucaltdı.

44 günlük zəfər tarixi haqqında çox yazılar çıxıb. Mən yazmışam, Yazıçılar Birliyi olaraq bu möcüzə dastanına bir neçə kitab həsr etmişik. Mən bunu da dönə-dönə təkrar edirəm: əgər müharibədə qələbə Ali Baş Komandanın rəhbərliyilə müzəffər ordumuzun qələbəsidirsə, diplomatik cəbhədə, təbliğat sahəsində uğur İlham Əliyevin təkbaşına qazandığı zəfərdir. Dörd dildə dəmir məntiqli çıxışları (bu yerdə dəmir məntiq dəmir yumruğa dəstək olur) illər boyu dünya mediasını sarmış erməni təbliğatının yalanlarını alt-üst edirdi.

     nəhayət, şübhəsiz, bu hadisələrin hələ tam açılmamış diplomatik tərəfləri var. Bir çox Qərb ölkələrinin açıq bildiyimiz mövqelərindən bəlli olur ki, onlar örtülü şəkildə Azərbaycan Prezidentinə kimi təsirlər göstərməyə, təzyiqlər etməyə çalışırmışlar. Bir çox dövlətlər açıq-aşkar həqiqətə göz yumaraq ancaq erməni maraqlarına xidmət edirlər. Bəlli məmləkətlərdə erməni lobbisinin seçkilərə təsirindən ehtiyatlanaraq öz siyasətlərini erməni maraqlarının girovuna çevirirlər. Bütün təsirlərə, təzyiqlərə rəğmən Prezidentimiz cəsarətlə ardıcıllıqla öz siyasi iradəsinə sadiq qaldı. Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Xalqa bundan artıq xidmət göstərmək mümkündürmü?

     Hörmətli Prezidentimizi yubileyi münasibətilə ürəkdən təbrik edərək onun Heydər Əliyev yolunun davamçısı olaraq ədəbiyyatımıza, dilimizə qayğısını xüsusi minnətdarlıq hissilə xatırlayıram. Elə bəhs etdiyim seçkiqabağı görüşdə mən latın qrafikasıyla bədii ədəbiyyatın olmadığını vurğuladım. İlham Əliyev Prezident seçilərsə mütləq bu məsələni həll edəcəyini söylədi. Doğrudan da, Prezident seçiləndən az sonra latın qrafikasıyla həm Azərbaycan, həm dünya ədəbiyyatının nəşrlərini təmin etdi, Yazıçılar Birliyinin Tərcümə Ədəbi Əlaqələr Mərkəzini mənim xahişimlə büdcəyə daxil etdi, yaşlı gənc yazıçılara təqaüdlər ayrıldı, Birliyimizin binasının əsaslı təmirinə göstəriş verdi təmirdən sonra binamızı ziyarət edib xoş sözlər dedi.

     Siyasi xadim üçün altmış yaş - müdriklik çağıdır, eyni zamanda hələ çox-çox illər enerjili səmərəli fəaliyyəti üçün münasib vaxtdır.

     Azad olunmuş Qarabağ Şərqi Zəngəzur bölgələrində inanılmaz sürətlə aparılan abadlıq işləri, yollar çəkilməsi, aeroport inşa edilməsi qürur mənbəyimizdir. Millətlər içində öz məxsusi imzası olan dövlətimizin dünyada nüfuzunun günü-gündən yüksəlməsi uğrunda yorulmaz fəaliyyətində Prezidentimizə yeni uğurlar, möhkəm cansağlığı, bol-bol ailə, ata, baba sevincləri arzulayıram.

 

27 noyabr 2021

 

"Qobustan" dərgisinin qış sayı üçün

 

ANAR

 

Ədəbiyyat qəzeti.- 2021.- 25 dekabr.- S.2-3.