XX əsrin
klassikası: polyak şeirindən
Vislava
Şimborska
Vislava Şimborska
(1923-2012) - XX əsrin görkəmli polyak şairlərindəndir; 1996-cı ildə Ədəbiyyat üzrə Nobel mükafatına layıq görülüb. Yaradıcılığı
üçün fəlsəfilik, mənəvi problemlərin
araşdırılması, tövbəkarlıq və
refleksivlik, ani və əbədi olanın, varlıq və
yoxluğun əlaqələri xasdır; qrotesk və ironiya,
lakonik məcaz və təşbehlər
yaradıcılığının başlıca xüsusiyyətləridir.
Üç əsrarəngiz söz
"Gələcək"
sözünü söyləmək bəs edir ki,
ilk
hecanın keçmişə gömüldüyünü
görəsən.
"Sükut"
sözünü söyləmək bəs edir ki,
onu həmin
andaca pozasan.
"Heç
nə" deyirəm
və
heç bir varlığa uyuşmayan "heç nə"
baş verir.
Bacım üçün tərif
dolu sözlər
Bacım
şeir yazmır
və yəqin
ki, bundan sonra şeir yazmayacaq da.
Anam da yazmırdı,
ona oxşayıb,
bir az da
atama, o da heç vaxt şeir yazmayıb.
Bacımın
evində özümü rahat hiss edirəm:
əri
dünya dağılsa belə şeir yazmayacaq.
Hərçənd
bu, Adam Makedonskinin əsərinə bənzəyir,
amma olsun,
qohumlarımdan heç biri şeir yazmayıb.
Nə
köhnə şeir taparsan dolabında,
nə də
təzə yazılmışı çantasında.
Nahara dəvət
edəndə isə arxayınam:
oxunmaz
bircə şeir belə süfrə arxasında.
Bacımın
şorbaları həmişə sadəcə dadlıdır,
kofesi də
əlyazmalara heç vaxt dağılmır.
Çoxlu
ailələr var ki, orda şeir yazmırlar,
olsa-olsa,
bəlkə də kimsə bir nəfər.
Hərdən
poeziya nəsillərin şəlaləsitək
tökülür ki,
bu da dəhşətli
burulğanlar yaradır - belədi qarşılıqlı
hisslər.
Bacım
danışmağın əsl hekayə ustasıdır,
yazarlığı
açıqcalardan və qısa mətnlərdən
olasıdır -
adətən
səfər vaxtı göndərər, səyahətdə,
eyni
sözlərlə:
gələn
kimi
hər
şeyi,
hər
şeyi
mütləq
danışacaq.
Vyetnam
Qadın,
adın nədir? - Bilmirəm.
Neçə
yaşın var, hardansan? - Bilmirəm.
Bu
yuvanı niyə qazırdın? - Bilmirəm.
Kimdən
gizlənirsən? - Bilmirəm.
Barmağımı
niyə dişləyirsən? - Bilmirəm.
Bilirsən
axı, səni incitmərik?! - Bilmirəm.
Kimin tərəfindəsən?
- Bilmirəm.
Müharibə
gedir, bilməlisən axı... - Bilmirəm.
Hardadır
kəndin? Salamatdırmı? - Bilmirəm.
Bunlar sənin
uşaqlarındı? - Mənimdi.
Qoca professor
Zaman
haqqında soruşdum:
cavan idik,
sadəlövh, ağılsız,
çılğın,
hazırlıqsız idik bir vaxtlar...
Azacıq
nəsə qalıb, cavanlıqdan başqa, - dedi.
İnsan
üçün nəyin yaxşı,
nəyin
pis olduğunu yenə bilirmi, soruşdum.
Bu
yalnışların ən ölümcülüdür, -
dedi.
Gələcək
barədə soruşdum,
yenə hər
şeyi aydın görürmü.
Çoxlu
tarix kitabı oxuyub, - dedi.
Yazı
masasındakı çərçivəli fotonu soruşdum.
Vardılar,
yox oldular. Qardaşım, əmioğlum,
qardaşımın
arvadı, arvadım, arvadımın qucağında
qızım,
qızımın qucağında pişiyi,
çiçək
açmış albalı,
albalının
üzərində isə
naməlum
uçan quş, - dedi.
Xoşbəxt
olurmu soruşdum.
İşləyirəm,
- dedi.
Qalırlarmı
hələ, dostları soruşdum.
Bir
neçə keçmiş köməkçim
və
onların da keçmiş köməkçisi,
xidmətçi
pani Lüdmila,
çox,
olduqca yaxın biri, amma xaricdədir,
həmişə
gülümsəyən iki ktabxana işçisi,
qarşı
tərəfdəki mənzildən Qrişa,
bir də
Mark Avreli, - dedi.
Səhhətini,
əhvalını soruşdum.
Kofe, araq,
tütün,
bir də
ağır xatirələri və əşyaları
daşımaq
qadağan
edilibdi, - dedi.
Özümü
elə aparıram ki,
guya
eşitmirəm.
Bağçanı,
bağçadakı oturacağı soruşdum.
Axşamın
aydınlığında səmaya baxıram.
heyrətlənirəm,
orda nə qədər
nəzər
nöqtəsi var - dedi.
Terrorçu
Bardakı
bomba on üç iyirmidə partlayacaq.
İndi
on üç on altıdır.
Hələ
gələn olacaq.
Bəziləri
gedəcək də.
Terrorçu
küçəni əks tərəfə keçdi.
Bu onu hər
cür xoşagəlməzlikdən qoruyacaq,
sanki
kinodasan, elə dayan, bax.
Sarı
gödəkçəli qadın içəri girir.
Qara eynəkli
kişi çıxır.
Cinc
geymiş uşaqlar söhbətləşirlər.
On
üç on yeddidir, bir də dörd saniyə.
Bax e, bəxti
varmış balacanın, motorollerinə əyləşir,
ucaboylu isə
içəri keçir, baxsana.
On
üç on yeddi və qırx saniyə.
Saçına
yaşıl sancaq taxmış qız gəlir.
Avtobus onu
görünməz edir, qəfil qarşısını kəsir.
On
üç on səkkiz.
Qız
görünmür.
Axmaq
qız girdimi içəri, girmədimi,
içəridəkiləri
çıxaranda biləcəyik.
On
üç on qoqquz.
Nəsə
heç kim girmir.
Əvəzində
gombul, keçəl biri çıxır.
Ciblərini
eşələyir gərək ki,
on
üç iyirmiyə iyirmi saniyə qalmış
milət əlcəkləri
üçün geri qayıdır.
Budur, on
üç iyirmi.
Zaman
artıq sürünür.
İndilərdə
olmalıydı.
Yox,
vaxtı deyil.
Hə,
indi.
Bomba
partlayır.
Tərcümələr Səlim
Babullaoğlunundur
Ədəbiyyat qəzeti.- 6 fevral.-
S.10.