Milli Kitabxanada
"Nizami Gəncəvi"
xatirə döş
nişanının təqdimatı keçirilib
Dekabrın 24-də M.F.Axundzadə adına Azərbaycan
Milli Kitabxanasında Mədəniyyət Nazirliyinin
təsis etdiyi "Nizami Gəncəvi" xatirə döş nişanının təqdimatı
keçirilib.
Döş nişanı "Nizami Gəncəvi İli"ndə
öz yaradıcılığı
ilə fərqlənən
yazıçı və
naşirlərə təqdim
edilib.
Tədbirdə mədəniyyət nazirinin
birinci müavini Elnur Əliyev bildirib ki, bu
gün sənət adamlarına, yaradıcı
insanlara böyük diqqət və qayğı göstərən
Prezident İlham Əliyevin 60 yaşı tatam olur. Azərbaycanda yaradıcı şəxslərə
hər zaman böyük önəm verilib.
"Bu il həm
də 44 günlük
Vətən müharibəsindən
sonra zəfər çalan mədəniyyətimizin
qələbəsidir. Yazıçılarımız Azərbaycan dəyərlərinin
təbliğ olunmasında
müstəsna rol oynayır. Əminliklə deyə bilərəm
ki, vətəni qoruyan əsgərlərimiz
vətənə həsr
olunan şeirlərlə
böyüyüblər. İndi vəzifəmiz millət olaraq müharibədən
sonra sülhə səfərbərliyi davam
etdirməkdir. Burada yazıçıların,
şairlərin üzərinə
böyük vəzifə
düşür, çünki
bizim yazarlar milli dəyərlərimizi
təbliğ edən şəxslərdir".
Xalq yazıçısı Çingiz
Abdullayev deyib: "Biz
hamımız fəxr
edirik ki, Nizami Gəncəvi kimi şairimiz olub. Şairlər ölməzdir, yazıçılar
və şairlər xalqın əbədiyyətdə
vəkilidir".
Prezidenti
ad günü münasibətilə
təbrik edən yazıçı bu ili "Nizami
Gəncəvi İli"
elan etdiyi üçün ölkə
başçısına təşəkkürünü
bildirib. Qeyd edib ki, bundan sonra Azərbaycan
xalqı heç bir ərazisini itirməyəcək və
öz dahi şəxsiyyətlərinin adını
uca tutacaq.
Filologiya
elmləri doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun şöbə
müdiri Elnarə Akimova qeyd edib
ki, 2021-ci ili iki açar sözlə xarakterizə etmək olar: Zəfər və Nizami Gəncəvi ili. Bu il
ölkənin bütün
elmi, ədəbi-mədəni
strukturları Nizami Gəncəvi irsinin təbliği və tədqiqi məsələlərinin
həllinə yönəldi.
Bu istiqamətdə Mədəniyyət
Nazirliyinin də sistemli fəalliyət göstərdiyini bildirən
Elnarə Akimova reallaşdırılan işlər
sırasında
Bakı Kitab Sərgisində Nizami ilə bağlı çeşidli və rəngarəng layihələri,
Nizami ilə bağlı Avropa ölkələrində keçirilən
tədbirləri, eyni zamanda elan edilən
esse müsabiqəsini
nümunə gətirdi.
Xalq şairi
Sabir Rüstəmxanlı
bildirdi ki, Hindistan Nizami Gəncəvinin əlyazmalarını
saxlayan ən böyük ölkədir. Şair tövsiyə
edib ki, bununla bağlı Mədəniyyət Nazirliyi
müəyyən işlər
görməli, Hindistan
muzeyləri, kitabxanaları
ilə əlaqələr
qurmalıdır.
Müəlliflərin zəhmətinin dövlət
tərəfindən qimətləndirilməsinin
vacib olduğunu söyləyən Xalq şairi Vahid Əziz bu sahədə
islahatların aparılmasının
labüdlüyünü vurğuladı.
Daha sonra "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan çıxış edərək
Nizami və türklük məsələsinə,
Nizaminin dünya mədəniyyətində yeri
kimi önəmli məqamlara toxundu.
Sonra yazarlar və naşirlərə - Çingiz
Abdullayev, Vahid Əziz, Sabir Rüstəmxanlı, Natiq
Rəsulzadə, Azər
Turan, Rəşad Məcid, İlqar Fəhmi, Səlim Babullaoğlu, Elçin Hüseynbəyli, Abid Tahirli, Elnarə Akimova, Firudin Qurbansoy, Cavanşir Yusifli, Günel Anarqızı, Aydın Talıbzadə, Solmaz Amanova və digər bir qism yaradıcı şəxslərə Nizami
Gəncəvinin 880 illiyi
münasibətilə təsis
olunmuş xatirə döş nişanları
təqdim edildi.
Ədəbiyyat qəzeti.- 2021.-
25 dekabr.- S.22.