Mənzərə
Bir nəmişli bahar çağı
Lerikdə
gün əkilmişdi,
Duman döşdə kəsməkdəydi,
buruq-buruq alçaq yolu.
Sərt
güneyin tünd işığı
tamam qeybə çəkilmişdi,
Qızarmışdı qulağının dibinəcən
alça kolu.
Sıx ormanda qar ağaca
ildırım bir od vurmuşdu,
Sarıyırdı budağını təzə
çıxmış əvəliklə.
Sarısını udmuş yarpaq titrəyirdi, key durmuşdu,
Ovundurmaq istəyirdi könlümü
bir "hələliklə".
Kəpənəklər çiçəklərin
üstündəcə şam
edərkən,
Son qoyarkən axşam-axşam
çəmənlərin xiffətinə...
Cök əşəhdi-şirəsini boz ayıya yem edərkən,
Hirsli arı ailəsi daraşmışdı
sifətinə.
Qələbində ağ şəlalə ipək şaçın hörmək
üçün
Qovuşmuşdu, birləşmişdi
kəhriz-kəhriz, bulaq-bulaq.
Vazərunun xoruzunu qoltuğuna
vermək üçün
Kömur
göyü hədəf
seçmiş
var-gəl edən qara bulud.
Allı-güllü kəlağayı
sürüşmüşdü haçadağın,
Qor dolmuşdu yorğanına
-
kölgəsiydi, ya özüydü?
Dörd
dolandım aşırımı,
göy pərişan,
hava dalğın,
Qoşa
qaya bir xurcunun
at belində cüt gözüydü.
Havaların dili
Qocalıqda yorğalıqdan nə
fayda,
Öyrənmə sən cavanların dilini.
Döşəmələr yaddaşından
bir qayda-
Çıxarmazlar tavanların dilini.
Kallığın heç xeyri yoxdur fəndgirə,
Qapı
böyük, meydan geniş, top girdə...
Kündə kimi küt gedərsən təndirdə
Dərk etməsən irfanların
dilini.
Hücum
çəkə boz sahilə qasırğa,
Sevgisini gözlərindən qaçırda.
Dəryaların qulağına pıçılda,
Səngiməyən tufanların dilini.
Keçirmişəm bir duanı köynəkdən,
Bitmir heç
vaxt münbit yerdə köhnədən.
And içirəm, leylək bilir köhnədən
Ağaclar da yuvaların dilini.
Tərs
adamın ta gətirib işi nəhs,
Arxasınca söz söyləmə, səsin kəs.
Qan tökməyi günah sayır mömin kəs,
Silah kəsir
davaların dilini.
Təbiəti qarış-qarış izlədim
Sarı kökü gözüm üstə bəslədim.
Münəcciməm, heyrətimi gizlədim -
Əzbər bilim havaların dilini?
Qafiyəsiz şeir
Vücudumun yalında xoşbəxt
həvvari kimi,
Təpəmdən-dırnağacan yol başlayıb əzabım.
Bərk
təpindim dalınca,"gəl
ağzımı açma,
get"
Üstünə hikkəsini tökdü süvari könlüm.
Həbs
olunub cismimdə gor evimin qiyamı,
Kim nə bilir ay
lələm, "karın
könlündəkini".
Ruhun zümzüməsində göz
yaşlarım quruyub,
Haqqın baş meydanında şeytanlar çəpik çalır.
Ağlımı itirmişəm bağlı
qapı dalında,
Yağlı şillə yemişəm,
özümü tox tutmuşam.
Quzu canım axtarsın iti yalquzaq gözü,
Canavar baxışların
kölgəsindən qorxmuram.
Kölədir buludların bətnindəki
qara su,
Mərcanı dəryanındı, tamı dəmyə
torpağın.
Yerin-göyün vəhdəti, hifz
eyləyib səhhəti,
Yaddaşım yadırğayıb büsbütün
kəhkəşanı.
Bir quşun avazını tərcümə etmək
üçün
Südünü axtarmışam, lələyini
tapmışam.
Ağzını aramışam, çovğun
döyən illəri
Bir-birinə tikiblər zamanın qaytanıyla.
İki bənd şeir
Masallı-Yardımlı yolunda
Göy eşmişdi papirosun tütününü -
Peştəsərdə quru hava udqunmuşdu.
Ağacdələn vurnuxurdu bütün
günü,
Dar koğuşda balasını
unutmuşdu.
Ağlım getdi gəncliyimə,
çaşdım yenə,
Dincliyimi bada verdim səhər
erkən.
Sahilində kürəyimi vurdum
yerə,
Viləş çayı - gümüş
kəmər, cığır
- örkən.
Sarı
qamış kədərini
bölüşəndə
Sıldırımı axır qalxdım, can üzüldü.
Sumaxları qızaranda dağ
döşündə,
Sanırdım ki, bu, sökülən
dan üzüydü.
Qırıq keçi buynuzunda
su içirdi -
Sultan toyuq məst
olmuşdu savabında.
Ağ çiçəklər köpüklənmiş
süd içirdi,
"Quran" açdım, bağlanmışdı kitabı
da.
Dəmbəlovda dəmplovun ətriyyatı
Yayılmışdı İstisudan Qəriblərə.
Cır armudun, kal əzgilin
ətri yatır -
Xoş qoxusu qismətimiş qəriblərə.
At səyirtmək xatalıydı,
qurd basmışdı,
Demanyolu - dumanyolu... himə bənddi.
Yaddaşımda avazımış söz
azmışdı -
Yox olmuşdu
şeirimin iki bəndi.
***
Tütün iyi götürmüşdü
pal-paltarımı,
Əlaməti bəlli idi hər bir hoqqamın.
Tərs
yamağı böyümüşdü,
gül paltarımın
Qabığını güvə yemiş dəri toqqamın.
Tərqamışın gövdəsiydi
çalğı aləti,
Tər axırdı
sifətimdən üfürdükcə
mən.
Tərgitmədim arxayın bu pis adəti,
Nəfəsimlə tozanağı süpürdükcə
mən.
Fit çalardım - avazımın
ömrü qəm-kədər,
Ağlım uşaq ağlıydı,
qəhərdən ötərdim.
Atam qışqırardı, "tuta
bilsəydim əgər
Eşit ki, səninlə bir qarış yol gedərdim".
Ayağımı sallıyardım isti
təndirə -
Hərarət canımın ağrısına
bəs idi.
Dəmirağac külüydüm əlhəm,
türkəçarə
Xatırladırdı hərdən ömrün yaz fəslidi.
Boy atırdı sünbüllərin
tarla işığı,
Pişiyimi sərt divara dırmaşdırırdı.
Üç həftəlik Ay çıxardı
- parlaq işığı
Ağacların gözlərini qamaşdırırdı.
Faciə qəhrəmanı
Mən faciə qəhrəmanı
olmaqdan ötrü
Öz bəxtəvər
dincliyimi verdim güdaza.
Beş-altı bənd yaddaşlarda
qalmaqdan ötrü
Yatmadığım hər gecəni qatdım gündüzə.
Təpindim də, ad tapmadım
hərəkətimə,
Ruzisini mən kəsmişəm usaq-muşağın.
Gendən-genə işləyirdi şirin
ətimə -
Nəğməsini eşidərkən isaq-musağın...
Mürgülədim kölgəsində
ilahi sözün,
Qanmadım ki, sayacaqlar dil pəhləvanı.
Köləsinə çevrilmədim hər
dahi sözün -
Cəfasını çəkənlərdi el pəhləvanı.
Üz göstərib döşəmədəki
tablarıma,
Hisli nöyüt
lampasından doymazdım
heç vaxt.
Qane idim sətirlərin cavablarına,
Mən özümü
səfil gündə qoymazdım heç vaxt.
Şəhriyarın havasında havalanırdım,
Rübabənin avazında ağlamsınırdım.
Rəqəm-rəqəm kiçilirdim, yuvarlanırdım,
Nəsimini oxuyarkən ağlım
sönürdü...
Fəth
elədim ordubasmaz qalalarımı,
Səhər-axşam ağız büzdüm, dodaq dişlədim.
Mən ağ günə
çıxartmaqçün balalarımı
Qaragündə kağız yazdım,
qələm işlətdim!
Dəhnə
Əngə verib qayaların
sükutu,
Yaxşı qızıb buludların çənəsi.
Dolu düşüb, dağda çiçək buketin
-
Dodağında məzəmməti, tənəsi...
Gün baxmadı nə ağına-bozuna
Saplağını qoydum dağın
buzuna,
Bir qanqalın tikanıyla özünə,
Qəsd etmişdi Qız yurdunun nanəsi.
Gəlin
qaya xınasına boyanmaz,
Gəlin
söyüd çəpər
üstdə satır naz...
Yetim qızın yatmış bəxti oyanmaz,
Qayğısını göstərməsə nənəsi.
Qara tutun rəngi dönüb kömürə,
Bəhməzindən tapacaqsan səmərə.
Şələ quyruq sürtünürdü
mərmərə,
Bədənindən tökülmürdü gənəsi.
Zaman çapır köhlənini
ha yorğa,
Sər altında xalça, kilim, ha yorğan...
Su da gəlməz daha su gələn
arxa,
Boşalacaq ömrün-günün dəhnəsi.
Adi qonaq
Dağ havası qaldırmışdı
Savalanacan,
Quş əppəyi
qurumuşdu çay qırağında.
İlham
pərim doğma yerdə havalanacan,
Yolu-rizi axtarırdım Ay çırağında.
Qıvrım-qıvrım saçlarını
gəvən kolları
Uzatmışdı südün əmən torpağa kimi.
Vadilərdə qara asfalt - kəfən - yolların...
Yaddaş valı fırladırdı
eşitdiyimi.
Qapıların tay-tay açıb
dağlar qapısı,
Dar keçidlər göstərmir
ki, darqursaqlığın.
Zuvand - sərin bulaqların çağlar qapısı,
Zərinqala - məkanıydı ulu saflığın.
Duyğulanmış Arabaçı*
tamam dolmuşdu,
Məsimoğlu* gəzməkdəydi sıldırımda ov...
Son günlərin yuxusundan məhrum olmuşdu -
Uyumuşdu şah taxtında Vaqif Əmirov*.
Bu bərədə utanmadı
ovçu yaşından,
Bu dərədə gizlətmədi
çinar yaşını.
Çəkinmədi şimşəklərin
oxlov daşından,
Qara bulud oynadırdı qalın qaşını.
Qayalıqdan sallanmışdı əyrim-üyrüm tin,
Gen mağara verməmişdi bada, yurdumu.
Bir vaxt sadə sakiniydim Lerik behiştin,
İndi adi qonağıydım, ata yurdumun.
Qeyd: Ayaz Arabaçı - şair.
Mübariz Məsimoğlu - şair.
Vaqif Əmirov - iş adamı.
Vətənin Zuvand etüdü
Təpələrin saçlarını tamam qırxmışdı
Tarlaların - xana-xana şahmat taxtası.
Turş
alçası gözlərimin
odun qırmışdı,
Bağlarında axtarmadım qaysı
axtası...
Dəli
gərmic şah budağın şil-küt
eyləyib,
Cırarmudun ətəyinə büküb
abrını.
İşıldayan çaydaşını yaqut eyləyib,
Gün bəsləyib, qurd gətirmiş zirvə qarını...
Heç
bilmirdim, burda kimlə duram-oturam,
Bu el-oba hər adətin qaytarır mənə.
Qədim
Zuvand məkanında addım atıram,
Torpaq doğma
hərarətin qaytarır
mənə.
Görərdim ki, soyuqlarda peç qalamamış
Dönüb körpə çocuqların
rəngi kağıza.
Dəyirmanlar namazına heç
başlamamış -
Kirkirələr verib yerdə ağız-ağıza...
Keçib getsən Ərdəbilə,
bir qarış yoldu,
Əl uzatsan, barmaqların çatar Təbrizə.
Külək sərhəd məftilini
yulğuntək yoldu,
Görən, haçan yetəcəkdir
qatar, Təbrizə?
Əbədi yolyoldaşıydı qəzavü-qədər
Dərk edirdim, iz göyərdi
izimin üstdə.
Azdım
Zuvand dərəsində,
çaşdım bir
qədər,
Yazdım Zuvand etüdünü dizimin üstdə.
Ağacəfər HƏSƏNLİ
Ədəbiyyat qəzeti.- 2021.-
25 dekabr.- S.27.