Səyyad Aranın Ukraynada

kitabı nəşr edilib

 

Azərbaycanın tanınmış yazıçısı Səyyad Aranın Ukraynada kitabı çap edilib. Yazıçının hekayələrindən ibarət "Küdrüdə tennis oyunu" adlı kitabın redaktoru Oleksandra Tkaçenkodur.

525.az xəbər verir ki, müəllif bu hekayələrində həyatın görünməyən məqamlarından danışır, insan təbiətinin peysajlarını ustalıqla təsvir edir, insan mənəviyyat məsələsini hər zaman ön planda tutur. Bununla da o, özünəməxsus üslubu ilə oxucusunun rəğbətini qazanır. Kitaba yazıçının 6 hekayəsi daxildir.

Ukraynanın Zaporojye şəhərində çap olunan kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 

Ədəbiyyat qəzeti.- 2021.- 25 dekabr.- S.41.