Populyar qırğız jurnalı görkəmli yazıçı-dramaturq

Hidayətin geniş müsahibəsini dərc edib

 

Bir misal deyim. SSRİ-i mövcud olduğu dövrdə, elə dağılandan sonra da tez-tez tənqid etmişəm. Amma sovet dövründə müsbət məqamlar olub. Məsələn, xalq yaradıcılığına, kitab nəşrinə, mütaliə təbliğatına böyük diqqət yetirilirdi. Bütün bunlar insanları maarifləndirmək üçün edilib. İndi təəssüf ki, belə deyil.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycanın görkəmli yazıçı-dramaturqu şair-publisisti, Əməkdar incəsənət xadimi Hidayət Orucovun Qırğızıstanın populyar nəşrlərindən birində- “One maqazinejurnalının noyabr nömrəsində dərc edilən geniş müsahibəsində jurnalistin “Bu günManasaktual mənəvi normalarda istinad nöqtəsi ola bilərmi?”- sualına cavabında səslənib.

Ölkələrarası mənəvi tellərin, ədəbiyyat mədəniyyət sahəsində əlaqələrin möhkəmlənməsi digər məsələlərlə bağlı mövzular ətrafında aparılan müsahibədə Hidayət Orucov xalqlarımızı bağlayan tellərdən danışıb, hər iki respublikanın dövlət müstəqilliyindən sonra bu bağlılığa verilən önəmdən söz açıb.

Təmsil etdiyi ölkənin maddi-mənəvi irsi ilə bağlı suala cavabında Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi qədim tarixə malik xalqımızın o irsi necə qoruduğundan, ümummilli liderimiz Heydər Əliyevin bu istiqamətdə yaratdığı dövlət siyasəti barədə belə deyib: Heydər Əliyevin 1999-cu il fevralın 21-də imzaladığı SərəncamlaKitabi-Dədə Qorquddastanının 1300 illik yubileyi türkdilli dövlət başçılarının iştirakı ilə Bakı şəhərində 2000-ci il aprelin 9-da yüksək səviyyədə keçirildi. Ümummilli Lider çıxışında belə tədbirlərdə məqsədin həm qədim mədəniyyət abidəmizin bütün dünyaya təqdim etmək olduğunu vurğuladı”.

Müsahibədə o siyasətin bu gün davam etdirildiyini bildirən Hidayət əsərləri bəşəri ideyalara xidmət edən Nizami Gəncəvidən Mirzə Fətəli Axundzadəyə qədər ədəbiyyat nümayəndələrimizin adını çəkir, dövlətimizin gəncliyin bu dəyərlərlə böyüməsi üçün apardığı işlər barədə danışır: “Azərbaycan dövləti xalqımızın mahiyyətini ifadə edən, yaradıcılığında bəşəri əxlaq ehtiva olunan yaradıcı insanların dünya miqyasında daha yaxından tanınması üçün çox böyük işlər aparır. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il dekabrın 23-də imzaladığı Sərəncamla yaradılan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi aparılan böyük işlərdən biridir”.

Prezident İlham Əliyevin digər Sərəncamı ilə 2021-ci ilinNizami Gəncəvi İlielan edildiyini bildirən Əməkdar incəsənət xadimi bunu anadan olmasının 880 illiyində böyük humanist şairin ideallarına sədaqətin nümunəsi olaraq təqdim edib.

Azərbaycanda ortaq türk mədəniyyət nümunələrinə böyük diqqətin olduğunu vurğulayan Hidayət 1995-ci ilin avqustunda qırğız xalqının ən böyük abidəsi olanManasdastanının min illik yubileyində Heydər Əliyevin iştirakını həmin diqqətin nümunəsi adlandırıb, təkcə qırğızların deyil, azərbaycanlı oxucuların da bütün türkdilli xalqların böyük oğlu Çingiz Aytmatov yaradıcılığına münasibəti barədə danışıb: “Onun yaradıcılığını bütün nəsillər tanıyır sevir. Azərbaycan dünyada yeganə ölkədir ki, burada Aytmatovun bütün əsərləri milli dilə tərcümə olunub. Prezident İlham Əliyevin yeni təsis edilənDostuqordeninin ilk nominantı da Çingiz Aytmatov olub”.

Azərbaycanda mədəniyyət ədəbiyyatın inkişafı, bu inkişafda dövlətin rolu barədə sualı cavablandıran görkəmli yazıçı-dramaturq Respublikamızda yaradıcı təşkilatların taleyin ümidinə buraxılmadığını, ölkədəki yazıçılar, bəstəkarlar, rəssamlar, jurnalistlər digər yaradıcı təşkilatların, habelə, “Azərbaycan”, “Ədəbiyyat qəzeti”, “Literaturnıy Aserbaydjan”, “Ulduz”, “Qobustankimi nəşrlərin dövlət tərəfindən maliyyələşdirildiyini xatırladıb bu barədə dövlət siyasətinin nədən qaynaqlandığını göstərib: “Heydər Əliyev klassiklərdən müasir ədəbiyyat nümunələrinədək ədəbiyyatı yaxşı bilir, ona görə onun inkişafına xüsusi diqqət ayırırdı həmin xeyirxah ənənə bu gün cənab Prezident tərəfindən davam etdirilir”.

Müsahibədə 2020-ci ilin sentyabrında Ermənistanla başlayan 44 gün çəkən Vətən müharibəsi ilə bağlı sual o suala cavab geniş yer alıb. Konfliktin tarixi, Ermənistan Respublikasının 30 ilə yaxın müddətdə Azərbaycan ərazisinin 20 faizdən artıq hissəsinin işğal altında saxlanılması barədə məlumat verən publisist bununla bağlı BMT Təhlükəsizlik Şurasının 4 Qətnaməsini, ATƏT, Avropa Şurası, İƏT, Qoşulma Hərəkatı kimi beynəlxalq təşkilatların çağırışlarına işğalçı qüvvələrin məhəl qoymadığını xatırladıb. Azərbaycan Ordusunun qələbəsindən sonra o ərazilərdəki milli-mənəvi abidələrimizə divan tutulduğunu faktlar əsasında bildirən görkəmli ziyalı ziyarətgahların darmadağın edildiyini, məscidlərimizdə donuz saxlanıldığını, istisnasız olaraq bütün mədəniyyət abidələrinin vandalizmə məruz qaldığını qırğız oxucuların diqqətinə çatdırıb. Hidayət Orucov Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin telemüraciətlərindən gətirdiyi sitatlarla Ermənistanın müharibə cinayətlərini bir daha xatırladıb: Onlar bizə qarşı etnik təmizləmə törədiblər. Onlar Dağlıq Qarabağdan ətraf yeddi rayondan bütün azərbaycanlıları qovub, xalqımızın min illərlə burada mövcud olan izlərini silməyə çalışıblar. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bizim bir milyon qaçqın məcburi köçkünümüz var. Lakin biz eyni qaydada davranmayacağıq. Biz qisas almayacağıq. Mən dəfələrlə demişəm, hətta onlar Gəncəni bombalayanda, hətta onlar Bərdəni bombalayanda, onlar başqa şəhərləri bombalayanda 92 insanı, mülki şəxsi öldürdükdə mən dedim ki, biz qisasımızı döyüş meydanında alacağıq”.

 

Ədəbiyyat qəzeti.- 2021.- 25 dekabr.- S.16.