Albatros
Uzaq yolda qəm-kədər sıxanda matrosları,
Əylənmək arzusuyla, tufanda da gəmiyə
Bələdçilik eyləyən nəhəng albatrosları
Tutub kobudcasına
sərirlər göyərtəyə.
Mavi ənginliklərin rüsvay
olunmuş çarı
Pərt olmuş halda durub gözlərini hey döyür.
Yanına
düşmüşdür ağ, möhtəşəm
qanadları,
İki böyük
avartək dalıyca o
sürüyür.
Azca qabaq bu gözəl,
buludlarda süzən quş
Necə gücsüz görünür,
necə gülməli
olmuş.
Biri tüstü üfürür
dimdiyinə, gülərək,
Digəri də axsayır göyərtədə onuntək.
Sən də, Şair, göylərdə, buludlar
arasında,
Şimşəklərin içində uçursan
hey qürurla.
Ancaq ki yeriməyə söyüş, danlaq altında
Görünməz qanadların yerdə mane olurlar.
Gözəllik
Ey insan, sən öləri, mən isə əbədiyəm,
Xəyallardan hörülmüş möhtəşəm
abidəyəm.
Mənə olan ehtiras şairə əzab verir,
Daş sinəm
məhv edəcək sırayla sizi bir-bir.
Dərkedilməz sfinkstək taxtımda
parlayıram,
Heç
vaxt gülümsəmirəm,
mən əsla ağlamıram,
Qu quşu bəyazlığı
buztək soyuqdur məndə,
Nifrət edirəm nəsə vurnuxub tərpənəndə.
Mən
- məğrur abidələr
yapmağa bir nümunə
Oldum ki, qoy şairlər
seyr edib dönə-dönə
Yandırıb kül etsinlər ruhlarını qarşımda.
Şairləri cəzb edən
yuxusuz gözlərimdir,
Bu mənim cadum, sehrim, ecazkar bir sirrimdir -
Əbədiyyat əks edir güzgütək
baxışımda.
Ekzotik ətir
Baş qoyub sinənə, yumub gözümü,
İçərkən ətrini hərisliklə mən,
Keçir xoş mənzərə
gözlər önündən:
Parlaq bir limanda görüb
özümü -
Heyran baxışlarla seyr eyləyirəm
Tənbəl, mürgüləyən, isti adanı,
Cüssəli kişini, qızğın
qadını;
Mey içir, əcaib meyvə yeyirəm;
Dincəlir limanda yorğun
gəmilər;
Dağlardan süzülən meyxoş
ətirlər
Toqquşub qarışır sənin
ətrinə.
Birləşib ayrılır, coşur,
yarışır,
Edir ruhu tamam bihuş,
qarışır
Adanın ecazkar nəğmələrinə.
***
Ey kədər mənbəyi,
ey lal tapmaca,
Şüur səni heç
vaxt anlamayacaq!
Mən səni
sevirəm göyü
sevəntək.
Dumana bürünüb hey sivişərək
Qeyb olub gedirsən, bu lal sükutun
Açıb aramızda dərin uçurum.
Mən sənə sevgimdə həris, kobudam,
Elə bil cəsədə daraşan
qurdam.
Sən
hey soyuduqca bir o qədər mən
Od tutub yanıram amansız eşqdən.
***
Oyanaraq yuxudan havasız bir otaqda,
Bir yəhudi qızını
gördüm ağuşumda
mən,
Kəsilirdi nəfəsim, od çıxırdı
bədəndən,
Ölü, leştək yan-yana uzanmışdıq yataqda.
Bircə
anda surətin xəyalımda canlandı,
Hiss eylədim uzaqdan saçlarının ətrini,
Gördüm ciddi gözlərin
soyuq təravətini,
Xəyal qüdrətiylə eşq
sanki yenə odlandı.
Sevə
bilərdim səni, hətta səcdə edərdim,
Bədənini nəvaziş toruna
bürüyərdim,
Heç olmazsa bir damla
gözündən yaş
axaydı.
Süzüləydi aşağı, üzünə
kip sıxdığın,
O gözəl sifətinə
birdəfəlik taxdığın
Ciddi maskadan yağan dəhşəti
dağıdaydı.
Şairin sonu
Gecənin xof yayan qaranlığında,
Qəlbləri qıc edən dəhşət çağında,
Kabuslar dolaşan tənha çöllükdə
Qazıb basdıracaq bir zibillikdə.
Xeyirxah bir bəndə buz cəsədini,
Ulduzlar yumaraq pak gözlərini
Əlvida
deyəcək, ey şair, sənə,
Gürzələr dolacaq tənha qəbrinə.
Hər gecə yığışıb
başına sənin
Oğru,
quldurların, fahişələrin
Murdar məclisləri
qurulacaqdır.
Qoca şorgözlərdən, ifritələrdən
Çıxan ulaşmadan, söyüş-təhqirdən
Ruhun atəşlərdə
qovrulacaqdır.
Şən ölü
Özüm üçün mən
özüm qazım ki, elə xəndək,
Gedim lap
dərinlərə, çatım
yağlı torpağa,
İşgəncələrdən sonra sızıldayan bu cəmdək
Axır ki, bir genişlik
tapsın rahatlanmağa.
Lazım
deyil heç mənə göz yaşları heç kəsin,
Qəbiristanlıqlara nifrət, səfehlikdir vəsiyyət,
Buyurun, ey qarğalar, qonaqlığa tələsin,
Parçalayın, qoparın, qalmasın iylənən ət.
Siz ey gözsüz, qulaqsız məzar qurdları, dostlar,
Çürüntü övladları,
ən müdrik filosoflar,
Gör kim qonaqlıq
verir, bir ölüyəm - azad, şən.
Didin, deşin, nuş edin utanıb çəkinmədən,
Bir ağrı-zad duymaram, ölü ağrı nə bilər,
Diriykən ölüyəm mən, hər tərəf də - ölülər.
Yoxluğa canatma
Unutdunmu
göylərə kükrəyən
vaxtlarını,
Döyüşlərə can atan coşqunluğun söndümü?
Ruhum, əldən düşmüsən
qocalmış köhlən
kimi,
Sürüyürsən güc ilə arıq ayaqlarını.
Təslim
ol, kim
döndərər taleyin
axarını?!
Hissiyyatım kütləşib, qırılmış
inam simi,
Dinləmirəm mən daha döyüş şeypurlarını,
Atmışam mübarizə, yarışma
turlarını,
Sönmüş odum-alovum, külək qovur tüstümü.
Bahar dünyası
məni tərk edərək küsdümü?!
Hazırlayır mənimçün zaman
öz məzarını,
Hər
an, qar örtüyütək
basdırır cəsədimi,
Biganəyəm formaca Yer kubdur, kürədimi,
Hansı yolu seçməyə ruh vermir qərarını.
Yönəltmişəm yoxluğa ömrümün
qatarını.
Qəm-qüssə kimyagərliyi
Təbiət! Sən kiməsə
açırsan isti qucaq,
Bir başqası hey donur sənin buz baxışından,
Biri zülmət içində,
məhrum gün işığından,
Bəxş edirsən kiməsə nurlu, işıqlı ocaq.
Təbiət! Bənzəyirsən sən kimyagər Hermesə,
Yaxınlaşıb Midasa, guya yardım edirdi,
Daşı zərə çevirmək
elmini öyrədirdi,
Sən də məni qəhrinlə Midasa döndərmisən.
Qüdrətindən güc alıb çevirirəm dəmirə
Par-par yanan qızılı; mən baxaraq göylərə
Buludların içində ölüləri
görürəm,
Baxışlarım döndərir cənnəti cəhənnəmə,
Ulduzların yanında, bürünüb
kəfənimə,
Məzarlar, sərdabələr, məqbərələr
hörürəm.
Bütpərəstin duası
Qüssəni, kədəri atəş əridir.
Ehtiras -
sən həris qəlblərin odu!
Bu cansız ruhumu
alovla doldur.
O Diva! Supplicem exaudi!*
Ən dərin qatlardan çıxan Ehtiras,
Hər yerə
sirayət eyləyirsən
sən.
Bürünc nəğmələrlə göyə yüksələn
Harayım sənədir! Eşit,
qulaq as!
Vəfalı qəlbimdə yerin
var başda,
Məxsusdur ruhumun can sultanına.
Ehtiras, qoyma sən məni təlaşda -
Alıb
ağuşuna cılız
bədəni,
Şirin
röyaların nəm
dumanına,
Titrək
mirajlara qərq eylə məni!
*- İlahəm! Yalvaranı eşit! (lat).
Şarl Bodler
Tərcümə edəni: Ənadi
Ədəbiyyat qəzeti.- 2021.- 25 dekabr.- S.17.