Azərbaycan Respublikasının Prezidenti cənab

İlham Əliyevin 60 illik yubileyi münasibətilə

Azərbaycan Yazıçılar Birliyinin təbriki

 

Möhtərəm cənab Prezident!

SiziAzərbaycan Respublikasının Prezidentini Silahlı Qüvvələrimizin müzəffər Ali Baş Komandanını, müasir dünyanın böyük dövlət siyasət xadimini 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirik!

Ömrünüzün uğurlarla zəngin olan bu 60 illik mərhələsində milli tariximizin bir çox parlaq səhifələrinə cəsarət qürurla imza atmışsınız.

Ümummilli Liderimiz Heydər Əliyevin görkəmli alim akademik Zərifə xanım Əliyevanın sağlam möhkəm mənəvi təməllər üzərində qurulan müqəddəs ailə ocağında doğulub boya-başa çatmış, yüksək vətənpərvərlik dövlətçilik ruhunda yetişmişsiniz.

Mükəmməl təhsil alaraq, ciddi həyat məktəbi keçərək ən əsası, əziz atanızUlu Öndərimiz Heydər Əliyevin üstün idarəçilik dövlət quruculuğu ənənələrini məharətlə mənimsəyərək, onun başladığı çətin, şərəfli yolu uğurla davam etdirmiş, çağdaş Azərbaycanın qüdrətli rəhbəri mövqeyinə ucalmışsınız. İndi Azərbaycan torpağının böyük quruculuqdan xəbər verən hər qarışında, ölkəmizin müasir mənzərəsinin hər bir işıqlı cizgisində Ümummilli Liderimizlə bərabər Sizin möhtəşəm imzanız, silinməz izləriniz vardır.

Çoxəsrlik Azərbaycan tarixinin ən şanlı səhifəsiQarabağımızın erməni işğalına məruz qalmış bütün torpaqlarımızın azad edilməsi, 2020-ci ildə 44 gün davam edən müqəddəs Vətən Müharibəmizin şanlı 8 Noyabr Zəfəri ilə başa çatması da məhz Sizin vətənpərvərlik, rəhbərlik sərkərdəlik əsərinizdir. Azərbaycan Ordusu Sizin Ali Baş Komandanlığınız altında əzmlə savaşaraq dünyanı heyrətə salan hərb möcüzəsi göstərdi. Bu tarixi Zəfərə imza atmaqla Siz bir daha xalqımızın, bütün dünya azərbaycanlılarının əbədi məhəbbətini sonsuz minnətdarlığını, dost qardaş xalqların, vətənpərvər, azadlıqsevər insanların dərin rəğbət hörmətini qazandınız. Misilsiz iftixar hissilə elan etdiyiniz Şuşa Zəfəri millətimizin hər bir fərdinə ömür boyu unudulmayacaq, yüzillər boyu yaddaşlardan silinməyəcək sevinc hissi, bəxtiyarlıq duyğusu yaşatdı.

Hazırda Qarabağda, Şuşada, Ağdamda digər azad edilmiş ərazilərimizdə aparılan nəhəng quruculuq işləri Azərbaycan tarixinin yeni zəfərlər salnaməsinin fərəhli müjdələridir.

Möhtərəm cənab Prezident!

Siz Azərbaycan ədəbiyyatı mədəniyyətinə, xalqımızın minilliklər boyu yaratdığı qiymətli mənəvi-mədəni irsə yüksək münasibətinizlə, son dərəcə həssas yanaşmanızla da Ulu Öndərimiz Heydər Əliyevin ən layiqli etibarlı davamçısı olduğunuzu aydın şəkildə nümayiş etdirmişsiniz.

Vətən Müharibəsi başa çatandan, torpaqlarımız işğaldan azad ediləndən sonra Sizin təşəbbüsünüzlə Qarabağdakı ilk işlərdən biri Şuşada böyük şairimiz Molla Pənah Vaqifin məqbərəsinin təmiri açılışı, Vaqif Poeziya Günlərinin təşkil edilməsi oldu. Bütün bunlara görə Sizə ən səmimi duyğularla minnətdarlığımızı bildiririk. Bu günlərdə yekdil qərarla Azərbaycan Yazıçılar Birliyinə Fəxri Üzv seçilməyinizi Sizə minnətdarlığımızın ifadəsi olaraq qəbul edəcəyinizə inanırıq.

Möhtərəm cənab Prezident!

Sizin bildiyiniz kimi, belə bir fikir var ki, 60 yaş insan ömrünün daha da müdrikləşmək çağıdır, eyni zamanda, hələ çox-çox illər güclü enerji ilə çalışmaq, səmərəli fəaliyyət göstərmək üçün olduqca uyğun vaxtıdır. Qadir Allahdan diləyirik ki, Sizin simanızda bu fikir özünün ən dəqiq ən uğurlu təsdiqini tapsın.

Şəxsiniz, ailəniz bütünlüklə xalqımız üçün bu əlamətdar hadisə - 60 illik yubileyiniz münasibətilə Sizi bir daha ürəkdən təbrik edirik! Sizə möhkəm can sağlığı diləyir, Azərbaycanımızın aydın gələcəyi, millətimizin rifahı dövlətimizin davamlı tərəqqisi naminə yorulmaz fəaliyyətinizdə yeni uğurlar, ailə xoşbəxtliyi, atalıq babalıq sevincləri arzulayırıq! Allah Sizi qorusun!

 

Ədəbiyyat qəzeti.- 2021.- 25 dekabr.- S.3.