Nə Araz, nə də ki,
tıkanlı məftil
Xalqın niyyətini bölə bilmədi.
İki yüz ildi ki, erməni qafil
Sənin millətini bölə bilmədi.
Bu gün ad günündür,
cənab Prezident,
Altmışı haqladın, mübarək
olsun!
Gücümüz gücündür, cənab
Prezident,
Gözlərin sevinclə, zəfərlə dolsun!
Sən altmış yaşında, sən altmış milyon...
Böyük bir millətin ümidi sənsən.
Sonadək şərəflə dayandın, durdun,
Sən özün vətənsən,
özün vətənsən!
İzin
ver izinlə sürünüb gedək
Bakıdan Şuşaya, ordan Təbrizə.
Vətən torpağına bürünüb
gedək,
Əmrinlə düşməni gətirək
dizə.
Gözlərin yol çəkir,
görürəm hərdən,
O yolun sonunda vətən
görünür.
Xalqın
qüdrətini görür
efirdən,
Qoca da, cavan da
sənlə öyünür...
Lütfən kədərlənmə, sən gül hər zaman,
Güləndə gülürük biz də
səninlə.
Min ilin həsrəti silinir, inan,
Vətənə yaydığın gün nəfəsinlə.
Sən ey Azad vətən, ey azad dəniz,
Sənlə ömrümüzə zəfər
dolacaq.
18 ildir ki, səninləyik
biz,
Min illər keçsə
də belə olacaq.
Dəmir
yumruğunla, ləyaqətinlə,
Xalqının qəlbində heykəl qurubsan.
Vətən məhəbbəti, saf
niyyətinlə,
Ordunun önündə
özün durubsan.
Ey son yüz illərin məğrur fatehi,
Sən ey ölümsüzlər
Baş Komandanı,
Dədəm Xətainin ruhu səndədir,
Bütövlət, bütövlət Azərbaycanı!
İkinci
Qarabağ savaşı
bizə,
Həmrəylik, bütövlük nəğməsi
oldu.
Düşməni qarşında gətirən
dizə,
Müzəffər savaşa qoyduğun qoldu.
Sən təkcə Şuşanın
fatehi deyil,
Həm də ürəklərin fatehisən,
bil.
İlhamın nə xalqın
düşüncəsindən,
Nə də tarixindən silinən deyil.
Şuşanı işğaldan azad
edəndən,
Günbəgün dirçəlir dumanlı
Təbriz.
Sənə səslənirik Xudafərindən,
Bizə arxayın ol, səninləyik biz.
Sayman ARUZ
Ədəbiyyat qəzeti.- 2021.- 25 dekabr.- S.4.