Qalib Baş komandan - Qalib Ordu - Qalib Xalq
Prezident İlham Əliyevin
60 illik yubileyinə!
Yubiley yaşınızla bağlı
ilk dəfədir Sizə
təbrik məktubu yazıram, baxmayaraq ki, 2003-cü il Prezident seckilərində namizədliyimi xeyrinizə
geri götürəndə
(o zaman ilk müxalifətçi
idim ki, Sizi dəstəkləmişdim)
və namizədliyiniz
qalib kimi elan olunandan sonra Sizi, yeni
Prezidenti təbrik etmiş, həm də telefonla uğurlar arzulamışdım.
Sonrakı illər Prezident
seçkilərində bu
təbriklər təkrar
olundu. İndi fərqli bir
şəraitdə yaşayırıq.
Bir tərəfdən
bütün sahələrdə
islahatların aparılması,
digər tərəfdən
müharibədən Qalib
çıxmış, azad
olunmuş torpaqlarımızın,
kəndlərimizin, şəhərlərimizin
yenidən dirçəldilməsi,
dağılmış yerlərin
yenidən bərpası
və tikilməsi, köckünlərimizin bu
yerlərdə yerləşdirilməsi,
ücünçü tərəfdən
pandemiya şəraitində
əhalinin sağlamlığı
ilə məşğul
olmaq, dördünçü
tərəfdən bizi
sevməyən, yaxud nəsə uman xarici dövlətlərin
təhdidi və basqısı üzərinizə
ağır yük və məsuliyyət qoyur. Bu ağır
yükü hər dövlət başçısı
çəkə bilmir.
Müstəqil dövlətin elan
olunması bir yükdürsə, onu dirçəltmək, qasırğadan,
tufandan keçirib ayaq üstə qoymaq, inkişaf etdirmək, öncül sıralara çıxarmaq
daha ağır yükdür. Üstəgəl
belə şəraitdə
hər kəsin, hər qrupun, partiyanın, sosial şəbəkənin, qeyri-hökumət
təşkilatlarının, medianın, ahılların,
müharibə iştirakçılarının,
şəhid ailələrinin,
yazıçıların, şairlərin, müğənnilərin,
bütövlükdə yaradıcı
insanların ümumiləşdirilmiş
maraqlarını təmin
etmək yük üstünə əlavə
yük gətirir. Amma, Siz bütün bunları səbrlə, inamla həll edirsiniz.
60! Yubiley yaşınız tamam olur. On səkkiz
ildir Azərbaycan Respublikasına Prezidentlik edirsiniz. Bu illərə
qayıdıb yenidən
baxıram. Azərbaycanın ağrılı-acılı, məğlub
günlərini xatırlayıram.
Bu illərdə xarici dövlətlərin
nümayəndələrilə görüşəndə onlar
atmacalarından qalmır,
rişxəndlə eyham
edirdilər ki, əgər ermənilər
torpaqlarınızı işğal
ediblərsə, gedin vuruşun, geri alın. Bununla yanaşı müharibənin
labüdlüyünün və
ideyasının müzakirəsini
beynəlxalq dairələr
qətiyyən yaxın
buraxmırdılar. Ancaq Siz
bütün bunlara sinə gələrək
Ali Baş Komandan kimi 44 gün davam edən müharibəni Zəfərlə
başa çatdırdınız.
Azərbaycanın suveren hüquqlarını
bərpa etdiniz. Müharibə illərində, ondan
əvvəl və sonra Sizə olan təhdidlərin və təzyiqlərin canlı şahidləriyik.
Biz Sizinlə bir yerdə canlı tarix yaşadıq və bizlərə Qalib ruhunu aşıladınız.
Azərbaycan tarixinə
və xalqına yeni bir formula gətirdiniz: Qalib Xalq - Qalib Ordu
- Qalib Baş Komandan. Bütün bunların önündə
Siz durdunuz. Əgər müharibə
əzminiz, gətiyyətiniz
olmasaydı, bəlkə
də bu müharibə heç başlamazdı, yenə də xeyir-şərdə,
künc-bucaqda Vətən
və onun dilbər guşəsi Qarabağ haqqında danışacaq, seirlər,
hekayələr, romanlar
yazacaq, mahnılar bəstələyəcəkdik. Ancaq hər yerdə müharibə təbliğatı
aparılırdı. Toyda, yasda
həsrətini, nisgilini
gənclərə ötürür,
onları Birinci Qarabağ savaşında itirdiyimiz torpaqları geri qaytarmaq üçün şövqləndirirdilər.
Doğrusu, birinci savaşda
Sovet birliyinin parçalanması ilə
müşahidə olunan
və bu səbəbdən yeni müstəqil dövlətlərdə,
o cümlədən Azərbaycanda
iqtisadiyyat çökmüşdü,
ordu quruculuğu çox ləng gedir, qarmaqarışıqlıq
çoxalırdı. Ermənistan isə Moskvanın və erməni diasporasının maddi və mənəvi yardımı ilə çoxdan hazırlaşmışdı.
O zaman biz Tənha qalmışdıq. Amma illər
keçdi, duzgün daxili və xarici siyasətimiz nəticəsində bu Tənhalıqdan çıxdıq.
Xalq, xüsusən də gənclər müharibəyə
hazır idi və Siz daxili
və xarici şəraiti nəzərə
alaraq bu nəbzi tutdunuz. Nadir
Şahdan sonra Azərbaycan tarixində Sizin komandanlığınız
altında görünməmiş
bir hadisə baş verdi.
Nəinki torpaqlarımız, hətta ruhumuz bütöşləşdi və
bu bütövləşmə
bu gün də davam edir.
Qələbə üçün
uzun bir yol gəldiniz, hələ mən demirəm ki, 2003-ci ildən bəri nə qədər çevrilişlərə
cəhd olunub, xüsusilə də Qarabağı güzəşt
edəcək kimsəni
xarici qüvvələr
və donorlar hakimiyyətə gətirmək
istəyiblər, ölkəiçi
qarışıqlıq salmaq
üçün cəhd
ediblər ki, müharibə əhval-ruhiyyəsi
yaddan çıxsın,
başımız yalnız
özümüzə qarışsın.
Həm daxildən, həm də xaricdən suyu bulandırıb məqsədlərinə çatmaq
istəyən qüvvələr
çox olub. Amma arzuları gözlərində
qaldı. Sizin siyasi
inadkarlığınız, siyasi qətiyyətiniz Azərbaycanda Suriya, İraq, Liviya və başqa ölkələrin variantlarını
sıfıra endirdi və xalqın döyüşkən, passionar
enerjisini torpaqlarımızın
azad edilməsi istiqamətinə yönəltdiniz.
Təsəvvür edirəm ölkədə
vətəndaş müharibəsi
baş versəydi nələr olardı?
Yaxın
Şərq təcrübəsi
gözümüzün qabağındadır.
Bu, o demək idi ki, əlvida Qarabağ torpaqları, əlvida Azərbaycan dövlətçiliyi! Belə vəziyyətin
yaranmasını həm
xaricdən, həm də daxildə onlara maşa rolunu oynayan bəzi qüvvələr
arzu edirdilər, bunun uğrunda mübarizə aparırdılar.
Bütün bunlara tab gətirdiniz
və Azərbaycanı
Davamlı və Dayanıqlı inkişaf istiqamətinə yönəltdiniz.
Bu gün Siz yaxın
hədəfinizin doxsan
faizinə nail olmusunuz.
Sırada Orta və Uzaq Hədəflər durur. İnşallah, Azərbaycan xalqının
dəstəyi ilə bu hədəfləri də həyata keçirəcəksiniz. Əminəm ki, bu hədəflər
gələcəkdə Azərbaycan
xalqının uzunmüddətli
strategiyasına çevriləcək.
Sizə ailə xoşbəxtliyi arzulayıram. Düşünürəm ki, Siz də Azərbaycan xalqının xoş və firavan yaşaması üçün
bundan sonra da gücünüzü əsirgəməyəcək, dünyanın
indiki siyasi və iqtisadi burulğanından çıxarıb
onu düzgün istiqamətə yönəldəcəksiniz.
Bilirəm prezidentlər daxili
gərginlik və ağırlıq üzündən
xoşbəxt ola bilmirlər. İstisna olaraq Sizə xoşbəxt Prezident olmağı arzulayıram.
Zatən
Siz buna 44 günlük müharibədən
sonra haqq etdiniz, çünki önümüzdə Qalib
Baş komandan - Qalib Xalq - Qalib
Ordu durur.
Yunus Oğuz
Ədəbiyyat qəzeti.- 2021.-
25 dekabr.- S.9.