Ad gününüz
mübarək, sadə
insan
Deyirlər, o insan öyrədicidir ki, o, nəyisə sözləri ilə təlqin etmir, bunu hərəkətləri
ilə göstərir. Bir dəfə
Ülyahəzrət II Yelizavetanın
mərasimində İtaliyanın
o vaxtkı Baş naziri Silvio Berluskoni
uca səslə kimisə çağırmışdı.
Ülyahəzrət arxaya dönərək
ona baxmışdı.
Psixoloqlar buna "bədən
dili" deyirlər.
Yəni anlatmağa çalışmışdı
ki, belə mərasimlərdə sakitliyə
riayət etmək lazımdır. Həmin
baxışdan sonra daha heç kim uca səslə danışmadı.
Həm də səssiz baxışlarla anlatmışdı
ki, mənim davranışımdan nümunə
götürün.
Ümummilli lider Heydər Əliyevdə də belə nümunələr
çox idi. Akademik Dram Teatrının
yaşlı aktyorları
danışır ki, bir dəfə tamaşa gec başladı. Heydər Əliyev
də zalda imiş. Tamaşanın gec başlamasının
səbəbi Səməndər
Rzayevin gəlib çıxmaması olub.
Nəhayət, gəlib və
tamaşa başlanıb.
Bitəndən sonra Heydər
Əliyev pərdə
arxasına keçərək
soruşub ki, tamaşa niyə gec başladı? Mərhum aktyor irəli çıxaraq bildirib ki, günah ondadır, çünki uzaqda qalır. Heydər Əliyev gülümsəyərək
daha heç nə deməyib. Az müddət
keçdikdən sonra
ona yaxınlıqda mənzil verdirib. Ümummilli lider pərdə arxasına keçib sənət adamları ilə söhbət etməklə, digər vəzifə sahiblərinə
demək istəyirdi ki, siz də
onlarla belə davranın, onlar bizim dəyərlərimizdir.
Müdrik dövlət başçıları
məsləhət verməklə,
sözlərlə təlqin
etməklə istədiklərini
alındırmağa çalışmırlar. O cümlədən
Prezident İlham Əliyev də fəaliyyəti ilə nümunə göstərməyə
çalışır. Onun birinci
sərgilədiyi nümunə
planlar barədə əvvəldən məlumat
verməməkdir. Klassik
siyasi qanun belədir ki, görəcəyin iş barədə əvvəldən
məlumat vermək olmaz.
Hakimiyyətdə olduğu 17 illik dövrdə İlham Əliyev prinsipiallıqla yanaşı, həm də klassik siyasi qanuna riayət
edən dövlət başçısı kimi
tanınıb. Klassik qanuna əsasən siyasətçi gələcək
plan barədə anons
vermir. Əlbəttə, xalq arasında
reytinqin qaldırılması
naminə əvvəldən
anons vermək, yaxud gərginliyə su səpmək olar. Lakin anons ona görə verilmir ki, maraqlı tərəflər, gizli qüvvələr bu planın qarşısını
ala bilər. Nəticədə, xalqın milli maraqlarına söykənən
o plan, fəaliyyət proqramı
puç olar, yalnız arzu olaraq qalar. Bu məqamdan yanaşsaq,
Azərbaycan Prezidenti anons verməyə ona görə üstünlük vermir ki, mürəkkəb coğrafi məkanda yerləşən kiçik
ölkənin planı
baş tutmaz.
Biz İlham Əliyevin
hansı məqamda hansı danışıqları
apardığını yalnız
müxtəlif mənbələrdən,
müxtəlif şəxslərdən
eşidirik. Məsələn,
2016-cı ildə Lələtəpə
yüksəkliyi uğrunda
gedən döyüş
zamanı arxa fonda aparılan
danışıqlardan yalnız
neçə il sonra xəbər tutduq. Ermənistanın istefada olan generalı Xaçaturov həmin günlərdə
arxa planda baş verənləri danışdı. Xaçaturov verdiyi müsahibədə
deyirdi ki, Azərbaycan ordusunun Lələtəpə yüksəkliyindən
geri çəkilməsi
barədə dövlət
başçısı İlham
Əliyevlə telefon danışığı olub.
Lakin Prezident dediyindən dönməyib. Biz bunu yalnız neçə ildən sonra bildik.
Ramil Səfərov
qalmaqalını yada salaq. Macarıstan məhkəməsi
ona ömürlük iş kəsmişdi. Amma neçə ildən sonra R.Səfərov Azərbaycana gətirildi, elə hava limanında
qolundan qandal açıldı və ona mayor rütbəsi verildi. Deməli, bu, bir günün zəhməti
deyildi. Deməli, arxa planda onun azad edilməsi
üçün işlər
gedirmiş. Erməni cəmiyyəti
hələ də bunun necə baş verdiyini aydınlaşdıra bilmir.
Və məlum oldu ki, Prezident uzun
illər ərzində
Qarabağın işğaldan
azad edilməsi, o cümlədən qarşıdakı
uğurlara maneçilik
törədilməməsi naminə
görülən işlər
barədə əvvəldən
məlumat verməyib.
Nəticədə xalqa Zəfər
sürprizi bəxş
etdi.
ABŞ-ın mərhum
prezidenti Kennedi deyib ki, "siyasətdə əbədi
dostluq olmur, əbədi maraqlar olur". Böyük Britaniyanın Baş
naziri olmuş Uinston Çörçill
isə deyirdi ki, "siyasət natəmizliyi sevir".
Ancaq Azərbaycan Prezidenti həmişə göstərib
ki, təmiz olmaqla da siyasi
fəaliyyət göstərmək
mümkündür. Yetər ki,
hansısa ölkə
rəhbərinin Azərbaycana
sevgisi olsun, hansısa beynəlxalq qurum ikili standartlardan
çıxış etməsin,
ədaləti əsas
meyarı bilsin. İlham Əliyev heç vaxt dostluqdan maraq baxımından istifadə etməyib.
Onun əsas xüsusiyyəti dost olmağı
bacarmasıdır. Heç
vaxt xəyanət etməyib, dost ölkələrin
ağır günlərində
köməkliyini əsirgəməyib.
Əgər Belarus prezidenti Aleksandr
Lukaşenko müsahibəsi
zamanı məlumat verməsəydi, heç vaxt bilməyəcəkdik
ki, Azərbaycanın dövlət başçısı
çətin vaxtda həmin ölkəyə neçə milyon pul verib. Təbii ki, belə cəsarəti
Lukaşenko yüksək
qiymətləndirdi. Yaxud Azərbaycan
Prezidentinin cəsarət
nümayişi Gürcüstana
mavi qaz verilişi ilə də bağlı olmuşdu. Təsəvvür
edin, Gürcüstan-Rusiya
arasındakı soyuq siyasət dövründə
İlham Əliyev hansısa iri ölkənin təhdidini nəzərə almayaraq
dost ölkənin çağırışına
mərdliklə cavab verərək etimadını
daha da gücləndirmişdi.
Deməli, siyasət heç
də natəmizlikdən
ibarət deyil. Mərdliklə də həyata
keçirilə bilər.
İlham Əliyevdən nümunə
götürüləsi hal
həm də onun verdiyi sözə
əməl etməsidir. Onun sözü,
onun imzasıdır.
Neçə il bundan əvvəl Prezident İlham Əliyev Quba rayon ictimaiyyətinin nümayəndələri ilə
görüşündə onların arzusunu öyrənmişdi. Sakinlər Xınalığa
yol çəkilməsini
istəmişdilər. Dövlət
başçısı onların
arzusunun yerinə yetiriləcəyinə söz
vermişdi. Elə həmin
gündən etibarən
tapşırıq verilmişdi
ki, Xınalığa
yol çəkilməlidir.
Biz televiziya əməkdaşları
həmin günlərdə
yol çəkilişini
lentə alırdıq.
Dağlar partladılır,
ekskavatorlar qayalıqları
yarır, dərin dərələrin yuxarısında
gecə-gündüz iş
gedirdi. Nəhayət,
2006-cı il oktyabrın 7-də yol istismara verildi. Prezident və birinci xanım Mehriban Əliyeva açılışda
iştirak etdilər.
Prezident demişdi:
"Sevinirəm ki, mənim göstərişimlə
bu yol çəkildi
və bütün Xınalıq camaatına sevinc gətirdi". Söz verdi
və heç bir çətinliyi gözə almadan bunu etdi.
Azərbaycan Prezidentinin prinsipiallığı
təkcə bununla bitmir. Xatırlayırsınızsa, Ermənistan tərəfi
Mübariz İbrahimovun
nəşini vermək
istəmir, müxtəlif
bəhanələrlə bundan
imtina edirdi. Həmin günlərdə İlham
Əliyev hər dəfə bu məsələni qaldırır,
onun nəşinin alınması üçün
bütün tədbirləri
görürdü. Nəhayət, Mübariz İbrahimov və Fərid Əhmədovun nəşi
qarşı tərəfdən
alındı. Əgər Ermənistan
rəhbərliyi müdrik
olsaydı, anlayardılar
ki, bir əsgərinin
nəşinin alınması
prinsipiallığını nümayiş etdirən ölkə başçısı
Qarabağ məsələsinin
həlli üçün
əlindən gələni
edəcək. Lakin onlar
bu məsələyə
barmaqarası baxdılar,
Azərbaycan Prezidentinin
prinsipiallığını vaxtında nəzərə
ala bilmədilər. Bəlkə də
bu da xeyirliyə
oldu ki, haqq işimizi başa çatdıra bilək.
İndi
heç kim
bilmir ki, Azərbaycan Prezidentinin Xankəndi, Xocavənd, Xocalı və Ağdərə ilə bağlı hansı planları var. O, heç vaxt bunu əvvəldən
anons etməyəcək.
Çünki plana müdaxilə
edirlər. Amma nə
olur-olsun, bu, Azərbaycan xalqının
xeyrinə olacaq.
İlham Əliyev mənəviyyatın
saflığı, adət-ənənələrin
qorunması baxımından
da şəxsi nümunə ilə məqamları çatdırır. Tədbir zamanı
yaşlı insana su verir, təmtəraqlı
ad günü əvəzinə
doğulduğu günü
qaçqın və məcburi köçkünlərlə
keçirib. Yaxud onun
ad günlərində sosial
şəbəkələrdə ailə üzvlərinin iştirakı ilə sadə məclis təşkil edildiyini görmüşük. Niyə belə
edir? Sadəliyi təbliğ edir
ki, ağac bar verdikcə, başını
aşağı salar.
Deməli, xalqın qan
yaddaşı ilə böyüyüb. Ad gününüz mübarək,
sadə insan.
Azər QİSMƏT
Ədəbiyyat qəzeti.- 2021.- 25
dekabr.- S.10.