And yerim...
Ümidləri xəşəm etdi
Göz yaşını peşəm etdi...
Ürəyi son guşəm etdi
-
And yerim...
Yuxuları dara çəkdi
Bütöv sayıb, para çəkdi...
Gör bir məni hara
çəkdi -
And yerim...
Xəyalları bələyində
Arzuları ələyində...
Sevindirdi,
fələyi də -
And yerim...
Bu ömrü xırman yeritək
Gah şumladı, gah etdi lək...
Ta etmərəm mən sənə şək -
And yerim!..
Dilək
"Bir qadına..." silsiləsindən
Mən özümdən
hara qədər qaçacam?
Dörd
divardı, Allah və
sən dinləyən...
Mən səhəri
kimin üçün
açacam? -
Yoxdu bunu səndən başqa bilməyən...
Çiyinlərim tab gətirmir ağrıya,
Ürəyimi götürən yox
sarğıya...
İnanmazdım mənə belə
qarğıya -
Və oturub dərdlərimi çinləyə...
Yazdıqlarım alınmır ki,
tay ələ
Ümidimi sovurmuram mən
hələ...
Haqq hökm edə, zaman keçə... an gələ -
İkimizə ayrıca bir din
gələ!
Ömrüm
Saralmış dəftərdən
Göydən düşən üç
almayla
Bitdi mənim nağıl ömrüm...
Mənə ondan nə pay düşdü,
Nə də sənə ağıl, ömrüm...
Bədahətən söz deyəndim
Öz yükümü çox bəyəndim...
Mən dəvə yox, mən küyəndim -
Belə
gəldi axır, ömrüm!
De o kimdi, şəkli
daşda?
Demirəm ki, başdan başla...
Gülə-gülə, əli qaşda -
Daş üstündən baxır
ömrüm...
Bağışla
"Bir qadına..." silsiləsindən
Dan üzüdü, şehli güldü, bir də mən
Baş-başayıq - danışırıq
baxışla...
Ziyarətçi sayılıram pirdə
mən -
Sirri açdım, dözəmmədim,
bağışla!
Diqqət
çəkir yanağında
parlayan
Təbəssümdü dodağında xarlayan...
Bu da mənəm - hər anıma qarlayan -
Tənhalıqdı, gəzirəm bu naxışla...
Zaman üçün unudulmuş
qəsirəm
Tamlıqların sonundakı kəsirəm...
Bir Allaha, bir də
Sənə əsirəm
-
Fərq
etmir heç xatirələr yağışla...
Çırpıntılar tək ürəyin səsimi?
Bacarırsan, çək ürəyim,
səsimi!
Elə lək-lək ürəyimi,
səsimi -
Hər
an üçün hecaya
böl - ba - ğış - la!
Özümlə söhbət
Üzümə oxunan yazı tanışdı -
Mürəkkəbi kədər, qələmi
kədər...
Mənlə haqq-hesabı açıq
danışdı -
Əlavə nə versə
- sələmi kədər...
Gecəyə girovdu yuxum bəxtəvər,
Gündüzə xəyalım çaparlıq
edir...
Nə vaxtdı düşübdü
məndə bəxtə,
vər -
Səssizcə qürubtək saralıb
gedir!
Durmadan,
aramla xışlanır
sinəm -
Aşkar
eşidirəm qəlb
çırpıntımı ...
Yaman ağırlaşıb göz
qapaqlarım -
Toxundum, kirpiklər
bax, çırpıldımı?!
Mən yazı adamı, xətt tanıyanam
Qələm sahibi də yalnız O BİRdi!
Xəyalı xəyala sırt
calıyanam -
Bu işdə güvəncim
yerdəki PİRdi!
Buludlar
Daşa
dəyib çilikləndi
bir anda -
Qara donlu, ağ
naxışlı buludlar...
Yerim yoxdu vərində, nə sıranda -
Qış havalı, yaz yağışlı buludlar...
Qədərimi mən seçmirəm
- bu bəlli
Qədərimdi elə mənə
təsəlli...
Bayatılı, nəğməli, həm
məsəlli -
Nər sədalı, qız baxışlı buludlar...
Cığırların, çəhlimlərin
sinəsi
İndi
olub izlərimin binəsi!
Hal qalmadı daha məndə dinəsi -
İslandığım, yay alğışlı buludlar...
İçində
"Bir qadına..." silsiləsindən
İzinsiz açıram, bəlkə
səhəri
Sən də qınayırsan məni içində...
Gəzib-dolaşıram bütün şəhəri -
Tapa bilməsəm də səni içində!
Asılıb ümiddən düşsəm
də heydən
Dizim yerdən öpür, əllərim göydən...
Taparsan sən dadıb o vüsal meydən -
Axtarsan,
özünə təni
içində...
O nəfəs dəyməmiş
bu gül kimidi
Əbülfət qəfəsdə bülbül
kimidi.
Təzə vağanıyan sünbül
kimidi -
Hələ ki qalıbdı
dəni içində...
Yuxusuz səhərin şeiri
Yenə
səhərimin gözlərinə
şeh,
Yenə
yanağına duman çökübdü...
Səmanın yaxasın günün
şüası -
Bütün gücü ilə
qat-qat sökübdü...
Bir az kədərlidi,
bir az da
yorğun
Sanki gecə boyu daş daşıyıbdı...
Bu səhər gecəni hamıdan oğrun -
Fikirlər içində tək
yaşıyıbdı...
Gözündə dağ boyda qan ləkəsi var
Bəllidi gecədən necə
çıxdığı...
Dünyanın üzünə səssiz
yayılar -
Səhərin köksünə gecə
yığdığı...
Yüklədi ruhuma izin almadan
Açılan bu səhər öz ovqatını...
Yaxşı ki, gecədə
batıb qalmadan -
Səhər verdi mənə, söz ovqatını...
Şuşada etdiyim dua
Allahım, bu ünvan sənin də evin
Mənim
də Kəbəmdi -
Şuşa adında.
Allahım, mənimtək sən
də bax, sevin -
Qalsın
Kəbə Şuşa
sənin yadında!
Daşı dözümümdü, torpağı namım
Bilmirəm özümü burda
kim sanım?!
Çiçəyi öpürəm
durulur qanım -
Bu Günəş nurunda, hava dadında!
Allahım, bu məscid, bu Cıdır düzü
Bu da igidlərin qələbə izi...
Hər an varlığımda görərək sizi -
Tapıram özümü o bir
qadında!
Xatirələr
"Bir qadına..." silsiləsindən
Vərəqlənir içimdə
Təngiyən xatirələr...
İndi
ümid olmağa -
Ləngiyən xatirələr...
Mənə doğru bir cığır -
Saysız
ünvandan çıxır...
Qəmi
üst-üstə yığır
-
Səngiyən xatirələr...
Buludtək gözüm dolur
Qürubtək çöhrəm solur...
Niyə
əlçatmaz olur -
Mən deyən xatirələr...
Ahdan doğulan şeir
Sən şəhərdə olmayanda
Şəhər təklənir...
Bütün olanlarla birgə
-
Şəhər ləklənir!...
Küçə də yarımçıq
olur,
Lap küçədəki bina
da!
Ürək bulud kimi dolur -
Yer də qalmır ki, inada!
Gəzməyə də çıxmır
ayaq
Bir doğma
yerdə çökürsən.
Xatirələr kövrək dayaq
-
Onu üstünə tökürsən...
Kimsədən yersiz küsmək
yox
Günahkar taleh yazandı...
Can verdiyini candan çox -
İtirmək belə asandı?!
Bir sapa min arzu düzüb
Min xəyalı bir eləmək...
Əlini
o birdən üzüb
-
Olmur, başı girələmək...
Şəhər də bezib, bezdirir
Kimsən,
de, ya da kiminsən?!
Məni
həsrətim gəzdirir
-
Deyir, piyada kimisən...
...Mən şəhərdə
olmayanda -
Olmurmuş elə şəhər
də...
Əzabdı bil, sənsizlikdə
-
Ölmək də, belə şəhərdə!
Başına dönüm
Mənim
içimdəki nə
kin, nə küdurət
Nə də ki, hikkəmdi,
başına dönüm!
Bəlkə də bu mənim son hay-harayım -
Sonuncu cikgəmdi, başına dönüm...
Yelləncək qurubdu, ünüm
havada
Yellənir hər anım,
günüm havada...
Mənim
pozulmayan dinim havada -
Son ümid sikgəmdi, başına dönüm...
Əbülfət olmağın cəzası
ağır
Dörd
yandan üstümə
qəm, kədər yağır...
İstər sükuta dal, istərsə bağır
-
Bitən
son tikəmdi, başına
dönüm!
Ayırmaq istəsən...
Mənim
sığındığım dördkünc bir otaq
Kədərdi sirdaşım, qəmdi
həmdəmim...
Sanki doğulublar mənimlə
ortaq -
Qədərdi sirdaşım, dəmdi
həmdəmim...
Çıxıbdı əlimdən vaxtın yaxası
Qarışıq salmışam axşam,
səhəri...
Adıma
yazılan baxtın yaxası -
Güldürür üstümə bütün
şəhəri...
Halım
gözdən uzaq, gözüm də gözdən
Təsəllim xəyaldı, bir
də göz yaşı...
Ayırmaq istəsən sən
məni sözdən
-
Kirpiklə od götür, gözlə köz daşı...
Məcnun dini
Sevinc gətirən heç nə
Ağlıma gəlmir indi...
Məni
imansız sayma,
Olanım
bircə dindi -
Məcnun
dini!..
Göyə açılan əlim,
Yerə
söykənən dizim...
Adını çəkən dilim,
İnancımızdı bizim -
Məcnun
dini!..
Tanrıdan gələn işıq,
Tanrıya gedən cığır...
Məni
eyləyən aşiq,
Hər an qarşıma çıxır -
Məcnun
dini!
Hər anı, hər sözüylə
Müqəddəsdi və Nuhdu!
Baxın,
şair gözüylə,
Varlıq
və həm də ruhdu -
Məcnun
dini!
Əbülfət MƏDƏTOĞLU
Ədəbiyyat qəzeti.- 2021.- 25
dekabr.- S.29.