PAPATYALIM
Sənə güllər dərmişəm,
Təbəssümlü, ətirli.
Nəğmələr bəsləmişəm,
Qırmızı, ağ sətirli.
Sənə şeir yazmışam,
Xəyalımda, düşümdə.
Sənə bir mən tapmışam,
Gəl bir özün düşün də.
Sənə
gəlmişəm, qadın,
De,
gedim, yoxsa qalım?
Kirpiyinə
şeh düşüb
Saçları
papatyalım.
Gəl
Üç
papatya ömrü bitdi
Bu
dördüncü ömürdü, gəl.
Qürurum
da günahını
Öz
boynuna götürdü gəl.
Bağban
gülə, gül bülbülə
Ağacdakı
tırtıl belə,
Öz
ömrünü ölə-ölə
Kəpənəyə
ötürdü gəl.
Təbib
baxmaz bu dərd-sərə,
Keçər
deyir, keçən hərə
Gedirəm
sən ölən yerə,
Sən
də məni götür də gəl.
Yerdə
Fikirlər
mənasız, məsləhətlər boş,
Xəyallar.
Ümidlər yaşayan yerdə,
İnsas
xəsisləşir dərdini vermir,
Fələk
sevincini daşıyan yerdə.
Başından
dağların dumanı keçir
Ağlından
illərin dumanı keçir
Qocalıq
insanın zamanı keçir
Ömrünün
gözünü yaş oyan yerdə.
Özün-öz
başını aldadıb, qatıb
Elə
hey qovursan günü, saatı,
Bir də
görürsən ki əcəlin çatıb,
Dincəlib
başını qaşıyan yerdə.
Əli Rüzgar
Ədəbiyyat qəzeti.- 2021.- 6
fevral.- S.32.